news-inner
clock09:00 calendar-gray 15 Aprel 2015 view-gray249 dəfə oxunub
view-gray249 dəfə oxunub

Narkotikin məhv etdiyi dahi şair

Amerikada J.Peder Zeynin redaktorluğu ilə nəşr olunan, aralarında Keyt Atkinson, Piter Keri, Culian Barns, Pol Oster və Stiven Kinqin də olduğu 125 yazıçının səsverməsi ilə hazırlanan “Yazıçılar sevdikləri kitabları seçir” kitabındakı XVIII əsrin seçilmişləri arasında İngilis şairi, tənqidçisi və filosofu Samuel Teylor Koldric də yer alır. Qalmaqallarla, qeyri-adi həyat tərzi ilə seçilən Koldricin “Qədim dənizçilərin nəğməsi” kitabı XVIII əsrin ən yaxşı və qiymətli kitablarından biri hesab olunur. Bəs kim idi Samuel Teylor Koldric?

Qumarbaz və ata minə bilməyən əsgər

1772-ci ildə dünyaya gələn Samuel Teylor Koldric, ailəsindəki 10 uşağın ən kiçiyi idi. Böyük qardaşlarının ona verdiyi əziyyətlərdən kitablara sığınaraq xilas olmağı bacarmışdı. Mütaliə onun yeganə dostu və xilaskarı idi. 1781-ci ildə atası öldükdən sonra onu Londondakı məktəblərdən birinə göndərdilər və Koldricin uşaqlığı Londonda keçir. Olduqca istedadlı uşaq olan Koldric məktəbi tamamladıqdan sonra təqaüd qazanaraq Kembricdə “Jesus College”-də təhsilini tamamlayır və 1791-ci ildə isə 19 yaşında universitetdə təhsil almağa başlayır. Bu, onun kimi aşağı təbəqədən olan bir gənc üçün böyük şans idi. Amma Koldric bu fürsəti dəyərləndirə bilmədi. Qumar və alkoqolizmə qurşanan şair, iki il sonra Kembric kimi məşhur universiteti atır və sərgərdan bir həyata başlayır. Bir müddət sonra isə ümumiyyətlə yoxa çıxan Koldricdən uzun müddət heç bir səs-soraq gəlmir. Ailəsi onu tapanda Koldric orduya yazılmışdı.

Silas Tomkin Komberbaçe – bu şairin ordudakı saxta adı idi. Ata belə minməyi bacarmayan şair əsgərlər və zabitlər üçün sevgi məktubları yazmaqla xidmətini davam etdirirdi. Yazarlığın gətirdiyi şöhrəti orduda dadan Koldricin böyük qardaşları onu ordudan ayırmaq üçün təzminatı ödədikdən sonra, ordudan tərxis olunur. Universitetə geri dönən Koldric Uilyam Vortsvordun şeirləri ilə tanış olur və çox təsirlənir. Artıq at minməsinə ehtiyac olmayan bir peşə seçmişdi özü üçün: Şair olacaqdı!

Zorən jurnalist və şanslı şair

Koldric 1795-ci ildə evlənir və universiteti yenidən atır. Yazmaq istəyindən vaz keçə bilmirdi. Ac qalmamaq üçün jurnalistika ilə məşğul olmağa başlayan şair, 1796-cı ildə ilk şeirlər kitabını nəşriyyatlardan birinə satmağa nail olur. Koldricə qədər şairlər və ədəbiyyat əsilzadələr və kilsə tərəfindən dəstəklənir, müəllif hüquqları ilə də demək olar ki, dövlət və kilsə məşğul olurdu. Artıq şərtlər dəyişmişdi və Koldric aşağı təbəqədən çıxmasına baxmayaraq kitabını nəşriyyata satmağı bacarmışdı. O, Vortsvordu özünün idealı hesab edirdi və idealı ilə görüşmək üçün 65 km-lik yolu piyada getmişdi. Müasirlərinin yazdığına görə Koldric Vortsvordu gördükdə, sürətlə ona doğru qaçır. İdealı bu çılğın fanatından qaçmaq əvəzinə onu bağrına basır. Tezliklə dostlaşdılar, Koldric xanımı və oğlu ilə birlikdə Vordsvordun yanına köçdü. Artıq o idealı ilə hər gün görüşə bilirdi. 1798-ci ildə Koldricin şeirlərini oxuyan iki imkanlı şəxs, yazmağa davam etməsi üçün ona ömrünün sonuna qədər ildə 150 funt-sterlinq təqaüd ayırır. Bu onun üçün çox böyük şans idi. Çünki o dövrün kasıb şairləri və yazarları bunun xəyalıyla yaşayırdı. Artıq bu pulla ailəsini dolandıra biləcəkdi və yazmağa vaxtı qalacaqdı. Amma Koldric evə qapılıb morfi və narkotik istifadəsinə başlayır. XIX əsrdə morfin ağrıkəsici kimi istifadə olunduğu üçün satışı sərbəst, əldə etmək asan idi. Koldricin morfin istifadəsinin qəribə tarixçəsi var. Şair, həzm problemlərinə görə aptekdən morfin almağa başlayır. Artıq asılılığa çevriləndə o həqiqəti anlasa da, gec idi…

Morfinin pəncəsində…

Koldric və idealı Vortsvord morfini ilham mənbəyi hesab edirdi. Hər ikisinin ideal hesab etdiyi şair Robert Borns 37 yaşında alkoqolizmdən dünyasını dəyişmişdi. Sərxoş beyinlə yazmaq onlara daha cazibəli görünürdü. Bəlkə də buna görə Robert Bornsun seks və içki ilə bağlı yazdığı şeirləri çox sevirdilər. Bütün asılılıqlara, alkoqol və narkotikin təsirinə baxmayaraq Koldric 1797-ci ildə epik şeiri olan “Kubilay xan”ı qələmə alır. Yüksək dozada morfinin təsirində olan şair yazdığı şeiri bəyənmir və depressiyaya düşür. 1816-cı ildə Koldric həmin şeiri Lord Bayrona oxuyur. Bayron şeiri yüksək qimətləndirir və şeirin morfinin təsiri altında yazılması ilə bağlı kiçik bir ön sözlə birlikdə əsəri çap etdirir. 18 il müəllif tərəfindən bəyənilmədiyi üçün arxivdə qalan “Kubilay xan” romantik şeirin qiymətli incilərindən biri hesab edilir və ingilis şeir antologiyalarına salınır və sevilir.

“Çarmıxa gərildim, öldüm, dəfn edildim…”

Koldric narkotikdən ilham alsa da, dəfələrlə morfin istifadə etdikdən sonra çıxdığı səyahətlərdə həyati təhlükələr yaşamışdı. Məsələn, 8 gün dayanmadan yeriyən Koldric ayılanda evindən 400 km uzaqda olduğunu başa düşmüşdü. Bir dəfə yoxa çıxdıqdan sonra, polis parkda yaxasında Koldric yazılmış bir cəsəd tapır. Yaxınları şairin ölümünü düşünməyə başlarkən, o, qəfildən ortaya çıxır və hamını heyrətləndirir; şair sağlam olsa da, əynində heç bir paltarı yox idi. Paltarları bir əyyaş tərəfindən oğurlanmış, sonra həmin əyyaş parkda ölmüşdü. Narkotik onun bütün həyatını məhv etmişdi. 1808-ci ildə arvadından ayrılan Koldricə, iki il sonra növbəti zərbəni Vordsvort vurur. 1810-cu ildə bu böyük dostluq sona çatır. 1813-cü ildə yüksək dozadan sonra səhhəti pisləşən Koldric Bristolda bir klinikada müalicəyə başlayır. 1814-cü ildə dostlarından birinə yazırdı: “Çarmıxa gərildim, öldüm, dəfn edildim. Cənnətə yüksəldim və indi mərhələ-mərhələ yenidən doğuluram…”

Klinikada müalicəsi uğursuz olsa da, 1826-cı ildə yenidən müalicəyə cəhd edir. Amma bu asılılıqdan xilas olmaq mümkün deyildi. Ailəsindən ayrılmağı, dostlarının tərk etməyi Koldrici çökdürmüşdü. Morfin asılılığından xilas olmayan şair, 1834-cü ildə ürəyində yaranan problemlər səbəbindən dünyasını dəyişir.

Bütün şüurlu həyatı narkotikə qurban getsə də, Koldric dünya ədəbiyyatının dahiləri ilə eyni cərgədə dayanır.

Oxşar xəbərlər

Xəbər lenti

Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020