Seymur Baycan uşaqlar üçün kitab yazdı

Seymur Baycan uşaqlar üçün kitab yazdı
16 iyun 2015
# 11:03

Seymur Baycanın “Adsız itin qayıdışı” adlı yeni kitabı çap olunub. Yazıçının Kulisə verdiyi məlumata görə “12-” xəbərdarlığı ilə çap olunan kitab uşaqlar üçün nəzərdə tutulub.

“Kitabda irili-xırdalı 26 hekayə var, onların 20-i təzədir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışmışam. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib.”

“Adsız itin qayıdışı”nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alır: “O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adam qismət olmur. Bir yazı adamı üçün bu bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə eləcə də xatırlamışam.”

Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Müəllif bunu qəsdən etdiyini bildirib: “Səhvlərimlə, nöqsanlarımla necə var elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur.”

“Adsız itin qayıdışı”nın təqdimatını bu həftənin sonuna planlaşdırılır.

Kitab artıq satışdadır.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər