Reyhanənin anasına son məktubu

Reyhanənin anasına son məktubu
7 noyabr 2014
# 12:01

Əziz Şölə,

Öyrəndim ki, bu gün qisasla tanış olmaq növbəsi məndədir. Ömür kitabımın son səhifəsinə çatdığımı səndən öyrənmədiyimə görə pis oluram. Səncə, bilməməlimi idim? Məyus olduğun üçün nə qədər xəcalətliyəm qarşında, bilirsən. Niyə sənin və atamın əlini öpmək şansını mənə vermədin?

Dünya mənə yaşamaq üçün 19 il verdi. O məşum gecədə ölməli idim. Meyitim şəhərin bir küncünə atılmalı və bir neçə gün sonra polis məni tanıman üçün səni tibbi ekspertizaya aparmalı idi. Təcavüzə məruz qaldığımı da orda öyrənməli idin. Biz onların gücünə və var-dövlətinə sahib olmadığımız üçün qatilim heç vaxt tapılmayacaqdı. Həyatına utanc və iztirabla davam edəcək, bir neçə il sonra bu əzab səni öldürəcəkdi.

Necə oldusa, bu lənətli tale dəyişdi. Cəsədimi bir küncə atmadılar, amma evin həbsxanası və onun tək adamlıq kamerasına basdırıldı, indi də qəbiristanlığa oxşayan Şəhri-Ray həbsxanasına. Amma taleyim beləymiş, şikayət etmə. Sən məndən daha yaxşı bilirsən ki, ölüm həyatın sonu demək deyil.

Sən bizə öyrətmişdin ki, məktəbdə dava-dalaş, yaxud şikayət olanda əsl xanım kimi davranaq. Özümüzü necə aparmağımızın vacib olduğunu necə vurğuladığını xatırlayırsan? Sənin təcrübələrin səhv idi. O hadisə başıma gələndə öyrəndiklərimin mənə xeyri dəymədi. Məhkəmədə məni soyuqqanlı və qəddar bir cinayətkar kimi təqdim etdilər. Gözlərim yaşarmadı. Yalvarmadım. Qanunlara güvəndiyim üçün ağlamadım.

Amma biganə olmaqla günahlandırıldım. Ağcaqanad öldürməz, tarakanları belə götürüb çölə atardım. İndi isə qəsdən cinayət törətməkdə günahlandırılıram. Heyvanlarla rəftarım kişiyə meyl kimi qiymətləndirildi və hakim hadisənin baş verdiyi zaman dırnaqlarımın uzun və laklı olmasını faktına baxmağa belə ehtiyac görmədi.

Ədalət gözlədiyim hakim üçün nə qədər də nikbin davranış idi! Əllərimin idmançı qadınlar, xüsusilə də boksçular kimi iri olmadığını mühakimə etmədi. Və içimə sevgisini əkdiyin bu ölkə məni heç vaxt istəmədi, məni mühakimə edənlərin təhqirlərinə görə ağlayanda, ən alçaq sözlərini dinləyəndə heç kim mənə dəstək olmadı. Gözəlliyimin son əlaməti olan saçlarımı dibindən qırxanda 11 gün hücrə cəzası ilə mükafatlandırıldım.

Əziz Şölə,

Eşitdiklərinə görə ağlama. Polis idarəsindəki ilk günümdə yaşlı və subay bir polisin məni incitmək üçün dırnaqlarımı vasitə olaraq seçəndə gözəlliyin burda tapılmayan şey olduğunu başa düşmüşdüm. Gözəl görünmək, gözəl düşüncə və arzular, gözəl əl yazısı, gözəl gözlər və baxış, hətta xoş bir səsin gözəlliyi...

Anacan, fikirlərim dəyişdi və bunun günahkarı sən deyilsən. Sözlərimin axırı olmayacaq: onları - sən olmayanda və səndən xəbərsiz məni edam edəndə sənə çatdırmaq üçün kiməsə verəcəyəm. Sənə miras kimi çoxlu əlyazmalarımı qoyacağam.

Yenə də ölməmişdən əvvəl səndən bir şey istəyirəm. Əslində, bu dünyadan və bu ölkədən bircə istəyim var. Bilirəm, bunun üçün vaxt lazımdır. Amma xahiş edirəm, ağlama və dinlə...

Səndən məhkəməyə gedib bu arzumu dilə gətirməyini istəyirəm, həbsdə olanda belə məktub yaza bilməzdim. Mənə görə bir dəfə də əziyyət çəkəcəksən. Əgər yalvarmağın lazım gələrsə, sənə hirslənmərəm. Düzdür, mənə edam qərarı verəndə nə qədər etməməyini tapşırsam da, dəfələrlə yalvarmışdın.

Təmiz ürəkli anam, sevimli Şölə, canımdan çox sevdiyim, torpağın altında çürümək istəmirəm. Gözlərimin, gənc ürəyimin toza çevrilməyini istəmirəm. Mən asılan kimi bu arzumu yerinə yetirməyini – ürəyimi, böyrəklərimi, gözlərimi, sümüklərimi, bədənimdən nə götürə bilirlərsə, ehtiyacı olanlara hədiyyə etməyini istəyirəm. Orqanlarımı alanların adımı bilmələrini, mənə bir gül dəstəsi almalarını, hətta mənim üçün dua etmələrini də istəmirəm.

Bunu bütün qəlbimlə deyirəm, gəlib yas tutaraq əzab çəkəcəyin məzar istəmirəm. Mənə görə qara geyinməyini istəmirəm. Bu çətin günləri unutmaq üçün əlindən gələni et. Qoy küləklər məni alıb aparsın.

Dünya bizi sevmədi. Taleyimi istəmirəm. Və indi ölümü qucaqlayaraq onu bitirirəm. Çünki Allahın məhkəməsində məni mühakimə edənlərdən şikayətçi olacağam. Hakimdən, mənə təcavüz etməkdən geri qalmayan Ali Məhkəmənin hakimlərindən şikayət edəcəyəm.

Yaradanın məhkəməsində Dr. Farvandi və Kasım Şabanidən şikayətçi olacam. Yalanları ilə mənə haqsızlıq edən, haqqımı tapdalayanlardan və həqiqətin bəzən göründüyündən fərqli olduğunu vecinə almayanlardan şikayət edəcəyəm.

Əziz, gözəl qəlbli Şölə, başqa sözlə, sən və mən şikayətçi, digərləri isə şübhəli tərəf olacaqlar. Gözləyib Allahın nə istədiyini görərik. Ölənə qədər səni qucaqlamaq istərdim. Səni sevirəm.

Reyhanə

# 2803 dəfə oxunub

Oxşar xəbərlər

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər