Pulsuz kişini də sevin

Pulsuz kişini də sevin
8 mart 2015
# 12:36

Vüsalə Məmmədova

Yaz günəşinin ilıq nəfəsi yenicə hiss olunurdu. Yaxınlığımızdakı parkda bir oğlan uşağı ilə qarşılaşdım. Üç-dörd yaşlı bu körpənin üz-gözündən açıq-aşkar bir əsarət yağırdı... Körpənin əyin-başı diqqətimi çəkmışdı: Qabağı açıq gödəkçənin altındkı yun sviterin üstündə nazik, par-par işıldayan pencək var idi. Ərinməyib bir az da nəzər yetirdim, şalvarı da eyni parçadan tikilmışdı... Pencəyin qabağı elə çəkilmişdi ki, üstəlik də yun sviterin üstündən, uşaq əllərini uzadıb oyuncaq maşının sükanından yapışa bilmirdi... Elə bil uşağı, qəfəsə salmışdın...

Mənə gələcəyindən qorxduğum, əli-qolu bağlı bir əsir təəssüratı bağşlayan bu körpə hansısa bir qadının əsəriydi.

Əslində biz hamımız, kişill-qadınlı bütün səhvimiz-düzümüz, əyər-əksiyimizlə birlikdə qadınların əsəriyik.

Yaşadığımız və az qala hər addım başı şikayətləndiyimiz cəmiyyət qadının əsəridir.

O cəmiyyət ki, kitab oxumaqdan, mütaliə etməkdən çox-çox uzaq düşüb; təmənna hissi gün-gündən artır; təcavüzü, intiharı, qəzası, stresi saysız hesabsızdır... İnsanların gözü heç nədən doymur... Hamı nəsə gözləyir, hamı bir-birindən nəsə umur...

Və buna təəcüblənməyinə dəyməz...

Çünki ailə quran kimi, lap dəqiqi ər tapan kimi təhsilini, işini arxa plana keçirən qadının yaratdığı cəmiyyət belə olmalı idi.

Heç fərqindəsinizmi ki, kişilər rüşvətə daha çox qadınları razı salmaq üçün meyl edirlər.

Çünki pulu-imkanı olmayan kişi sevilmir. Varlı-qazanclı kişi isə (onun necə qazandığını heç kim düşünmür) qadını istədiyi kimi idarə edə bilir. Beləcə, kişi aldığı rüşvətlə ya evdəki qadını razı salmağa çalışır, ya da başqa bir qadının sevgisini qazanmağa...

Bir sözlə pul çoxaldıqca, ətrafında onu sevən qadınların sayı da çoxalır.

Bir həftədir hər yanda mövzu eynidir – 8 mart hədiyyəsi. Hələ neçə gün də hədiyyəsiz qalan qadınların giley-güzarından bezəcəyik.

Qadın – insanı kişiyə çevirən, ona özünü hədiyyə edən bu məxluq o qədər maddi əvəz tələb edir ki...

Əgər kişi olmağın bəlli bir qiyməti varsa, demək ki, qadınlıq da şairlərin dediyi kimi möhtəşəm bir məqam deyil... Qiyməti olan heç nə möhtəşəm ola bilmir...

Əziz qadınlar, mart ayı gələr-gəlməz kişilərin boğazından “dörd-əlli” yapşmayın!

Bircə dəfə sübut edin ki, onların pulu olmadan da yaşaya bilərsiniz. Satılıq deyilsiniz axı. Kişi ancaq pul demək deyil. Siz bir qarın çörək qarşılığında alçalmaq, əzilmək üçün yaranmamısınız...

Bircə dəfə sübut edin, lütfən! Cəmiyyət üçün daha yararlı insanlar yetişdirin və başqalarının əsərlərini təhrif edib əsirlərə döndərməyin! O zaman ilin tək bir günü yox, bütün günləri sizin bayramınıza çevriləcək. Çünki onda cəmiyyət tamam fərqli olacaq.

Lütfən, cəmiyyətə daha yararlı olun sözümü “bu il parlament seçkilərində iştirak edin” mesajı kimi başa düşməyin. Millətin vəkili olmadan da onun halına yanmaq olar. İNSAN BÖYÜDÜN!

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #