writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock13:46 calendar-gray 30 Yanvar 2015 view-gray268 dəfə oxunub
view-gray268 dəfə oxunub

Bıçaqsız boşanma olarmı?

İnsanlar boşanmaq üçün ailə qurmur. Amma həyatdır, heç kim ayrılıqdan sığortalanmayıb. Hətta, böyük məhəbbətlə başlayan münasibətlər də günün birində qopa bilər. Önəmli odur ki, başladığın kimi də bitirməyi bacarasan.

Davasız, söyüşsüz, qarğışsız, böhtansız – sivil qaydada sağollaşa biləsən. Bunun üçün doğru zamanı seçmək önəmlidir. Görürsən ki, sevgi qalmayıb, hisslər nifrətə çevrilir, hörmət itir, birgəyaşayış ancaq əzab verir, deməli münasibətin bitdiyi yerdəsiniz. Hələ övladınız varsa, yaranan durumdan ən çox o zərər görür. Anlaşıb ən azı köhnə tanışlar kimi ayrılmaq hər iki tərəf üçün də xeyirli olar.

Bizdə isə nə edirlər? Yürüməyən münasibəti o zamanadək sürüyürlər ki, axırda ər-arvad iki düşmənə çevrilir. Bitmək bilməyən münaqişələr ildən-ilə daha da dərinləşir. Sevgi-sayğının tozu da qalmır. Ər-arvadı sadəcə məcburi öhdəliklər bağlayır. Kişi məcburən hər axşam evə gəlməli, qadın məcburən yemək bişirməli olur. Məcburiyyətdən doğan qəzəb də yaranmış nifrəti körükləyir. Təsəvvür edin ki, hər gün zəhlən gedən insanın üzünü görməli, səsini eşitməlisən. Üstəlik nifrət bəslədiyin qadın üçün əziyyət çəkib pul qazanmalı, zəhlən getdiyi kişinin paltarlarını yumalısan. Sizə elə asan gəlməsin, çox çətin psixoloji durumdur.

Uşaq da arada qalır. İki düşmənin biri atası, o biri anasıdır. Həm də “günahkar”dır. Çünki hər davada valideynləri məhz onu təqsirləndirir: “Bu uşaq olmasaydı, səndən çoxdan boşanardım. Ona görə sənə dözürəm! İstəmirəm atasız (anasız) qalsın”.

Zavallı uşaq da elə bilir ki, evdəki bütün müharibələrin tək səbəbkarı odur. Guya uşaq olmasaydı, çoxdan ayrılardılar. Özləri də bilir ki, onları bir damın altında saxlayan yalnız övlad deyil, qohum-qonşu qınağı, maliyyə asılılığı, “abır-həya” kimi başqa səbəblər də var. Sadəcə günah keçisi seçib uşaqdan yapışırlar. Onsuz da münaqişələrlə psixologiyası pozulan balacaya bir də belə bir “günah” yükləyirlər.

Ailədaxili münaqişələrdə qan da tökülür. Bir neçə gün öncə xəbərlərdə izlədim. Qadını əri bıçaqlamışdı. Məlum oldu ki, birinci dəfə deyil, daha öncə də eyni hadisə baş verib. O zaman qadının yarasına tikiş vurub, ərinin yanına göndəriblər. Amma bu dəfə nəticə başqa cür oldu. Qadın ömürlük şikəst qaldı, kişi isə həbsxanaya düşdü.

Münaqişəni bu həddə çatdırmağın kimə faydası oldu? Qınağından çəkindiyiniz qohum-qonşu gətirib öz böyrəyini sizə verəcəkmi? Ya əvəzinizə həbsdə yatacaqmı? Hadisəyə şahid olan uşaq anasının bıçaqlanmasını, qana boyanan xalçanı unuda biləcəkmi?

Yanlış anlaşılmasın, qətiyyən boşanmanı təbliğ etmirəm. Hər uşağın atalı-analı böyüməyə haqqı var. Ailə qarşılıqlı güzəşt, fədakarlıq, əmək tələb edir. Mənə görə maddi sıxıntı boşanmaya əsas ola bilməz. Əl-ələ verib dolanarsınız, yoxsulluq dərd deyil. Amma əgər “söhbət”ə bıçaq-balta da qoşulursa, həyati təhlükə varsa, boşanma qaçılmazdır. Eqonuzu, hikkənizi, qonşuları bir kənara qoyub, övladınızı düşünün. İki il öncə Bakıda ata 16 yaşlı oğlunu benzinlə yandırdı. Oğlan öldü, atası isə həbs edildi. Münaqişəli ailə olduqları ortaya çıxdı.

Hətta boşanandan sonra əri ilə barışanlar da olur. Ötən il oxşar zəmində cinayət hadisələri baş verdi. “Kişi keçmiş həyat yoldaşını öldürdü” başlıqlı neçə xəbər oxuduq. Şikəst olan ailəni yürüməyə zorlamaq nəyə yarayar?

Boşanmaq biabırçılıq deyil. Ailənin bitməsini elan edən aktdır. Əsl rüsvayçılıq arvadın (ərin) bıçaq yarasına görə xəstəxanada (həbsdə) yatmasıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021