writer1

Kənan Hacı

Məqalə sayı

193
clock11:06 calendar-gray 26 Noyabr 2014 view-gray533 dəfə oxunub
view-gray533 dəfə oxunub

Elə gülərəm yalan olduğu bilinməz

Bu konuda dəfələrlə yazmaq istəmişəm, amma düşünmüşəm ki, insanın, xüsusən də bir yazarın öz kədərini anlatması nə dərəcədə doğru anlaşılar? Zatən, kədərin izahı olmur, bir yazarı kədərdən çox yazmaqda qınamağın da bir anlamı olmamalıdır. Amma və lakin… Sən demə, kədərdən, yalnızlıqdan çox yazanda adama yazıq kimi baxırmışlar. Bəs deyirdilər yalnızlıq hər bir yazarın yaşam tərzidir? Təsəvvür edin, yaradıcılığı ölüm, tabut, kəfən, məzar sözləriylə ləbələb dolub daşan yazarlar səni görəndə deyir ki, ayə, yaşaya bilmirsənsə, get özünü as, bütün günü ah-nalə edib baş-beynimizi aparma! Demək istəyirsən ki, bizim beynimizi elə sizin yazdığınız “mərsiyələr” yas mağarına çevirib. O gün zarafatla yazar dostuma deyirəm ki, gedirəm “palatka”nı sökməyə. Şaqqanaq çəkib gülür.

İlin-günün bu vaxtı bizim işimizə-gücümüzə baxın. Mən öz kədərim haqqında arayış vermək zorunda qalmışam. Hə, demək belə. Yazıb sizə bildirirəm ki, bu kədər mənə dədə-babadan miras qalmışdır. Füzuli babadan, Seyid Əzim külbəsindən, Vaqif zimistanından, Vahidin nəşeyi-meyindən qalıb bu qədim-qayım kədər. Dörd əllə dərd oynadıb ərşi-kürşü bir-birinə qatan, təxəllüsü Qəmli, Küsgün, Kədərli olan şairləri də bədbəxt edən elə bu rəhmətliklər olub. Nə olsun ki, yüz fikir bir borcu ödəmir, dünya elə “fikir dünyasıdır”. Məxləs, babalarımızın çiynimizə yüklədiyi qəm şələsini gor evinəcən daşımağa məcburuq. Mətləbim ayrıdır, biz belə görmüşük ki, kədər həmişə yazarın gündəlik məşğuliyyəti olub, o, kədəri nə qədər istismar etsə də kədər azalmır, yox olmur, həmişə diri qalır.

Bu sosial şəbəkələr şairi, yazarı lap bihörmət edib qoydu. Yazar öz yaşantılarını sosial şəbəkələrdə dövriyyəyə buraxdıqca adiləşdi, əlçatan oldu. Şairə itin sözünü deyən kim, iqnor edən kim, uşaq kimi qabağına qoyub danlayan kim… Qəliz məsələdir. Bu da çəkiləsi dərd deyil.

Bir zəruri izahat da verim. Yoldaşlar, insan öz kədərini paylaşanda bu, onun kiminsə yardımına ehtiyacı olması anlamına gəlmir. İnsan içindəki ağrını ona görə paylaşmır ki, kiminsə ona rəhmi gəlsin. Əsla belə deyil! Bu, sadəcə, insani bir hissdir, hər kəsdə bu hiss var. Mən özümü kifayət qədər güclü adam hesab edirəm və heç kəsin də yardımına və ya mərhəmətinə ehtiyacım yoxdur. Hamı kimi həyatımı yaşayıram. Yazılarımda kədərin dozası çoxdusa, bu, mənim günahım deyil. Mən sadəcə, hislərimi bu cür ifadə edirəm. Bu qədər sadə.

Təkcə yazarlar deyil, adi insanlar da öz kədərlərini bölüşmək, paylaşmaq istəyərlər. Kədərli insanın öz halını anlatmağa çalışması təbiidir. Buna görə insanı qınamaq nə dərəcədə doğrudu, bilmirəm. Dostoyevskinin kədərli insanlarını neyləyək bəs? Onun “Ölü evdən qeydlər”i başdan-başa kədər mənzərələri ilə zəngindir. Görəsən, Dostoyevski kədəri hörmətdən salmayıb ki?!

Bəzən insanlar kədərli statuslardan təsəlli tapırlar, ovunurlar. Bir dəfə kimsə bir status yazmışdı ki, sən mənim belə kədərli statuslar yazmağıma baxma, mən elə gülərəm ki, heç kəs yalan olduğunu bilməz.

Mən bəzən elə kədərli statuslar yazıram ki, heç kəs bunun yalan olduğunu bilmir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021
7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
15:30 27 İyul 2021
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
15:27 27 İyul 2021
Ermənilər yazıçımızın ailəvi fotosunu oğurladılar – Nadir fakt - Foto
14:45 27 İyul 2021
Əməkdar mədəniyyət işçisi vəfat etdi
13:52 27 İyul 2021
Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021