writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock08:30 calendar-gray 16 Yanvar 2015 view-gray348 dəfə oxunub
view-gray348 dəfə oxunub

Azad seks və yanmış keks

Öncədən deyim ki, bu yazı həyəcan təbili deyil. Bir növ oxucularla dərdləşmək xarakteri daşıyır. Yazacağım problem az qala dünyanın yarısından çoxunda aktualdır və sosioloqların üzərində ciddi şəkildə baş sındırmalı olduğu məsələlərdən biridir. Sosial şəbəkələrin və “ağıllı” telefonların sürətlə həyatımızın bir parçasına çevrilməsi və düzgün istifadə olunmaması insani münasibətlərdə ciddi problemlərə yol açır. İnsanlar real dünyadan qopub əsiri olduğu sosial şəbəkələrin sakininə, vətəndaşına çevrilir.

Bu yazıda sadəcə bir məqam üzərində gəzişəcəyəm. Lütfən, fikirlərimi qadın düşmənçiliyi kimi yozmayın. Çünki, qismət olarsa tezliklə kişilərin də sosial şəbəkələrdəki oyunlarından yazacağam.

…Sosial şəbəkələrin populyarlaşması evdar qadınlara geniş imkanlar yaradıb. Cəmiyyətin həyatında heç bir sosial aktivliyi olmayan, konsertə, tamaşaya, filmə getməyən, kitab oxumayan gəlinbacılar əllərinə düşən bu göydəndüşmə fürsəti eninə-uzununa istifadə etməyə başladılar. Təkcə Feyzbukun Azərbaycanlı istifadəçiləri qadınların toplaşıb rahat-rahat çənə vurduğu, qeybət etdiyi, dərdləşdiyi, yemək reseptləri paylaşdığı, toy-nişandan, zifaf gecəsindən danışdığı, cinsəlliyi müzakirə etdiyi yüzlərlə səhifə var. Gizli arzular və fantaziyalar statuslar və şərhlər şəklində paylaşılır, müzakirə olunur və ən qəribəsi böyük məsələlər haqqında rahatlıqla hökm verilir.

Feyzbukun həyatımıza daxil olmasından sonra namus cinayətlərinin, evdən qaçan qızların, övladını atıb qaçan gəlinlərin də sayında artım var. Statistika dediyimi təsdiq edir. Etiraf edək ki, Feyzbuk evdar qadınlara, azad və sərbəst seçimi olmayan xanımlara xeyli sərbəstlik, rahatlıq yaradıb. Bunun müsbət tərəfləri olsa da, gözə görünən daha çox mənfi nəticələrdir.

Darıxan, ərindən küsən, seksual fantaziyalarını təmin edə bilməyənlər də Feyzbukda özlərinə uyğun məşğuliyyət tapa bilir. Artıq elə bir mərhələyə gəlib çıxmışıq ki, Feyzbuk ailə dağıdır, qan tökülməsinə səbəb olur. Eyni zamanda Feyzbuk ötəri xoşbəxtlik və müvəqqəti səadət məkanıdır. Minlərlə adam öz yarını, heyranını, aşiqini, məşuqunu, oynaşını bu məkanda tapır.

Əvvəllər komplekslər və mental duyğular sərbəstliyi sərhədləyirdi, yanmış kekslərinin fotosunu paylaşıb, “qızlar, keksim yandı L” yazan saxta profilli istifadəçi xanımlar artıq özlərinə virtual sevgili tapıb, azad seksdən danışır. Ağıllı telefonlar və sosial şəbəkələr bütün günü mətbəxdən çıxmayan, camaşır yuyan, ər qulluğunda dayanan, ən gözəl istirahəti Türkiyə və Brazilya istehsalı seriallara baxmaq olan qadınları sanki sehirli bir aləmə salıb. Xəyanət adiləşib, daha doğrusu proses asanlaşıb. Əvvəl utana-utana “sizi bəyənirəm, xoşuma gəlirsiniz” yazan istifadəçilər, indi başdan çıxaran fotolar, ehtiraslı videolarla hücuma keçir. Ala-yarımçıq münasibətlər, təmin olunmayan fantaziyalar, psixoloji gərginliyi artırır.

Ötənlərdə az-az görüşdüyüm tanışlarımdan biri ilə havadan-sudan, iş-gücdən, cəmiyyətin problemlərindən danışırdıq. Tanışım firmaların birində menecerdir və subaydır. Feyzbukda məni izlədiyini, yazılarımı oxuduğunu dedi. Söhbət Feyzbukdakı tanışlıqlardan, ortaq dostlardan düşdü. Tanışım sinəsinə vurub lovğalandı ki, 4-5 evli qadınla danışır və görüşür.

Təəccüblənmədim. Tərəddüdsüz inandım. Çünki, vəziyyətdən xəbərdaram və uzun müddətdir müşahidə edirəm.

Məncə vəziyyət olduqca vahiməlidir, qorxuncdur. Aldadılan da, aldanan da özümüzük. Sosial şəbəkələr 1920-60-cı illərin Amerikasına dönüb. İnsanlarda qəribə rahatlıq yaranıb. Dostlarla hər görüşdə mütləq qəribə bir hekayə eşidirəm. Eyni zamanda Feyzbuk istifadəçisi kimi müşahidələrim də vəziyyətin ciddiliyini sübut edir.

Gəlin birlikdə düşünək, nə baş verir?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020