news-inner
clock11:02 calendar-gray 22 Yanvar 2015 view-gray117 dəfə oxunub
view-gray117 dəfə oxunub

“İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir”

Yanvarın 21-də İsveç səfirliyinin İşlər üzrə müvəkkili cənab Tomas Danestad Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Qonağı Mərkəzin direktoru Afaq Məsud salamlayaraq, qurumun fəaliyyəti barədə qısa məlumat verib, Mərkəzin bu vaxta qədər İsveç ədəbiyyatından tərcümə etdiyi nümunələrdən söz açıb: “İsveç ədəbiyyatından biz Pyer Lagerkvistin, Nobel mükafatı laureatları Selma Lagerlöfün və Tomas Tranströrmerin, həmçinin, Marqaret Ekströmün əsərlərini tərcümə və nəşr etmişik. Bu il məşhur içveç nasiri Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərini, həmçinin, Berqmanın rejissor peşəsinin incəliklərindən bəhs edən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi üçün əhəmiyyətli olacaq “Berqman Berqman haqqında” kitabını tərcümə və nəşr etməyi planlaşdırırıq”. Sonra A.Məsud ötən ilin sentyabr ayında İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq Kitab sərgisində iştirakı və təəssüratlarından danışıb: “Bu səfərdə qarşılaşdığım bir çox yaddaqalan hadisələrlə yanaşı, məni bir yazıçı kimi təsirləndirən, isveçlilərin dilinə, ədəbiyyatlarına münasibəti oldu. İsveçlilər üçün milli ədəbiyyatları, sanki, bir sitayiş məbədidir. Ədəbiyyata olan bu sakral münasibət ölkənin hər küncündə – “quyruq”larında İsveç yazıçı və şairlərinin şəkilləri ilə dünya ölkələrinə uçan təyyarələrindən başlamış, aeroport, küçə və xiyabanların divarlarına qədər ədəbiyyat muzeyini andıran bu məmləkətin hər tərəfində duyulur. Bu, ilk növbədə İsveç xalqının mənəvi zənginliyindən, yüksək maarifçiliyindən xəbər verən heyrətamiz ədəbiyyat sevgisidir ki, buna dünyanın hər ölkəsində rast gəlinmir”.

Mərkəzin direktoru daha sonra İsveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə toxunub: “Biz İsveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, dövlət və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. Çox istərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın. Düşünürəm bu işin, yəni İsveç dilinin tədrisinin təşkili ilə bağlı hamımız – İsveç səfirliyi, Azərbaycan Dillər Universiteti və ADA universitetləri birgə çalışmalıyıq. Bu layihənin maliyyə mənbələrini tapmalı, ümumi konsepsiya və tədris proqramları hazırlamalıyıq”.

Cənab Tomas Danestad öz növbəsində dəvətə görə minnətdarlığını bildirərək, ölkədə tərcümə işinin vəziyyəti və ölkə tərcüməçilərinin hansı normativ hüquqlar əsasında fəaliyyət göstərməsi ilə maraqlanıb: “İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir. Bu işlə Tərcümə Palatası adlanan xüsusi dövlət qurumu məşğul olur. İsveçdə tərcümə işiylə məşğul olmaq üçün Tərcümə Palatası tərəfindən xüsusi lisenziya verilir”.

Qurum İsveçdə fəaliyyət göstərən tərcüməçilərin hansı dil və sahələr üzrə tərcümə xidməti göstərməsinə dair xüsusi razılıq – yəni müddəti bir ildən çox olmayan lisenziya verir. Bu lisenziyalar tərcüməçilərə yalnız bir dildən o biri dilə tərcüməyə görə verilir. Məsələn, İsveç dilindən ingilisə, yaxud, alman dilindən isveç dilinə. Bizdə heç zaman bir tərcüməçiyə dil qarşılıqlılığı üzrə, yəni eyni zamanda həm isveçdən ingilisə, həm ingilisdən isveçə tərcüməyə görə lisenziya verilmir. 2005-ci ildə İsveç parlamenti tərəfindən İsveç dilinin özünəməxsusluğunun qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram qəbul olunub. İngilis dilinin ölkədə təsirinin günbəgün artması fonunda bu proqramın qəbulu mühüm əhəmiyyət kəsb edir. İsveçə çoxsaylı xalqların axını bu dillərin daşıyıcılarının İsveçin dil mühitinə təsirini artırır. Bu səbəbdən dillə bağlı məqsədyönlü siyasətin aparılması mühüm əhəmiyyət kəsb edir. Burada əsas məsələ İsveç dilinin ölkənin aparıcı dövlət dili kimi qorunub saxlanılmasının təmin edilməsidir.

Daha sonra İsveç rəsmisi İsveç səfirliyinin dil, tərcümə və tədris məsələləri üzrə Mərkəzlə əməkdaşlığından, bu sahədə birgə həyata keçirə biləcəkləri perspektiv layihələrdən söz açaraq deyib: “İsveçin Tərcümə Palatası, Dil Şurası, eləcə də dil və tərcümə məsələləri üzrə digər əlaqədar qurumlar ölkənizdə tərcümə işinin qurulmasında, həmçinin, ana dilinizin kultivasiyası istiqamətində sizə böyük köməklik göstərə bilərlər. Düşünürəm, Mərkəzlə birgə əməkdaşlığımız hər iki ölkənin mədəni həyatına öz töhfələrini verəcək”.

news-inner-user

15806 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020