20 Yanvarın 25 yaşı

20 Yanvarın 25 yaşı
20 yanvar 2015
# 17:20

Mən hələ ta uşaqlıqdan əsgər olmaq arzusu ilə böyümüşdüm.Kim mənə sual versə idi ki, böyüyəndə kim olacaqsan verəcək tək cavabım “əsgər olacam” idi. Bəlkədə mən elə müharibə illərində doğulmuş uşaqlardan olmuşdum? ya başqa bir səbəbdən idi deyə bilmərəm. Ta böyüyüb dərk etdim ki,qızları əsgər aparmazlar. Amma bu vətənpərvərlik hissi yenə məndən uzaqlaşmadı. Qarşıma hərbi jurnalist olmaq məqsədi qoydum.

20 Yanvar hadisələrinin şahidi olmamışam. Sadəcə onları tarixdən oxumuşam. Şəhidlər haqqında baxdığım filmlərdən Azərbaycanın necə igid qəhrəmanları olduğunu görmüşəm. Fəxr eləmişəm ki, mən bu ölkənin qiziyam. Amma hər zaman əgər yenidən müharibə olarsa mütləq məndə gedəcəm hiss olub hər zaman ürəyimdə...

Bax artıq bu qanlı hadisələrdən 25 il ötür. Və biz gənc nəsil olaraq bu hadisəni yalnızca bu gün gələndə qeyd edirik. O daki məzarləğa gedib bir qərənfil qoymaqla və statuslar paylaşmaqla.

Məni bir sual çox maraqlandırır görəsən indi müharibə olsaydı bizim bu gənclər ne edərdi? Hansı ki, əsgərlik etməkdən çəkinib, əsgərliyə yararsız bilet aıb, ama sosial dünyada, cəmiyyətdə özünün kişiliyindən, cəsarətlərindən danışır. Mən hələ bir qız olaraq belə oğlanları qinamaq istəyirəm. Cəmiyyətimiz sanki o qədər çirklənib ki, müharibədən betər bir durumdayıq.

Hər gün ailəsini, qardaşını, dostunu, nəbilim pula, söyüşə görə öldürən millətə çevrilmişik.

Məgər beləmi olmağı öyrətdi bizə o “Şəhidlər Xiyabanı”nda yatan şəhidlərimiz...

Az deyil 25 il. Bir gəncin ömrüdür. Məndən bir yaş qədər böyükdür o müharibənin yaşı. Amma içində özüm olmaqla sadəcə ildə bir dəfə anırıq onları. Unutmuşuq ki,biz bugün onların sayəsində bu torpaqda azd gəzib yaşayırıq. Onların sayəsində rahat gəzib dolanırıq.

Amma səngərdə bugün bizi qoruyan əsgərləri də yaddan çıxarmaq olmaz əlbətdə... Vətəni üçün döyüşən əsgərlərimiz var. Hansi ki bizi il boyu o qarlı genlərdə düşmənlə üz-üzə durub, canı bahasına bizləri qoruyur.

25yaşlı 20 Yanvarımın şəhidləri Allah sizə rəhmət etsin...

# 507 dəfə oxunub

Oxşar xəbərlər

# # #