news-inner
clock13:55 calendar-gray 28 Yanvar 2015 view-gray75 dəfə oxunub
view-gray75 dəfə oxunub

Şeir ancaq orijinaldan tərcümə edilməlidir

“Tərcümə problemlərinin aktuallaşdırılması”-LAYİHƏ


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı iləKulis.azsaytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”,“Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”,“Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq“Türk dilindən tərcümə lazımdırmı?”və“İkinci dildən tərcümə problemi”mövzularınınmüzakirəsi ilə tanış olmusuz.

Üçüncümüzakirə mövzusu “Tərcümə mətinlərinin müqayisəli təhlili” adlanır. Mövzu üzrə məruzəçilərQismət, Hamlet Qoca, Şahin Ələsgərov, Fərid Hüseyndir. Fərid Hüseynin məruzəsini təqdim edirik.

Tərcümə edərkən bir neçə dildə variantlara baxmaq işin həm asanlaşmasına, həm də mürəkkəbləşməsinə səbəb olur. Məsələn, deyək ki, rus dili və türk dilindən edilən tərcümələrə baxanda rusların əsərləri daha çox dərəcədə öz dillərinə və təfəkkürlərinə yaxınlaşdıqlarını görürük. Belə olan təqdirdə orijinal mətn başqa bir dildən yox, həm də başqa bir təfəkkürdən süzülüb gəlir. Xüsusən, şərq müəlliflərinin əsərləri Avropa dillərindən tərcümə edildikdə adət-ənənə fərqləri başqa dildə hökmən edildiyi dilin təfəkkürünə yaxınlaşdırılır. Mən şəxsən türk dilində peşəkar tərcüməçilərin adlı-sanlı nəşriyyatları tərəfindən edilən tərcümələrini bəyənirəm. Çünki yüksək qonorar hesabına türk dilinə çevrilən bu əsərlərdə yazıçıların üslubları qorunur. Məsələn, İstanbul Kitab Fuarında olanda Dostoyevsknin “Cinayət və Cəza” romanının türk dilində 11 tərcüməsinin olduğunu öyrəndim. Xeyli maraqlı gəldi mənə, bir neçə tərcümənin müqayisə üçün eyniləşdirdim və qəribə nəticələrə gəldim. Məsələn, elə tərcümələr vardı ki, sanki 2-3 türkcə tərcüməsini qarşısına qoyub ordakı cümlələri müqayisə edərək ortaq variantını yaradıb.

Tərcümənin müqayisəli təhlili deyəndə həm də hansısa dilə bir neçə dəfə tərcümə edilən əsərlərinin də qarşılaşdırılması məsələsinə toxunmaq lazımdır. Məsələn, Ənvər Məmmədxanlının tərcüməsində “Madam Bavari” əsərinin tərcüməsini yeni redaktə ilə çap etmək daha yaxşıdır, nəinki o əsəri yenidən tərcümə etdirmək. Xüsusən, dünya ölkələriylə müqayisədə bizim ölkəmiz kimi tərcümə əsərləri az olan ölkədə.

Müqayisəli tərcüməni təhlil edəndə yazıçıların etdiyi tərcümələr xüsusi diqqət çəkir. Məsələn, yazıçı tərcümə edəndə mütləq o əsərə öz üslubundan da nələrsə əlavə edir. Ancaq tərcüməçi də bəzən həmin yazıçının üslubunu duymadan tərcümə edir deyə üslub saxlanılsa da əsərin Azərbaycan dilində səslənməsində problem olur. Bu məsələdə ən ideal variant elə bilirəm ki, yazıçının öz üslubunu “kənara qoyub” tərcümə etməsidir.

Kulis.az saytında “Müqayisəli tərcümə” layihəsi çərçivəsində Azərbaycan dilinə bir neçə dəfə edilən tərcümələri giriş sözü yazmışam və dərc edilib. Bu layihədə əsərlərin orijinalı da verilir. O layihədə belə bir problemi vaxt-bivaxt duyurduq: orijinala sadiq olan tərcüməçilərin etdiyi tərcümələr bizim dildə yaxşı səslənmirdi, - bu dediyim nəsr tərcümələrinə aiddir. Poetik əsərlərin tərcümələrində isə vəziyyət fərqli idi: şeiri şair olmayan tərcüməçi çevirəndə sətri tərcümədən ciddi mənada fərqlənmir, yaxud da qulaq qafiyələri ilə, ən pisi uğursuz qafiyələrlə hanısa ölçüyə uyğunlaşdırılırdı ki, bu da tərcümə edilən əsərin ruhunu tamam-kamal öldürür.

Yuxarıda adı çəkilən layihədən mənə tam aydın oldu ki, şeiri ancaq və ancaq şair tərcümə etməlidir. Nəsr əsərinin tərcüməsi zamanı isə orijinala sadiq əsərlər ona görə bizə maraqsız gəlir ki, o sözlər birə-bir yazıldığı kimi ifadə edilir, bizim dildəki qarşılığı, adekvat variantı tapılmır. Bir həqiqəti də diqqət çatdırım ki, hər nə qədər orijinala sadiq olsa da, bizim dilimizdə normal səslənməyən tərcümə oxucuların sevimli əsərinə çevrilə bilmir.

Tərcümə zamanı tərcüməçinin müqayisə imkanlarının geniş olması müsbət hal olsa da, bəzən mənfi nəticələr verir. Məsələn, rus və türk dillərinə paralel baxanda tərcümə edən adam iki fərqli dilin orta məqamını tapır və hər iki variantın ən uğurlusunu seçməyə çalışır. Belə olan halda bəzən tərcümə edilmiş əsərdə iki dilə aid özəlliklərə, kalkalara rast gəlmək olur, tərcümə olunan müəllifin üslubundansa demək olar heç nə qalmır.

Poetik mətnlərin tərcüməsinin müqayisəsi zamanı isə tamam fərqli nəticələr üzə çıxır. Poeziyada dil imkanları nəsrdəki qədər deyil, o mənada ki, nəsr əsərlərinin tərcüməsi zamanı tərcüməçi fikri çatdırmaq üçün əlavə sözlərdən istifadə edib mənanı çatdırır. Ancaq poeziyada ölçü, heca sayı, şeirin poetik quruluşu buna imkan vermir. Ona görə də bizim dildə tərcümə olunan rus poeziyası nümunələrində çox nadir hallarda çarpaz qafiyələr qorunur.

Məsələn, Türkiyədə Anna Axmatova, Marina Svetayeva və Boris Pasternakın şeirlərinin bir çoxu sərbəst şeir kimi tərcümə edilib. Əgər o şeirləri kimsə türk dilindən tərcümə etsə, orda adı çəkilən şairlərin yaradıcılığından demək olar ki, heç nə qalmayacaq. Məsələn, bu yaxınlarda mən Fridrix Nitsşenin bəzi şeirlərini dilimizə çevirəndə, rus və türk variantına baxdım, hər ikisi tamam fərqli idi, daha sonra alman dilini bilən dostuma sətri tərcümə etdirəndə, fərqi görüb az qala dəhşətə gəldim. Poetik mətnləri müqayisəsinə nəzər salanda bir daha bizə əyan olur ki, şeir ancaq orijinaldan tərcümə edilməlidir.

news-inner-user

14050 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sazın peyğəmbəri – Şərif Ağayar yazır...
20:55 27 Yanvar 2020
“Həyat etüdləri” təqdim edildi
19:58 27 Yanvar 2020
Pantomima teatrı fevralda - Afişa
19:20 27 Yanvar 2020
Bakıda “Müstəqil Kino Platforması” təsis edildi – Nə istəyirlər?
18:50 27 Yanvar 2020
Yaralı qadın - Hekayə
18:28 27 Yanvar 2020
Uşaq qalmaq istəyirəm... - 11 yaşlı Nərmindən şeirlər
18:07 27 Yanvar 2020
Şah Matda “Ölüm məhbusunun son günü” olacaq
17:36 27 Yanvar 2020
Eminqueydən yeni kitab
16:57 27 Yanvar 2020
Kamal Abdullanın romanı müzakirə olunacaq
16:21 27 Yanvar 2020
Mikayıl Müşviq Poeziya Evi açılsın - Təklif edildi
15:39 27 Yanvar 2020
Səyavuş Aslan onu aldadıb ruhi xəstəxanaya apardı - Aktrisanın həyatından dəhşətli faktlar
15:01 27 Yanvar 2020
Mişel Obama "Qremmi" mükafatı aldı
14:22 27 Yanvar 2020
Bətnindən meyvə dərsən... - Fərid Hüseyndən yeni şeirlər
13:42 27 Yanvar 2020
Xeyriyyə məqsədi ilə rəsm sərgisi
13:03 27 Yanvar 2020
Bəhram Bağırzadənin yerə dəyib çiliklənən obrazı – Sərdar Amin yazır...
12:23 27 Yanvar 2020
Hərəyə bir nənə öpək!
11:46 27 Yanvar 2020
Qalımmmı, gedimmi? Sual budur, bu… - Anara şeir həsr etdilər
11:08 27 Yanvar 2020
Nə pismiş sevgisiz böyüklük – Şəhriyardan yeni şeirlər
11:00 27 Yanvar 2020
Əliqismət Lalayev İranda beynəlxlaq festivalın teatr sərgisinə dəvət aldı
10:43 27 Yanvar 2020
Nobel mükafatçısının evini qarət etdilər
10:16 27 Yanvar 2020