Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər
30 dekabr 2025
# 17:30

Bu gün Filippin şairi və yazıçısı, müstəqillik uğrunda mübarizənin öncülü Xose Rizalın anım günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən onun əsərlərindən sitatları təqdim edir.

Xose Rizal yazıları və çıxışları ilə xalqının milli kimliyinə töhfələr verən yenilikçi, uzaqgörən bir qəhrəman və eyni zamanda insanlara şəfa verən peşəkar həkim olub.

Onun ispan dilində yazdığı "Noli Me Tangere" və "El Filibusterismo" romanları İspaniya hökmranlığı altında müstəmləkə həyatını təsvir edir və Filippin məktəblərində tədris olunur.

***


Çox sevənin çox da dərdi olar.

***
Qəzalara inanmaq möcüzələrə inanmaq kimidir – hər ikisi Tanrının gələcəyi bilmədiyini fərz edir.

***
İqlim dəyişiklikləri dördayaqlılar kimi, ikiayaqlılara da təsir edir.

***

Çiçək və dəfnə çələngləri azad insanların ixtiralarıdır...

***

Hər kəs tarixi öz marağına uyğun yazır.

***

Şöhrət şirin olmalıdır ki, sevdiklərimizin qulaqlarında, külümüzü qoruyacaq torpağın havasında səslənsin.

Şöhrət ölümün soyuqluğunu öz istiliyi ilə isitsin deyə məzarımızın üzərində dolaşsın ki, tamamilə yox olmayaq, içimizdən nəsə yaşamaqda davam etsin.

***

Qismət bəzilərinin qarşısına Çin yelpiyi kimi çıxdı: bir üzü qara, o biri üzü çiçəklərlə bəzədilmiş...

***

Filippinlilər zəfərin mübarizədən doğduğunu, sevincin ağrıdan cücərdiyini və qurtuluşun fədakarlığın bəhrəsi olduğunu dərk etmirlər.

***

Əgər bu günün qulları sabahın zalımlarına çevriləcəksə, müstəqillik nəyə lazımdır?

***

Vətənimin üzərində şəfəqin söküldüyünü görmədən ölərəm. Görəsi olan sizlərə salam olsun – və gecə boyu ölənləri unutmayın!

***

Yaşamaq insanlar arasında olmaqdır və insanlar arasında olmaq mübarizə aparmaqdır; yalnız onlarla deyil, özünlə də mübarizə aparmaqdır; onların ehtirasları ilə yanaşı öz ehtiraslarınla da savaşmaqdır.

***

Dühanın vətəni yoxdur. O, hər yerdə çiçəklənir. Dahilik işıq kimidir, hava kimidir. Bu, hamımızın mirasıdır.

***
İnsan yalnız bir dəfə ölür və əgər yaxşı ölməzsə, yaxşı bir fürsət əldən verilmiş olar və bir daha geri qayıtmaz.

***

Kölələrin olmadığı yerdə tiranlar da olmaz.

***
Böyük bir ideala həsr olunmamış həyat faydasızdır; bir binanın parçasına çevrilmədən tarlada boş yerə qalan daş kimidir.

***

Palçıqlı mənbədən təmiz su çıxmaz. Acı toxumdan şirin meyvə bitməz.

***

Ətirin yayılması üçün qabı sındırmalı, qığılcım əldə etmək üçün isə qayaya zərbə vurmalısan.

***

Bir ölkəni xilas etməyin şərəfi, onu məhv etmiş adama aid ola bilməz.

***
Səyahət uşaqlıqda bir ərköyünlük, gənclikdə ehtiras, yetkinlikdə zərurət, qocalıqda isə ağıdır.

***
Qum üzərində qurulan hər şey gec-tez dağılar.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

Dağların gizli dili:   Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə

Dağların gizli dili: Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə

12:00 24 may 2026
Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər