writer1

Ağa Cəfərli

Məqalə sayı

72
clock12:37 calendar-gray 12 Dekabr 2014 view-gray211 dəfə oxunub
view-gray211 dəfə oxunub

Çex hakimin ana-bacısı...

Hər şey yaxşı başlamışdı. Mən yalnız futbolda əlamətlərə inandığıma görə, gəncyazıçı, dəyərli dostumuz Cavid Zeynallının “Qarabağ”ın oyununa bilet tapa bilməməyini yaxşıyayozdum. Cavidin ayağı yaman ağırdır, nə vaxt stadiona gedir, mütləq başımıza bir iş gəlir. Oyunun uğursuz nəticəsi də öz yerində... İnsaf da dinin yarısıdır, heç öz ayağım da yüngül deyil. Buna görə dünən stadiona getmədim.

Futbola evdə baxmaq isə, faktiki olaraq, mümkün deyil. Balacalar imkan vermir. Televizor bütün günü TRT Cocuk-dadır. Bəzən heç baxmırlar e... amma elə ki, kanalı dəyişdin, səs-küyləri aləmi götürür. İndi gəl bunları başa sal da... Mənasız işdi! Həm də lap böyük ekranda futbola baxmağın ləzzəti ayrıdı... Bu səbəbdən yollandım yaxındakı kafeyə.

Kafe nə kafe! Vur-çatlasın, çal oynasın. Yekə-yekə kişilər düşüb ortaya sintizatorun şit musiqisinə elə oynayırlar ki... Bir nəfər gəlib çıxıb bura, oxuyan-filan deyil, amma yüz-iki yüz içdimi, dərhal mikrofonu götürür. “Meyxanəçi”ni elə oxuyur ki, yalan olmasın, elə bil Adnan Şənsəsin özüdü. Kafe sahibi ona heç nə vermir. Heç dinləyicilər də! Sadəcə bəzi həssas dinləyicilər bir-iki rumkayla onun könlünü şad edirlər.

Heç nə vecimə deyil. Əksinə Az TV-nin boşboğaz futbol şərhçilərinin səsi gəlmədiyinə görə, xoşbəxtəm. Bax bunu da müsbət əlamət kimi yozdum.

Pivədən qurtumlaya-qurtumlaya futbola baxıram və arada göz qoyuram, görüm futbolla maraqlanan varmı? Yoxdur. Hamı öz kefində... Lap yaxşı... Mən də öz kefimdəyəm.

Hər şey yaxşı gedir. “Qarabağ” futbolçuları bəlkə hər qarış uğrunda döyüşmürlər, ancaq dirəşiblər. “Qarabağ”ın bir neçə aparıcı futbolçusu yoxdur, amma yaxşı oynayırlar. Hər şeyin yaxşı getdiyinə, yaxşı olacağına ümidim artır. Əminəm, hər şey yaxşı olacaq.

Arada qanqaraldıcı hadisə baş verir. “Dnepr” hesabı açıb. Deməli, mütləq qələbə lazımdır. Səbirsizliklə “Qarabağ”ın vuracağıqolu gözləyirəm.

Oyun başa çatmaq üzrədir. Və budur qol! Necə qışqırdımsa... Bütün kafeni bir-birinə qatmışam. Sağ olsunlar, futbola maraq göstərməsələr də, mənə mane olmurlar.

Və birdən... Rəşad Sadıqovun əl-qol hərəkətlərini görürəm. Nəyə etiraz edir? Niyə etiraz edir? Ay da, qol hesaba alınmayıbmış. A kişi, belə iş olar? A kişi, belə zülm olar? Bu nə iş idi, düşdük?!

Külqabını əlimə götürüb televizorun ekranına çırpmaq istəyirəm ki, ofisiantın səsini eşidirəm: “Qardaş, 3 min manatdır”.

Əlim-qolum boşalır.

Qanıqara evə gəlirəm, dərhal Facebooku açıram, görüm, futboldan başı çıxan dostlarım nə yazıblar epizodla bağlı. Tamam başqa vəziyyətlə üzləşirəm. Üst-üstə cəmi 3-4 dəfə futbola baxmış, ömründə stadiona getməmiş adamların bəziləri yazıb ofsayt vardı, bəziləri yazır ki, yoxdu. Qanım lap qaralır. Deməli, mən futbolun içində böyümüş adam yalnız həmin epizoda 16 dəfə baxandan sonra özüm üçün müəyyənləşdirdim ki, əslində nə baş verib. Başı çıxmayan adamlar futboldan danışanda elə bil məni söyürlər.

Həə, dünən Facebookda yaman bərk söyürdülər. Baş hakimin var-yoxunu, ana-bacısını. Yazırdılar ki, Qarabağdır bu millətin yarası, yaddan çıxmaz bu hakimin anası...Bir futbol azarkeşi kimi sizi çox yaxşı başa düşürəm, hisslərinizi, emosiyalarınızı anlayıram. Amma vallah, billah, yaxşı oğlan tanımadığı oğlanın ana-bacısını söyməz!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020