Şimali Koreyanın Rusiyadan kino xahişi

Şimali Koreyanın Rusiyadan kino xahişi
26 dekabr 2014
# 12:24

KXDR-nın rəhbərləri Kİm Çen İnə sui-qəsddən bəhs edən “Müsahibə” Amerika filmini “terrorizmə bəraət qazandıran və hətta buna həvəsəndirən təhlükəli kino məhsulu” adlandırıblar.

Kulis.az-ın məlumatına görə, bu barədə Şimali Koreyanın Rusiyadakı səfirliyinin "Danışır Moskva” radiostansiyasına göndərdiyi məlumatda bildirilir.

“Bu filmin nümayişi bütün dövlətlərdə qadağan olunmalıdır. Xüsusən də sivil və dost ölkə olan Rusiyada filmin nümayiş olunmasını təsəvvür etmək çətindir" – deyə diplomatik nümayəndəliyin məlumatında vurğulanır.

Şimali Koreya diplomatlarının fikrincə, belə bir filmin çəkilişi ABŞ-ın mənən qeyri-yetkinliyindən xəbər verir və əxlaqca alçaqlığını göstərir.

Dekabrın 25-də Mixail Şvıdkov və Rusiya Xarici İşlər Nazirliyi filmin prokatının əleyhinə çıxış edib.

Rusiyanın Leqal şəbəkə və onlayn kinoteatrları filmin hüquqlarını əlində saxlayan Sony Pictures-dən hansısa təklifin olmadığını söyləyiblər, lakin, filmə Rusiyada maraq var (Qeyd edək ki, artıq film Youtube videoservisinə yüklənib)

Xatırladaq ki, filmin nəzərdə tutulmuş premyera gününə - 18 dekabra bir neçə gün qalmış naməlum qüvvələr seans zamanı terakt törədəcəklərini bildiriblər və bundan sonra nümayiş ləğv olunub. Bunun ardınca Amerika kinoteatrları filmin nümayişindən imtina ediblər.

Filmdə baş rolları Ceyms Franko (“Hörümçək adam”, (Harvi Milk”) və Set Roqen (Yaşıl mozalan”) oynayıb. Filmin süjetinə görə, iki teleaparıcı Kim Çen İndən müsahibə götürmək imkanı əldə ediblər, lakin Şimali Koreyaya səfər zamanı onları xüsusi xidmət orqanlarının sıralarına götürür və onlara Şimali Koreya liderini öldürmək haqda göstəriş verirlər.

# 3440 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər