Azərbaycanlı barmaqsız rəssamın ACI HEKAYƏTİ

Azərbaycanlı barmaqsız rəssamın <span style="color:red;">ACI HEKAYƏTİ
8 yanvar 2015
# 09:00

Hər gün yanlarından ötüb keçdiyimiz, mağazalarda bizə xidmət edən, dönər satan, saatımızı təmir edən, sevgilimizə gül aldığımız, mağasından kitab aldığımız insanlar... Onların hərəsinin bir həyat hekayəti var. Kimininki kədərli anlarla bol, kimininki xoşbəxt, birində uğurlu, birində uğursuz. Facebookdakı "Humans of Baku" və "Humans of Azerbaijan" səhifələri bu cür insanların həyat hekayətlərini bir yerə toplayır.

Kulis.az həmin səhifələrə istinadən fərqli insanların həyat hekayətlərini təqdim edir.

Buna da bax: Naxçıvandan insan mənzərələri

"

"2010-cu ildə rayonda universitetə qəbul olmaq üçün hazırlıqlara gedirdim. Bilmirəm, nədənsə hüquqşünas olmaq istəyirdim, elə bu səbəbdən üçüncü qrupa hazırlaşırdım. Atam tez-tez mənə deyirdi, oxu, savadlı ol və pulu qələminlə qazan. 2011-ci ildə universitetə qəbul oldum. Bakıda kirayə evdə qalıram və burda işləyirəm. Artıq qardaşım da böyüyüb, atam çətinlik çəkir. Bir ilim qalıb. Universiteti sağ-salamat başa vursam, ümid edirəm ki, həyat daha asan olacaq mənim üçün".

"Rəngli geyim, rəngli sifət və fərqli danışıq hər kəsi güldürür. Düzdür insanları güldürmək əla şeydir, amma gərək insan özü də gülə bilsin. Heç bir dərdi olmasın. İndi bir tədbirdən çıxıb digərinə gedirəm, yenə gedib insanları güldürəcəm, uşaqlar əylənəcək. Çətini iş bitəndən sonradır, insan özü ilə baş-başa qalır və ağrılar, dərd-qəm -hər şey səni öz ağuşuna alır. Klounluq bu olsa gərək"

"Bazardan 1-2 kilo “semiçka” alıram, qovurub satıram, şor-çörəyimə bəs edir. Heç kəsim yoxdur, övladım vardı, dünyasını dəyişib. Vaxt aşırı polislər gəlir. 10-20 qəpiyə satdığım “semiçka”nı da satmağa qoymurlar. Deyirlər burda oturma, “semiçka” satma. Bəs nə edim necə dolanım? Deyirlər, get yaşa qocalar evində" 76 yaşlı Mirbabayeva Solmaz

“14 ildir küçə ticarətiylə məşğulam. O vaxtlar bu küçədə suvenir satırdılar. Mən də əldə kibrit simit satmaqla başladım. İndi isə meyvə satıram. Şəhərin mərkəzində alverin üstünlüyü budur ki, istənilən şeyi başqa yerdəkindən 3-4 dəfə baha satmaq olur. Hər gün səhər saat 6-da oyanıram, öz zəhmətimlə halal pulumu qazanıram. Arzum odur ki, gələn il də bu işlə məşğul olub pul yığım, sonra isə doğulduğum kəndə qayıdıb özümə meyvə bağı salım”

"Gül sata - sata 3 dənə gül kimi uşaq böyütmüşəm"

"Raufu işdən evə gedərkən görürəm hərdən, arada söhbətləşirik. Çərpələng satmaqla çörək pulu qazanır, bu istidə əməlli əziyyət çəkir. Hətta biznesini böyütmək barədə söhbətimiz də olub. Gündə ortalama 20 çərpələng satır, bir ədədin satış qiyməti - 2 AZN, maya dəyəri isə 60 qəpikdir. Bu axşam cəmi iki dənə qalmışdı, satıb gedəcəkdi. Ən böyük şikayəti odur ki, yaxşı satış edə biləcəyi yerlərdən onu qovurlar və satışa icazə vermirlər. Bu əngəli aşsa dediyinə görə elə ayaqüstü 40-50 çərpələngi rahat sata bilər." Kənan Kərimzadə

"Uşaqlıqdan quşbazam. Vəziyyət o həddə çatıb ki, göyərçinsiz yaşaya bilmirəm. Vaxtımın 4-5 saatını göyərçinlərə həsr edirəm. Təxminən 100-ə yaxın göyərçinim var. İndi xəstəliyimlə əlaqədar pensiyaya çıxmışam. Aldığım pensiyanın da bir hissəsini bu quşlara xərcləyirəm. Göyərçinlərin yumurta qoyaması, hər gün bunları uçurtmaq bilirsiniz mənə necə zövq verir?!" Əmircanlı Nizami Hüseyno Foto: Əziz Elxanoğlu

"Mən şairəm, ancaq kitabımı çap elətdirmək üçün kifayət qədər pulum yoxdur. Əvvəl Orta Asiya ölkələrindən birində hərbi məktəbdə oxumuşam, lakin yarımçıq qaldı. İndi isə çox təəssüflənirəm"

"1970-ci ildən bu sənətdəyəm. Həmin vaxtlar hiss etmişdim ki, bir gün məşhur usta olacam. Müəllimim yəhudi idi və mənə deyərdi: sən çox istedadlı insansan və bu sənətlə məşğul olmaq üçün böyük imkana maliksən. Düşünürəm ki, bir gün sənətimdən dolayı çox məşhur bir insan olacağımı o da hiss etmişdi. Daha sonra o ABŞ –a köçdü və mən işləməyə davam etdim. Bu gün mən Allahıma çox şükür edirəm ki, tanınmış ustayam və çoxlu dostlarım var. Həmçinin bir çox tanınmış insanlara da saat düzəltmişəm və indi onlar mənim dostlarımdırlar. Mən üç dəfə Azərbaycan Respublikasının prezidenti ilə görüşmüşəm. Mən inanıram ki, elə bir saat yoxdur ki, onu təmir etməyə qadir olmayım. Bundan əlavə, mən dünyada ilk dəfə tərs istiqamətdə işləyən saat düzəltmişəm”.

Elman Mustafayev: "27 ildən çoxdur ki, İçərişəhərdəki bu balaca kitab mağazasını işlədirəm. Bu balaca yeri məndən almaq üçün çoxlu pul təklif ediblər. Amma mən burda 1-2 manata kitab satıb, insanlarımızın mənəvi qidasını verirəm. Xalqa xidmət şərəfli işdir. Ümumiyyətlə isə, kitablar, bir də çörək ucuz satılmalıdır..."

"Bu adam həyətdə olan zibil yeşiklərindəki kitabları çıxarıb bir kənara yığırdı. 15 dəqiqə dayanmadan söhbətləşdik. Tarix müəllimi olduğunu dedi. Dediyinin doğru olub-olmamasını yoxlamaq üçün tarixdən 3-4 sual verdim. Anında ətraflı cavablandırdı. İşdən çıxarıldığını və zibil yeşiklərində ancaq kitab axtardığını söylədi. Fotosunu çəkməyə icazə vermirdi. Sağollaşıb ayrılanda arxamca qışqıraraq dedi: "Məni bu bayraqla çək. Görsünlər ki, müəlliminə iş verməyən ölkənin bayrağını necə uca tuturam". Sən demə bayrağı kitab axtararkən tapmışdı..." © Orxan Ezim

“Xalqlarda parkda gəzirdim, birdən kənardan kimsə məndən "Siqaretin olmaz?" soruşdu. Çönüb bu kişini gördüm. Yaxınlaşıb siqareti verdim və ondan heç nə soruşmadım. Çox təəsüflər ki, dialoqumuz olmayıb. Belə bir kadr çəkib vidalaşdıq. Kişinin yanında Maşa kostyumu ilə oturan isə onun doğma qızıdır”. Cahangir Yusif

"Küçədə uzun, ağ saqqallı qocaya yaxınlaşıb fotosunu çəkməyə icazə aldım. Əllərini sıxdı yana və gülə-gülə dedi: "Amma əsgər kimi çək. Bütün fotolarda belə dururam". Çəkdim. Uzaqlaşandan sonra başqa biri İsmayıl kişinin keçmiş hərbçi olduğu və Sovetlər dağılandan sonra psixoloji problem yaşadığını dedi. Dediyinə görə partbileti də həmişə cibində olur". Gәncә şәhәri

Lal çoban. Gədəbəy yaylaqlarında (Düzyurd) Abbas Atilay

Barmaqsız rəssam

“Şəmsəddin Əliyev 2008-ci ildə işlədiyi bir müəssisədə iki barmağını itirib. Ancaq bu, fırça tutmasına mane olmur. 12 ilə yaxındır çəkdiyi rəsmlərin hesabına dolanır. İşə Türkiyənin İzmir şəhərində rəngsazlıqla başlayıb. Türkiyədə universitetlərin birində təklif edilən işə razı olmayan Şəmsəddin Əliyev 2002-ci ildə Bakıya qayıdır. Amma Bakıya gəlməklə bütün arzuları məhv olur. Rəssamlar İttifaqına qəbul olunmaq istəsə də, çoxlu sənədlərin tələb edilməsi onu bu fikirdən döndərir. Sərgi üçün icarə haqqının çox olması, rəssamın fərdi sərgi keçirməsinə imkan vermir. Odur ki, rəssam çörək pulu qazanmaq üçün şəxsi portretlər çəkməyə başlayır. Hazırda bir xeyirxahın ona ayırdığı bir otaqda çalışır. Şəmsəddin müəllim ümid edir ki, nə vaxtsa onun da bir emalatxanası və illər ərzində çəkdiyi unikal əsərlərin sərgisi olacaq”. Əziz Elxanoğlu

Bu xanım “Gənclik” metrosunun girişində oturub kamança ilə muğam oxuyur və kim necə bacarırsa kömək edir. Xanımın gözləri demək olar ki, heç nəyi görmür. Buna baxmayaraq o öz əməyi ilə çörək pulu qazanır, digərlərindən fərqli olaraq dilənmir”.

# 958 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
# # #