Çoxdandır mənə fahişə demirlər - Məşhur aktrisadan aforizmlər

Faina Ranevskaya, aktrisa

Faina Ranevskaya, aktrisa

30 iyun 2022
# 21:00

Kulis.az aktrisa Faina Ranevskayanın aforizmlərini təqdim edir.

Faina Ranevskaya çoxları üçün “Karlson qayıdır” cizgi filmindəki ev tərbiyəçisi ilə assosiasiya olunur. Çoxumuz bu qəhrəmanı onun səsi ilə tanımışıq. Faina Ranevskaya əlavə replikaları ilə ikinci dərəcəli rolların əsl müəllifi olub. Hazırcavablığı ilə fərqlənən aktrisanın yumoristik aforizmləri şəxsiyyəti haqqında oxucuya çox şey deyir.

Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın.

Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş dalı var. Ona görə, cənablar, pafosu saxlayın!

Mən aktrisa üçün oynamaq sözünü qəbul etmirəm. Kart oynamaq, dama oynamaq, cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır.

Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.

Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə xokkey oynamaqdır.

Bədbəxtliyə bax... Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.

Optimizm informasiya çatışmazlığıdır.

Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?

Uğur qazanmaq üçün qadında iki keyfiyyət olmalıdır. Bir: axmaq kişilərin xoşuna gəlmək üçün kifayət qədər ağıllı olmaq. İki: ağıllı kişilərin xoşuna gəlmək üçün kifayət qədər axmaq olmaq.

Tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.

Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.

Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.

Pis filmə çəkilmək əbədiyyətə tüpürcək atmaqdır.

Uşaq birinci sinifdən tənhalıq elmini öyrənməlidir.

Tənhalıq odur ki, evdə telefon ola-ola “budilnik” zəng çalır.

# 7138 dəfə oxunub

Oxşar xəbərlər

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

18:30 16 yanvar 2026
"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

16:35 16 yanvar 2026
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

15:43 16 yanvar 2026
"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

15:40 16 yanvar 2026
“20 Yanvar – milli yaddaşımızın iradə gücü”  adlı anım tədbiri keçirildi

“20 Yanvar – milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirildi

14:54 16 yanvar 2026
Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

13:40 16 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər