Yubka geyinənlərdən nə yazdılar?

Yubka geyinənlərdən nə yazdılar?
19 fevral 2015
# 16:21

Türkiyədə xüsusi amansızlıqla qətlə yetirilən Özgəcan üçün sosial medianın azərbaycanlı kişi fəalları yeni aksiyaya başlayıblar.

Onlar yubkalı fotolarını Facebookda #‎ozgecanicinminietekgiy haştaqı ilə paylaşaraq qadınlara qarşı zorakılığa etiraz ediblər. Aksiya Facebook üzvləri tərəfindən birmənalı qarşılanmayıb: dəstək verənlər də olub, tənqid edənlər, söyənlər də.

Kulis.az aksiya haqqında maraqlı statusları təqdim edir.

Rüstəm Behrudi: “Qəribə toplumuq, çox qəribə... Türkiyədə zorlanıb öldürülmüş qız üçün ətək geyənlər Neftçalada əmisi, atası, qardaşı tərəfindən zorlanmış 15 yaşındakı qız üçün, Ağdaşda zorlanmış 12 yaşında qızcığaz üçün, Masallıda bacısı ilə evlənmiş Qaraş üçün cınqırlarını belə çxartmadılar. Ətək sizə çox yaraşır, ətəyiniz mübarək!”

Oktay Hacımusalı: “Özgəcan öldürülüb e... başa düşdüm, bəs sən niyə şalvarını çıxarırsan? Guya kişinin oğlu dəhşətdir də... Guya bununla nə olur ki? Ətək geyinmək üçün ən uyğun variant budur hə? Cəmiyyətin qınağından qorxursan? Ay səni! Unutma, onsuz da cəmiyyət sizin kimiləri heç vaxt qəbul etməyəcək. Nə qədər ürək bulandırsanız da”

Nadir Qocabeyli: “Kişi olun, malı-nala qatmayın... Mənim nə mini yubka geyənlərə, nə də başını bağlayanlara heç bir iradım yoxdur. Baxmayaraq ki, ailəm və yaxınlarım ifrat açıq və ifrat örtülü geyimlərdən istifadə etmir, biz fərqli düşünənlərə, fərqli geyinənlərə qarşı tolerantıq. Yəni özləri bilər, nəyimizə lazım, hamı bizim kimi olmaq zorunda deyil ki... Ancaq kişilərin təcavüzə uğramış qızı müdafiə etmək məqsədilə qısa tuman geyib şəkil çəkdirməsi, vallah, mənə çox əcaib görünür. O xanımın zora və vəhşiliyə məruz qalması bütün normal düşüncəli adamları üzür. Guya əynində cins şalvar olsaydı, ya da hicablı olsaydı, bundan sığortalanmış olacaqdı? Məgər zorlananların hamısı mini yubkada olur? Bu aksiya həmin məsələyə son dərəcə qeyri-adekvat və anormal münasibətin göstəricisidir. Çox təəssüf edirəm ki, son illər ölkəmizdə bu cür anormal düşüncələri yayanların sayı durmadan artır...”

Könül Dərya Qasımova: “Türkiyədəki məlum dəhşətli hadisə ilə bağlı yubkalı şəkil çəkdirənlərə (cansız, can!) etiraz edənlərə: Qadın yubkasına ikrahla baxanlar elə o təcavüzkarlar kimidirlər. Təcavüzün kökü, səbəbi elə xor, aşağı görməkdədir! Nə var ki, yubkada, niyə aşağıdır, niyə alçaqdır, niyə əskikdir? Analarınızın, nənələrinizin, mənim geyimim niyə əskikdir? Niyə qadının geyindiyi, qadına aid şeylər əskiklikdir? Ona görə ki, yaxşı xüsusiyyətlərə "kişi kimi", pislərə "arvad kimi" deyirik. Bizim kültürümüzdə qadınsayaq hər şey iyrənc, alçaq və xordu. Nəticə göz qabağındadı”.

Yeganə Hacıyeva: “Zəhmətkeş, cəfakeş, cinslərin ən ləyaqətli, şərəfli nümayəndələri olan Azərbyacan kişilərindən Özgəcan qətlinə etiraz kampaniyası...”

Elnur Quliyev: “Azərbaycanda da heç birimizin, yaxını, dostu, yoldaşı, sevgilisi Türkiyədə Özgəcanın başına gələn hadisədən sığortalanmayıb. Cəmiyyət olaraq Türkiyədən geri qalmırıq, bizim cəmiyyətdə də qadın, insan kimi yox "gəzən vagina" kimi dəyərləndirilir. Lamiyə Quliyeva hadisəsi buna bir misaldır. Heç bir halda, qadının mini ətək geyinməsi ona olunan zorakılığa haqq qazandıra bilməz. Türkiyədəki hadisənin Azərbaycanda olmaması ümidi ilə...”

Kəbutər Haqverdi: “Canım soydaşlarıma təşəkkürlər!”

Takunya: “Teşekkürler kardeş ülke Azerbaycanlılar!YAHŞİ

Azerbaycanda bir grup erkek, Özgecan Aslanın öldürülmesini protesto etmek için Facebookta ‪#‎ozgecanicinminietekgiy kampanyası başlattı”.

Atabəy Ağalarbəyli: “Geyiminə görə xanımları qiymətləndirən, mini yubkalı qız görəndə onun haqqında ağzına gələni danışan, zorlanan qadın haqqında "düzgün geyinsəydi, heç nə olmazdı" deyən həmcinslərimə etiraz olaraq...”

Ramal Hüseynov: “Özgəcan üçün şalvarını çıxarıb artistlik edib ətək geyinmək həvəsinə düşənlərə deyirəm. Populist kampaniyalara gərək yox. Səmimi olun bir az. Özgəcan ətək geyinməzmiş deyə eşitdim. Yox əgər biz Özgəcanın simasında bütün qadınları qoruyaq deyirsinizsə, qadını sadəcə ətək simvolizə etmir. Qadını ətəkdən ibarət gördüyümüz təqdirdə hələ çox qadınlar öləcək. Niyə? Çünki ətək görəndə şalvarımızı çıxarmaq keçir ağlımızdan.

Özgəcan üçün şalvarınızı geyinin, kəməri və zamoku möhkəm tutub adam olun yetər! Bu kampaniya daha uyğundu. Şalvar çıxarmaq daha təhlükəli vəziyyətlər yaradar”.

Rəşad Müseyibzadə: “Bəzi fikirlər var: "İndiyənə qədər bu təcavüz hadisəsi olurdu, amma bu qədər şişirdilməmişdi", "Azərbaycanda da təcavüz hadisəsi olur, amma siz Özgəcan üçün aksiyalar keçirirsiniz". Məncə, Özgəcan hadisəsi illərdi yığılıb-yığılıb bir bardağın daşması oldu. Özgəcan cinayətinin daha dəhşətli olması hadisənin bu qədər böyüdülməsinə, "təcavüz", "qadına şiddət"ə diqqət çəkilməsinə səbəb oldu. Qaldı ki, Azərbaycanda da ‪#‎ozgecanicinminietekgiy aksiyasının keçirilməsinə... Müsbət bir haldı. Özgəcan burda təkcə Türkiyədə şiddətə məruz qalan qadınların yox, bütün dünyada şiddətə məruz qalan qadınların simvoludu. Bu gün, dünən, ondan əvvəlki günlər də Azərbaycanda təcavüz hadisələri olub. Deməli, daha geniş kampaniyalar keçirdib, bu məsələyə daha çox diqqət çəkməliyik. Özümüzün də çıxarılası dərslərimiz var. Məsələn, mən çox ciddi bir dərs çıxarmışam”.

İsmayıl Zeynalzadə: “Çox şişirdib özlərini cəmiyyətə «duyarlı» zənn edən (elə göstərməyə çalışan) kişiciklər guya qadınlara dəstək olurlar Azərbaycanda da. Dəstək yaxşı şeydir, ələlxüsus da əks cinslərə, amma ‪#‎ozgecanicinminietekgiyməkdənsə bir az şərəfli olub ana-bacınızı söydürməsəz lap yaxşı olardı. Kişi olun, ala! Əsl mənada kişi!”

Həsən Həsənov: “Özgəcana dəstəyi mini yubka səviyyəsinə düşürdülər deməli... Ayə, ay "kişilər", mini yubka söhbətini Nihat Doğan eləmişdi”.

Xaqani Hüseynov: “Türkiyədəki hadisəyə dəstək olmaq əladır. Amma oğlanların mini geyinməyini apar tulla. Mentalitet, zırt-pırt, nə bilim e... o tərəfdən demirəm. Prosta şitlik oldu, ağ oldu. Türklərdən bizə qarşı elə şey görəmmirik, olmayacaq. Bəsdirin uje onun-bunun gözünə girməyə çalışdıq, nöqtəsinə qədər hər şeyin haqqını verməliyik. Artıq olmaz”.

# 908 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #