Filmi pulsuz da çəkmək olarmış RƏYLƏR

Filmi pulsuz da çəkmək olarmış <span style="color:red;">RƏYLƏR
6 yanvar 2015
# 12:51

Kulis.az pulsuz və ya az büdcəli filmi çəkmək üçün məşhur rejissorlar Rocer Korman və Rober Rodrigesin məsləhətlərini təqdim edir.

“B” kateqoriyasında onlarla film çəkən, Cek Nikolsana, Frensis Ford Koppolaya, Robert de Niroya kinoda yol açan, “Bir qəpik də itirmədən filmləri necə çəkdim” kitabının müəllifi məşhur amerikalı rejissor Rocer Kormannın məsləhətləri:

1. Hər şeyə qənaət edin. İlk növbədə komandanızı ixtisara salın.

İlk filmlərindən biri “Okeandakı bədheybət”in çəkilişi zamanı gənc Korman həm də yükdaşıyan və sürücü olmuşdu. O, eyni zamanda dekorasiyaları qurur, sonra çəkiliş meydanını təmizləyirdi. Korman bununla da pula qənaət edir, hər qəpiyi hesablayırdı. Kiçik çəkiliş qrupunda hər kəs bacardığı işdən yapışırdı.

2. Ən yaxşı kino-məktəb çəkiliş meydandakı təcrübədir.

“Əgər siz karyera qurmağa başlayırsızsa və ya oxumaq istəyirsizsə, sizə verəcəyim əsas məsləhət çəkiliş meydanında işə başlamaqdır.

“Xlopuşka” tutmaqdan, işıq texniki işləməkdən və hətta qəhvə gətirməkdən başlamaq olar: “Hansısa məktəbdə oxumağa ehtiyac yoxdur. Oxumaq üçün pulunuz yoxdursa meydana gedin və aşağı pillədən işə başlayın. Ən inadkar adamları həmişə sezirlər”.

Məhz yüzlərlə adam Kormanın vasitəsilə Hollivuda gəlib. Hətta Amerika kino tənqidində xüsusi termin də var: “Rocer Kormanın məktəbi”.

3. Yalnız rəqəmsal!

Korman karyerasının qürubunda ağ-qara film çəkirdi. Bu isə az büdcəli filmin fərqləndirici xüsusiyyətlərindən biridir. Amma oyun qaydaları çoxdan dəyişib və Korman əsrin əvvəlində rəqəmsal inqilabı ilk dəyərləndirən rejissorlardan biridir. Kormana görə, rəqəmsal kamera əsl ucuz kino üçündür. Onu istifadə eləmək asandır, kompüter effektləri isə rejissora tamamilə yeni vasitələr verir.

4. Kompromisə getməyin!

Kormanın məsləhətləri müstəqil Amerika mədəniyyətinin yaranmasında xüsusi rol oynayıb: “Özün kimi ol, yaradıcı impulsuna görə hərəkət et, bazardan çəkin, heç bir kompromisə getmə. Mən böyük studiyalarda işləmişəm, amma onların əvəzimdə hər şeyi həll etməsini sevmirdim. Əlbəttə ki, mən gözləyə, kompromisə gedə və heç bir güzəştlə razılaşmamaq səviyyəsinə gələ bilərdim. Amma gözləməyə səbrim çatmadı”.

5. Gənclərə diqqət yönəldin.

Korman yeniyetmələr üçün kinonun potensialını anlayan ilk rejissorlardandır: ”Belə kinonun sirri sadədir, vəhşi, qəddar bir şey çək, bir az ekşn, seks əlavə et və nəsə hiyləgər tryuk düşün”.

7 min dollara “Musiqiçi” filmini çəkən və iki milyon dollar gəlir götürən amerikalı rejissor Robert Rodriqesin məsləhətləri:

1. Tez çəkin!

Rodriqesin fikrincə, yüksək büdcənin əsas səbəbi uzunmüddətli çəkilişlərdir. “Gözləmək sizin düşməninizdir. Gözləmək sizin yaradıcı imkanlarınızı, enerjinizi öldürür. Necə tez çəkmək olar? Ağlınızda hər şeyi çək-çevir edin, o vaxta kimi ki, çəkəcəyiniz materialı qavradığınıza əmin olasız. Sonra çəkin, sonra isə unudun. İrəli gedin və dayanmayın. Unutmayın ki, film müxtəlif hissələrdən ibarətdir, çoxlu detal əlavə edərək hər kiçik səhnəciyi dəfələrlə çəkərək vaxt və pul itirəcəksiniz. Bu fikrə alışmaq lazımdır ki, onsuz da birinci ya ikinci çəkilmiş variantla yaşamalı, və onu necəsə montajda işlətməlisiz.

2. Pulu istənilən vasitə ilə tapın və ona qənaət edin.

Rodriges “Musiqiçi” filminə büdcə toplayanda fantaziyasını işə salmalı olub. Pulun yarısını rejissor tibbi eksperimentlərdə təcrübə dovşanı olmaqla qazanıb. O xolestirini azaldan dərman testlərində iştirak edəndə ssenarini yazıb. Çəkilişlərdə bütün mümkün xərcləri azaldıb: “xlopuşka”dan istifadə etməyib, səsi maqnitofona yazıb və səhnələri bir dublla çəkib.

3. Riyakarlıq etməyin...

“Ən böyük səhviniz o ola bilər ki, az büdcəli filmin çəkilişlərində yüksək büdcəli filmlərin texnologiyasını istifadə edəsiz. Böyük büdcəniz və bahalı aparatınız varsa, çəkiliş qrupu yerinə düşür. Amma başqa şərtlərdə böyük çəkiliş qrupu gərəksiz yükdür...Özünüzün əlverişsiz vəziyyətinizə diqqət yetirin, üstün keyfiyyətlərinizi realizə edin və sizi əhatə edənlərdən daha inadla işləyin”.

4. Şübhə edin.

Əgər kimisə şübhələr gücdən salırsa, Rodriges tamamilə fərqli düşünür. Onun əsas qaydalarından biri budur: “Öz şəxsi qaydalarınızı düşünün: hər şeyə şübhə ilə yanaşın, öz qaydalar sisteminizi işləyin, metodlarınızı tapın. Mən az büdcəli filmlər çəkən adamlarla söhbət etmişəm - onların tapıntıları doğrudan da adamı heyrətləndirir. Tələb olunan nəticəni əldə etmək üçün minlərlə vasitə var. Sizə uyğun olanı tapın və hərəkətə keçin”.

5. Film pul kisəsi deyil...

“Əslində film nədir? Bu, sadəcə yaradıcı səydir. Siz nə qədər yaradıcılığı çox işə salsanız çətinliklərinizi həll edərsiz və film yaxşı alınar. Çətinliklər həmişə törəyir, filmin büdcəsindən asılı olmayaraq. Amma yüksək büdcəli filmin çəkilişləri zamanı problemin həlli üçün pul tapmaq çətin deyil, çünki kinostudiyanın pulu çoxdur. Əgər pulunuz yoxdursa və siz müstəqil işləyirsizsə çətinlikləri sərbəst həll etməlisiz. Özünüzün yaradıcı imkanlarınızı işə salın və problem də yaradıcı yolla həll olunacaq”.

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #