Ərə getməyin alternativ yolları

Ərə getməyin alternativ yolları
29 dekabr 2014
# 10:53

Universitetə girənə kimi çox saf biriydim, hətta hazırlıq dönəmlərində qızların min hoqqadan çıxdıqları oyunları belə anlamırdım. Elə bilirdim qız yolda oğlana nömrə verirsə bunu təmiz, saf, ülvi hissləriylə edir və heç bir pis niyyəti yoxdu. Universitetə girəndən sonra isə hər şey dəyişdi.

Artıq qohum-əqrəba belə üstümə gəlməyə başladı ki: “Özünü uşaq kimi aparma (sən demə, özümü olduğum kimi, rahat aparmaqla mən çox səfeh hərəkət edirəmmiş), "artıq krasovkalardan, orta məktəb sumkalarından uzaq dur. Bacardıqca yubka geyinməyə başla, kablok geyin. Bəlkə elə bir sənə baxan oldu, bəyəndi?" Çaş-baş qalmışdım ki, mən universitetə oxumağamı gedirəm ya ər tapmağamı?

Gördüm ki, yox ee qardaş, belə olmur hər dəfə qonaq gedəndə bir yığın arvad üstümə gəlir. Bir az "böyü". Hələ də anlamıram ki, böyüklərin böyümək anlayışı nədi? Yəni siz böyüməklə nə əldə etmisiz? Yaxşı ər?

Nəysə axırda elə oldu ki, qonaq filan gedəndə beynimin xəyal gücünə qüvvət verməli oldum. Artıq vəziyyət yaxşıdı, bir yığın qadın ərə getməyin yollarından danışanda mən öz beynimdə nəsə yazıram, gördüm alınmır, yazdıqlarımı pozuram, bir də təzədən yazmağa başlayıram.

Albert Enşteyn demişkən məntiq sizi A nöqtəsindən B nöqtəsinə götürər, xəyal gücü isə hər yerə...

Bir yaxın qohumumuz var. Bu yaxınlarda qızı "yaxşı bir yerin oğlu" ilə nişanlandı. Oğlanın babat imkanı var, amma savadı yoxdu, heç qızın da savadı yoxdu. Di gəl, o, qızından da, gələcək kürəkənindən qədər danışır ki. İlahi, deyirsən görəsən nolub. Adam 20 yaşında nişanlanıb, bu gün sabah da evlənəcək. Valideyn də bununla fəxr edir, üstəlik də qohumlara tırs zad atır, bir acıq vermələr var, bir yuxarıdan getmələr-filan. Xata ola ki, bir yerə düşəsən onla, başlayacaq ərə getməyin yollarından danışmağa, buna bariz nümunə kimi də öz qızını gətirəcək. Nə deyək Allah xoşbəxt eləsin, istəməyənin gözü çıxsın.

Bu arada bu qədər qonaq getməkdən yaxşı "məsləhətlər" də öyrənmişəm, "gələcək həyatım üçün". Demək belə qızlar, yemək yeyəndən sonra qayınana stolun üstünü silərsə onun üstündən bir dəfə də siz silin. Stolun üstünü birinci silən 1-0 geridədi deməkdir. Çünki ikinci silən demək istəyir ki, birinci silən stolu yaxşı silməmişdir. Evdə bütün ailə toplanmışsa ananıza zəng vurun və həyatınızın necə yaxşı olduğunu bərkdən deyin, qoyun hamı eşitsin ki, qayınana sizi nə qədər incitsə də siz bunu heç kimə demirsiz və guya içinizə atırsız. Tək qalan kimi tez evə zəng edin və hər şeyi ananıza xəbərdar edin. Qoy sizə babat məsləhətlər versin və sairə.

Qonaq sözü bir fel kimi özünü daha yaxşı göstərir. Bülbül çiçəyə qonur, Çiçək də "yaxşı bir oğlanın" həyatına qonur. Gəlin hamımız bir yerdə qonaq!

# 977 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #