writer1

Nərmin Kamal

Məqalə sayı

23
clock16:08 calendar-gray 08 Yanvar 2015 view-gray116 dəfə oxunub
view-gray116 dəfə oxunub

Terrorun tərəfini tutmuram, amma...

Fransadakı son terror hadisəsini – İslamçı-terrorçuların redaksiyaya silahlı basqın edərək, 12 nəfəri qətlə yetirməsini Azərbaycan müsəlmanları necə şərh edirlər, nə fikirdədirlər bu haqda, - gəlin onları nəzərdən keçirək.

Heyiflər olsun ki, onların çoxu dərhal konspirologiyaya yuvarlandı. Hesab eləyirlər ki, bu, hazırlanmış Qərb siyasətidir, silahlı basqını deyildiyi kimi, müsəlmanlar etməyiblər, fransızların özləri ediblər, məqsəd müsəlmanların adına qara yaxmaq və anti-İslam əhval-ruhiyyəsi gücləndirməkdir.

Dəhşətli dərəcədə təhlükəli yanaşmadır! Bunun belə olduğuna inanmaq müsəlman icması arasında qərblilərə qarşı böyük kin yaradır, həmin kin özü sabahın başqa bir terroruna zəmin hazırlayır.

Belə düşünən adam öz şübhəsinə elə əmin ola bilər ki, sabah özü fransızları güllələyər. Əldə heç bir əsas olmadan şübhələr əsasında fərziyyələr yürütmək və ona ürəkdən inanmaq ciddi söhbət deyil. Üstəlik, bu söhbətlər redaksiyaya hücum edən həmin terrorçuları eşitmədən-dinləmədən-tanımadan, uzaqdan uzağa edilirsə.

Ümumiyyətlə, konspirologiya təhlükəlidir; hər şeyin arxasında hansısa oyun olduğunu düşünmək, hər şeyin guya gizlin bir əlbirliyi ilə idarə olunmasına inanmaq cəmiyyətdə qorxu, xof mühiti yaradır.

Bu hadisəni şərh edən digər azərbaycanlı müsəlmanlar nə deyirlər bəs? Deyirlər, guya əvvəllər Parisdə terror aktı olmayıbmı, niyə bunu belə şişirdirlər!

Məsələ burasındadır ki, indiki terroru xüsusi edən bir şey var; sadəcə insanlar ölməyib, həm də mədəniyyətlərarası qovğa kəskinləşib.

Fransada son illərdə müsəlman icmasının böyüyəcəyi, müxtəlif dövlət orqanlarına, parlamentə keçərək, günlərin bir günü Fransanı daxildən ələ keçirəcəyinə dair kabus var.

Hətta bu günlərdə, hələ terrordan bir neçə həftə qabaq fransız yazıçısı Michel Houellebecq-in 2022-ci ildə Fransada seçkilərdə müsəlmanların qalib gəlməsi, hər tərəfi öz sərt qaydalarına tabe etməsi haqda yeni siyasi fantastika romanı fransız cəmiyyətinə təqdim olundu.

Kitab hələ satışa çıxmamış Fransa mediası romanın ideyasını xeyli tənqidlə, qıcıqla qarşıladı.

Avropada müsəlmanlara böyük azadlıqlar verilib, uzun-uzun küçələrdə "Halal" dükanları ard-arda düzülüb, xəstəxanalarda, həbsxanalarda halal menüləri var, nəinki hər şəhərdə, şəhərin hər rayonunda bir və daha artıq məscid var.

Ancaq keçən ilin yayında xarici xəbər saytları işıqlandırmışdı, Fransada iki müsəlman kişi küçədə donuz ətindən sendviç yeyən bir fransıza hücum etmiş, onu döymüşdülər. İmmiqrantlarla yerlilər arasında belə xırda hadisələr yığıldıqca yığılırdı. Terror da belə bir vaxta tuş gəldi.

Fransa ən böyük müsəlman icması olan Avropa ölkəsidir. Doğrudur, fransızlar liberallıq, tolerantlıq ideyalarını bəşəriyyətə bəxş etmiş beş xalqdan biridir.

Fəqət belə bir deyim var, "Biz tolerant olduğumuzu deyirik, amma sabah Yeni Qvineyadakı bir tayfadan qonağımız gəlsə, bir bazar günü öz ənənələrinə uyğun olaraq, adam əti yemək istəsə, biz yenə tolerantam deyəcəyikmi?!"

Əlbəttə, müsəlmanlar adam əti yemirlər, amma yenə də müsəlman və fransız mədəniyyətləri bir-birinə tam əks qütblərdə dayanır.

Fransada hər şey haqda açıq danışmaq, ələ salmaq azadlığı var, heç nə toxunulmaz deyil, heç bir şey müqəddəs deyil, - onların Robespyerdən Sartra uzun fəlsəfi fikir tarixinin gəlib çıxdığı nöqtədir bu. Lakin müsəlman mədəniyyətində belə deyil.

Məsələn, azərbaycanlı müsəlman belə düşünür: “Çəkilməməlidir, əzizim, karikatura çəkilməməlidir, bu insanların mənəviyyatına tüpürülməsi deməkdir, mən təkcə Məhəmməd peyğəmbərə görə yox, hətta İsa və Musaya karikatura çəkilməsinə görə də qəzəbliyəm”.

Deməli, toxunulmaz, müqəddəs, haqqında fərqli fikir yürütməyin qəbuledilməz olduğu dəyərlərə malik Dinlə insan fikrinə və yaradıcılığına hədsiz-hüdudsuz azadlıq tanıyan Fəlsəfə, Qəzet, Jurnal, Karikatura sənəti üzbəüz gəliblər.

Elə karikaturanı çəkənlər də belə düşünürmüş: "Əgər biz öz jurnalımızda Papadan Parlamentə qədər Fransadakı hər şey haqda karikatura çəkə biliriksə, əgər biz Fransada İslamdan başqa hər şey haqda danışa biliriksə, bu, cansıxıcıdır. İslam - mətbuat azadlığından çıxarılmamalıdır”, - jurnalın baş redaktoru Stephane Charbonnier.

Bu, həm də azərbaycanlı müsəlmanların son terror hadisəsinə verdikləri “Mən terrorun tərəfini tutmuram, amma peyğəmbərlə nə işləri vardı ki” şərhinin cavabıdır.

Jurnalın ofisinin bundan əvvəl, 2011-ci ildə bombalanmasını həmin baş redaktor belə şərh etmişdi: “Düşünmürəm ki, bu Fransa müsəlmanlarının işidir, bu idiot ekstremistlərin işidir”.

Bütün bunlar bir tərəfə, bəs doğrudan da, idiot ekstremist yox, görəsən, əsl müsəlman Peyğəmbərin karikaturasını çəkən adamla necə davranmalıdır? Əslində din bu barədə nə deyir? Mülayim bir müsəlman belə bir jurnalı əlinə götürəndə nə etməli, necə reaksiya verməlidir? Mən başı çıxan üç nəfərdən soruşdum.

Yaxşı bir cavab verdilər. Dedilər ki, İslamda məhkəmə anlayışı mövcuddur, “məhkəmə, hökm olmalıdır, yoxsa sən kefin istəyəndə get kimisə öldür, elə şey olar?!”

İndi gəlin bunu Fransaya tətbiq etməyə çalışaq. Avropa ölkələrində sekulyar məhkəmə-hüquq sistemi hakimdir. Həmin sistem humanistdir, uzaqbaşı Məhəmməd peyğəmbərin karikaturasını çəkən vətəndaşı insanların heysiyyətinə toxunmaq maddəsilə cərimə edə bilər, bir neçə aylıq həbs edə, İnternetli-bağçalı həbsxanaya göndərə bilər.

Lakin müsəlmanın o karikaturaçı üçün umduğu cəza bu deyil, Şəriət məhkəməsi bu yerdə başqa cür qərar çıxarardı. Bəli, Fransada şəriət hüququ da tanınır.

Amma o, yalnız müsəlman icması üçündür, hansı müsəlman problemini Şəriət hüququ ilə həll etmək istəyirsə, bunu edə bilir. Qeyri-müsəlmanı, fransızı bu hüquqla yarğılamaq olmaz.

Belə olan halda nə etməli? Mədəniyyətlər kitabda, konfransda, dövlət idarəsində deyil, həyatın özündə üz-üzə gəliblər.

İki maşın toqquşduğu kimi toqquşublar. Redaksiyanın pəncərə şüşələri də lap toqquşan maşınların pəncərə şüşələri kimi çilik-çilik olub./ http://www.bbc.co.uk/azeri

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019
Maestronun xatirəsi anılacaq
16:22 19 Avqust 2019