"Dünya ədəbiyyatı" dərgisinin yeni sayı çapdan çıxdı

"Dünya ədəbiyyatı" dərgisinin yeni sayı çapdan çıxdı
12 yanvar 2015
# 22:26

Azərbaycan yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan «Dünya ədəbiyyatı» dərgisinin yeni sayı işıq üzü görüb.

Dərginin yeni sayı əsasən Ukrayna ədəbiyyatına həsr olunub və bu nömrənin hazırlanmasına dəstək vermiş Ukrayna Ali Radasının deputatı Sergey Tarutanın oxuculara ünvanladığı təbriklə açılır. S.Taruta Azərbaycanda «Dünya ədəbiyyatı» dərgisinin «Ukrayna ədəbiyyatı» xüsusi sayının işıq üzü görməsini əlamətdar hadisə kimi səciyyələndirib: «Bu, bizim ölkələrimizin, xalqlarımızın və ədəbiyyatlarımızın yaxınlaşması yolunda olduqca vacib layihə və mədəni hadisədir.

Ukraynanın öz tarixinin o qədər də asan olmayan bir dövrünü yaşadığı bugünlərdə hazırkı layihə daha əlamətdar görünür. Əminəm ki, müasir Ukrayna ədəbiyyatı, çağdaş ukraynalı müəlliflər öz layiqli oxucularını tapacaq, oxunacaq».

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli isə təbrikində ölkələrimizin tarixən bir-birinə həm siyasi, həm iqtisadi baxımdan dəstək olduğunu, mədəni əlaqələrimizin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: «Ukrayna-Azərbaycan ədəbi əlaqələri bu mənada xüsusi yer tutur. Çağdaş Ukrayna ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevrilməsi və “Dünya ədəbiyyatı” dərgisinin xüsusi sayı kimi nəşr olunması alqışlanmalı haldır».

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun təbrik məktubunda «Dünya ədəbiyyatı» dərgisinin Ukrayna buraxılışının ədəbiyyatsevərlər üçün dəyərli hədiyyəyə çevriləcəyinə inam ifadə olunub.

Baş redaktor Seyfəddin Hüseynli oxuculara unvanlanan yazısında “Dünya ədəbiyyatı”nın öz konsepsiyası olan, yeni dövrlə səsləşən dərgi kimi nəşrini davam etdirdiyini vurğulayıb: «Bizim nəşr Ukrayna ədəbiyyatının Azərbaycanda belə geniş həcmdə, əhatəli miqyasda, toplu və sistemli halda ilk təqdimatıdır.

Bu sayda Ukrayna ədəbiyyatı, xüsusən onun Azərbaycanda az bilinən müasir dövrü, son bir neçə onillikdəki ədəbi proseslərin nəticələri öz əksinin tapıb». Baş redaktorun qeyd etdiyi kimi, dərginin bu sayı Ukrayna ədəbiyyatının müxtəlif nəsillərə mənsub, fərqli ədəbi dünyagörüşlərə malik otuza qədər nümayəndəsinin yaradıcılığı haqda aydın təsəvvür yaratmaq cəhdidir.

Dərginin «İcmal» rubrikasında Mətanət Vahidin tərcüməsində Dmitro Drozdovskinin «Müasir Ukrayna nəsri XXI əsrin interyerində: tekst+kontekst» məqaləsi yer alıb.

«Proza» bölümündə Ukrayna yazarlarından Mariya Matios, Yaroslav Melnik, Yuri Andruxoviç, Kost Moskalets, Vyaçeslav Klokov, Mixail Slaboşpitski, Lyubov Qolota, Sergey Qrabarın nəsr nümunələri Siyavuş Məmmədzadə, Elçin Hüseynbəyli, Cavanşir Yusifli, Seyfəddin Hüseynli, Rəbiqə Nazimqızının tərcüməsində təqdim edilib.

Jurnalın «Rakurs» rubrikasında Dmitro Stusun «Taras Şevçenko şəxsiyyəti müasir Ukrayna mədəni məkanında» yazısı Rəbiqə Nazimqızının tərcüməsində verilib.

«Poeziya» bölümü klassik tərcümələrlə açılır, burada Taras Şevçenkonun şeirləri Mikayıl Müşfiq və Əhməd Cavadın çevirisində təqdim olunub. Həmin bölmədə Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan, Yuri Buryak, Vasıl Gerasimyuk, İqor Pavlyuk, Oksana Paxlyovska, Lyubov Qolota, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, Dmitro Drozdovski, Vladimir Kostelman, Aleksandr Kabanov, Sergey Jadan, Lesya Mudrak, Dmitro Çistyak, Miroslav Layuk, Alyona Malyuqa və Janna Bezpyatçukun şeirləri Siyavuş Məmmədzadə, Səlim Babullaoğlu, Qismət, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfanın tərcüməsində dərc edilib.

Seyfəddin Hüseynlinin təqdimatında verilən «Tərcümə təcrübələri» Dmitri Merejkovski, Cerom Klapka

Cerom, Mixail Bulqakov və Kurt Vonnequtun əsərlərini əhatə edir.
Dərgidə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun «İçəridən baxış:

2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti» adlı məruzəsinin tam mətni dərc olunub.
Dərgini son səhifələri bu sayda əsərləri yer alan ədiblər haqda bioqrafik məlumatlar üçün ayrılıb.

“Dünya ədəbiyyatı” dərgisini yaxın günlərdə şəhərdəki köşklərdən və kitab mağazalarından əldə etmək olacaq. Dərginin qiyməti 5 manatdır.

525.az

# 2791 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər