writer1

Nail Nurəddinoğlu

Məqalə sayı

10
clock11:14 calendar-gray 15 Yanvar 2015 view-gray482 dəfə oxunub
view-gray482 dəfə oxunub

Rəqsanə Azərbaycan varlılarının simasıdır

Dünyanın ən varlı insanlarından biri Bill Qeyts 2014-cü ildə oxuduğu 5 kitabı açıqlayıb. Yəni bu adam ötən il ən azı 5 kitab oxuyub.

Kimdi cəmiyyətin siması?

Alimlər?

Sənətkarlar?

Müəllimlər?

Şairlər?

Heç biri...

Hamımızın uşaqlıqda böyüyəndə olmaq istədiyimiz adam var. Sovet dövründə kosmonavt olmaq arzusudəbdəydi, məsələn. İllər sonra uşaqlıqda olmaq istədiyin adam olmadığını anlayırsan. Və bununla barışırsan. Məsələn, 7 yaşında kosmonavt olmaq istəyən uşaq 40 yaşına çatanda başqa işin sahibidirsə, bunun sadəcə uşaqlıq arzusu olduğuyla barışır. Bu onun üçün sadəcə nostaljidi... Amma heç kim ömrünün son gününə qədər kasıb olacağı fikri ilə barışmır. Hamı elə bilir ki, bir gün varlı olacaq. İstisnaları boş verin. Hamı varlı olmaq istəyir. Cəmiyyətin siması o cəmiyyətin varlılarıdı.

Yeni varlılar. Müstəqillik dövrümüzün varlıları... Kimdi Azərbaycanın yeni varlıları? Kim kimi olmaq istəyirik axı biz?

Azərbaycanlı varlı yekəqarındı. Onun üçün “fit” görünmək vacib deyil - onun pulu var.

Kasıb azərbaycanlı qarın saxlayır...

Azərbaycanlı varlının böyük maşını var - hamı bilməlidir ki, onun pulu var. O kiçik şəxsiyyətini zırpı maşınla kompensasiya eləməlidir.

Kasıb azərbaycanlı yekə maşın istəyir...

Azərbaycanlı varlı zırpı maşınıyla qırmızı işıqda şütüyüb keçən adamdır. Kasıblar qırmızıda keçmir? Əlbəttə keçir... Qırmızıda keçən kasıbların hamısı o varlıya oxşamaq istəyən kasıblardır.

Sən bu xalqın kasıbına kitab oxutdura bilməzsən. Çünki onun gözləri qarşısında ömründə əlinə kitab almayan insanlar varlanıblar. Kasıb varlanmaq istəyir. Və bilir ki, bu ölkədə bunun yolu kitab oxumaq deyil...

Televiziyada gördüyümüz rəqsanələr, izzətlər, nadirlər, manaflar Azərbaycan varlılarının simasıdır. Onları toylara çağırıb layiq olmadığı pullara boğmaq vərdişini varlılar yaradıb. Sonradan o varlılara oxşamaq istəyən kasıblar da həmin müğənniləri toylara çağırmağa başlayıb...

Əminəm ki, siz də həyatda istədiyi hər həzzi dadandan sonra bezib intihar eləyən varlı adamlar haqqında əfsanələr eşitmisiniz. Hə, bax onlar əfsanə deyil. Onlar həqiqi adamlardı. Hər bir tipik varlı azərbaycanlını o aqibət gözləyə bilər. Çünki onun həyat barədə təsəvvürü çox kasaddır. O kitab oxumayıb. Onun eləyə biləcəyi şeylərin siyahısı çox qısadır. O, tez bezəcək... Arzusunda olduğu 3-4 şeyə çatandan sonra həyat mənasını itirəcək bu adamlar üçün. Və beyin yeni üfüqlər açmadığı üçün həyatının mənası qalmır onların...

Bu gün küçədə bir kasıb azərbaycanlını tutun və deyin ki, al, sənə milyon dollar... Ondan o pullarla neyləyəcəyini soruşun. Əmin olun ki, görəcəyi ilk iş zırpı bir maşın almaq olacaq. Ardınca hündür hasarlı bir ev. Qalan pula da bir müğənni saxlamaq barədə fikirləşəcək. Vəssalam. Azərbaycanlının varlı olmaq barədə fantaziyası bu qədərdi. Qınamayın onları. Çünki onların varlılarından gördüyü budu...

"Forbes" jurnalının hesabatına görə, dünyanın ən varlı adamlarının siyahısında ilk nə bilim, neçənci yüzlükdə olan insan bir layihə üçün Bakıya gəlmişdi. Kapitalı milyard dollarla ölçülən adam. Şəhərin ən bahalı restoranlarından birində şam eləyirdik. Söhbət əsnasında müdirimin Bakıda bir neçə telefon dükanı olan dostu ofisianta səsini qaldırdı. Qonağımız tərcüməçidən nə baş verdiyini soruşandan sonra ofisiantı çağırdı və onun üstünə qışqıran adama görə üzr istədi...

Masadakı yerli varlılar şokda idi. Amma əsas bu deyil. Ofisiant özü də şokda idi. Kasıb ofisiant. Çünki onun fikrindəki varlı obrazı bu deyildi...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Aygün Fətullayeva: "İstənilən rola çəkilərəm" - Video
21:02 25 Sentyabr 2020
Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020
Seymur Baycandan yeni kitab
11:13 25 Sentyabr 2020
Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020
Fəxrəddin Manafov xəstəxanaya aparılıb
10:00 25 Sentyabr 2020
Hər yanımdan məftillər sallanırdı - Bircənin romanı
09:00 25 Sentyabr 2020
“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020