writer1

Kənan Hacı

Məqalə sayı

193
clock11:53 calendar-gray 30 Oktyabr 2014 view-gray1194 dəfə oxunub
view-gray1194 dəfə oxunub

Uşağın sevgilimlə bağlı sualı

Biz həqiqəti həmişə uşaqlardan gizlədirik, uşaqlar həqiqəti özləri öyrənəndə isə daha böyüklərə inanmırlar. Valideynin mütəmadi yalanları uşağın psixikasına mənfi təsir göstərir. XX yüzilin ən böyük fikir adamlarından olan Bertran Rassel “Evlilik və əxlaq” əsərində yazır ki, bu cür yalanlar uşaqlarda ata-analarının onları aldada bilmələri haqqında düşüncə formalaşdırır. Ata-analar uşaqların doğulması ilə bağlı onları aldadırlarsa, deməli başqa konularda da yalan deyə bilərlər, bunun sonucu olaraq, ata-anaların mənəvi ucalığı uşaqların gözündən düşmüş olur.

Evdə addımbaşı yalan eşidən uşaq öz növbəsində ata-anasına yalanlar uydurur. Valideyn düşünürsə ki, uşaq hər şeyi bilməli deyil, kökündən yanılır. Bu üsul əks nəticə verir, uşağın tərbiyəsi pozulur. Uşaqdan heç nəyi gizlətmək olmaz, həqiqəti bilmək onun haqqıdır. Öz həqiqətlərini uşaqların beyninə yeridən böyüklər onlara imkan vermirlər ki, onlar da öz həqiqətlərini axtarıb tapsınlar, dərk etsinlər. Beləcə, böyüklər uşaqların düşüncəsini buxovlayırlar, böyüyüb müstəqil həyata qədəm qoyma anında onlar necə yaşamağın yolunu bilmirlər, müstəqil qərar vermək imkanından məhrum olurlar, məcbur olub yenə ata-analarına sığınırlar. Ata-ana isə həmişə övladın yanında olmaya bilər, bəs onda necə olacaq?

Hind filosofu Oşo “Kişilərin kitabı”nda yazır:

“Uşaq doğulandan ona proqram yeridilir. O, bu proqramdan kənara çıxa bilmir. Onun üçün dəqiq hədlər cızılıb. Burdan kənara çıxmaq olmaz. Belə olan halda insan necə geniş ola bilər, necə miqyassız düşünə bilər? Onun düşüncələrinə hədd çəkilib. Onun hərəkətlərinə sərhəd qoyulub. O, adətlərlə, ənənələrlə çərçivəyə sığdırılır. Bu, təbii hal deyil. İnsan beynini, ruhunu çərçivəyə salmaq olmaz. Qoy o, azad olsun. Düşüncəsində, yaşamında geniş, sonsuz olsun, özünü quş kimi hiss etsin. Sən onu niyə qəfəsdə saxlayırsan?”

Oşo yazır ki, uşağa o qədər “olmaz” deyirlər ki, elə bilir adı “olmaz”dır. Mən uşaq olanda evdə anamdan soruşurdum ki, siz məni hardan tapmısız? O da gülüb deyirdi ki, səni mağazadan almışıq. Təbii ki, mən bu yalana heç vaxt inanmamışdım. Uşağın necə yarandığını biləndə isə təxminən 13-14 yaşım vardı. Qonşunun məndən bir-iki yaş böyük oğlu mənim bu məsələdən xəbərsiz olduğumu biləndə əməlli-başlı təəccübləndi və sonra həqiqəti biədəb formada mənə izah elədi. Mən də gəlib evdə anama dedim ki, bəs məni niyə aldatmısınız? Hal-qəziyyə belə, mən hər şeyi bilirəm, məsələ bu cürdür. Rəhmətlik yenə də gülüb məni yola verdi.

Dostoyevski “İdiot” əsərində knyaz Mışkinin dilindən yazır: “Uşağa hər şey demək olar, - hər şeyi, yaşlıların uşaqları, ata və anaların – hətta öz uşaqlarını çox pis tanımaları məni həmişə heyrətə salırdı; uşaqların balaca olmasını və hələ inkişaf etmədiklərini bəhanə edib onlardan heç bir şeyi gizlətmək lazım deyil. Onlar hər şeyi başa düşürlər. Yaşlılar, böyüklər bilmirlər ki, uşaq hətta ən çətin işdə də fövqəladə mühüm məsləhət verə bilər”.

Bu günlərdə bir dostum məni evinə qonaq çağırmışdı. Getdim, yeyib-içəndən sonra xahiş elədi ki, bir-iki şeir oxuyum. Dostumun 3-cü sinifdə oxuyan qızı divanda oturan atasına sığınıb gözlərini maraqla mənə zilləmişdi. Ona işarə elədim ki, uşağın yanında oxuya bilmərəm. Təkid elədi, çarəsiz qalıb kədərli bir sevgi şeiri oxudum. Şeiri oxuyub bitirəndən sonra bir müddət sükut yarandı, sükutu dostumun qızı pozdu:

- Əmi, sənin sevgilin uzaqdadır ki?

- Hə, - dedim, - uzaqdadı.

- Bəs niyə uzaqdadı?

Bilmədim nə cavab verim. Dostum gülüb uşağın başını sığalladı:

- Hə, nooldu? Uşağın sualına cavab ver də, şeir yazmaqnan deyil eee.

Qız məndən verdiyi sualın cavabını almaq məqsədilə bic-bic güldü və dedi:

- Yəqin o, səni sevmir.

- Sən hardan bilirsən ki, sevmir?

- Sevsəydi, yanında olardı da. Sən ona şeir yazma, onu xoşbəxt et. (!!!)

Sonuncu cümlə məni şillə kimi tutdu. On yaşlı qız uşağının məntiqinə baxın; kişi qadını xoşbəxt edə bilməyib ki, qadın onun yanında deyil. Bu, artıq uşaq ağlı deyil. Dostuma deyirəm, maşallah, çox ağıllı qızdır, öz məntiqi ilə məni məğlub elədi. Deyir mən uşaqlarımdan heç nəyi gizlətmirəm, onlara nəyinsə xatirinə yalan demirəm, özləri sərbəst düşünə, müəyyən bir fikrə gələ bilirlər. Hər şeyi bilirlər. Biz onların yanında istənilən mövzuda çox rahat danışırıq. Uşaq gərək gözüaçıq olsun, hər şeydən xəbərdar olsun. Biz heç vaxt onlara “atanı çox istəyirsən ya ananı?” deyə düşük suallar vermirik. Nə də onları bizi sevməyə məcbur eləmirik. Onlar bizə hörmət edirlər, bu, bizə bəsdir. Zorla onları nəyəsə məcbur edə bilmərik. Seçimi onların öz öhdəsinə buraxmışıq. Ona görə müstəqil düşünə bilirlər.

Dostumgildən çıxanda gecədən xeyli keçmişdi, qaranlıq küçələrdən piyada keçib evə gedirdim, on yaşlı qızcığazın sözləri iynəsi ilişmiş val kimi beynimdə fırlanırdı:

“Sən ona şeir yazma, onu xoşbəxt et...”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021
7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
15:30 27 İyul 2021
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
15:27 27 İyul 2021
Ermənilər yazıçımızın ailəvi fotosunu oğurladılar – Nadir fakt - Foto
14:45 27 İyul 2021
Əməkdar mədəniyyət işçisi vəfat etdi
13:52 27 İyul 2021
Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021