writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock09:30 calendar-gray 12 Aprel 2015 view-gray205 dəfə oxunub
view-gray205 dəfə oxunub

TV-nin “tərbiyəvi” söyüşləri

Yazıq TV aparıcıları tamaşaçılar üçün əlindən gələni edir, yenə də camaat narazıdır də. Biri qaçan gəlinləri tapır, o biri studiyada ayaqyalın rəqs edir, kimi kabab bişirir... Bir sözlə, sizin üçün dəridən-qabıqdan çıxırlar.

O gün də verilişdə Aşıq Ədalət hirslənib, dilindən “tərbiyəvi” əhəmiyyətə malik söz çıxarıb, yenə aparıcını daşa basırsınız. Kişi nə deyib axı? Ağsaqqal bircə ağız söyüb. Deyib ki, .... var-yoxunu. Vəssalam! Aparıcı bu söyüşü montajda kəsib, qəbrə basdıra da bilərdi. O zaman heç tamaşaçının xəbəri da olmazdı. Sizlər də bilməzdiniz ki, Aşıq Ədalət necə söyür. Amma yox, müəllif aşıq sənətini və bu xalqı düşünərək, o söyüş olan hissəni kəsib, anonsa calaq edib. Beləcə, həm şəxsən mən və həm də mənim kimi çoxsaylı tamaşaçı Aşıq Ədalətin söyüşünü eşitdi. Həmçinin məhz bu söyüşü izləmək üçün o anonsa baxdıq. İstənilən halda qazanan verilişin reytinqi oldu. Məsələn, mən ilk dəfə idi ki, belə bir verilişin varlığından xəbər tutdum. Nəyin hesabına? Bu söyüşün.

Maraqlı burasıdır ki, qonşumuz Fatma xala da belə düşünür. Deyir ki, kişi söyər də. Guya heç söyüş-zad eşitməmişik? Ya qulağımızın dibində söydülər, ya televizorda. Nə fərqi var? O boyda kişiyə çılpaq qızı göstərəndə, bilmirdilər ki, hirslənib söyəcək? Hələ yaxşı ki, o rəqqasə studiyada olmayıb. Sazı çırpardı təpəsinə. Əcəb də edərdi. Böyüyümüzdür! Naəlac qalanda söymək də olar, döymək də.Təki camaat tərbiyələnsin.

Fatma xala tək deyil. Biri də yazmışdı ki, Aşıq Ədalət əsl kişi kimi reakisiya verib, əhsən ona! Bax belə, siz də yapışmısınız ki, müəllif niyə söyüşü efirə verib? Bir az da tərbiyəvi baxımdan məsələyə yanaşın. Elə bil heç təlim-tərbiyədən başınız çıxmır. Kim deyib ki, TV ancaq məlumatlandırır və maarifləndirir? Düz bilmirsiniz, həm də tərbiyə edir. Özü də yeni tərbiyə metodunun üzərində aparıcılar çalışır. İnsafınız olsun, tərbiyənizi də düşünürlər.

İnanıram ki, Aşıq Ədalət anidən dilindən qaçan bu tərbiyəsiz sözə görə fəxr etmir. Bəlkə ağsaqqal hətta xəcalət də çəkir. Hər halda bundan sonra daha diqqətli olar. Birdə ya sazla bağlı verilişlərə getməz, ya da aparıcını “Quran”a əl basdırar. And-aman edər ki, yaşlı adamam, hirslənib dilimdən bir söz çıxarsam, mədəniyyət xətrinə, tamaşaçılara hörmət üçün, lap elə sazın öz hörmətinə efirə vermə. Efirə versən də, heç olmasa, o söyüşü müdafiə etmə. Belə sən də, mən də lap biabır oluruq. Lap özünü düşünmürsənsə, mənə və saza rəhm et. Bizi reytinq deyilən o zada qurban vermə.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021