writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock12:49 calendar-gray 24 Oktyabr 2014 view-gray3234 dəfə oxunub
view-gray3234 dəfə oxunub

İntellektual manıs

ANS-in efirində türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şoumen Kamran Həsənlinin qələm adamlarına qarşı nümayiş etdirdiyi münasibət, iki gündür medianın gündəmindədir. Mövzu toylarda baş alıb gedən israfçılığa, bayağılığa etiraz edən qələm adamlarının yaratdığı #toylarayoxde haştağı, yazıçıların tərəf-müqabili isə bir cüt manıs idi.

Verilişdə baş verənlərə keçmədən öncə, icazə verin sizə bir balaca millətçi, türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şoumen Kamran Həsənli haqqında danışım.

Kamran bəy intellektual, ürəyi daim vətən sevgisi ilə döyünən, Altaylardan Qara dənizə qədər bütün türk ulusunu sevən, tərbiyəli övlad, qayğıkeş valideyn, gözəl vətəndaş, Böyük Turan ideyasını şou səviyyəsinə endirib xəlqiləşdirən, olmayan səsiylə hind mahnıları zümzümə edən, canlı-qanlı, üstəlik çox istiqanlı korifey şoumenlərimizdəndir. Böyük türk övladı Kamran bəy, 1998-ci ilə qədər siyasətlə məşğul olsa da, sonradan siyasət onunla məşğul olmağa başlayıb.

Özünün dediyinə görə siyasətdə pul yox imiş.

Sitat: “Siyasətçi Azərbaycanda ictimai əsaslarla fəaliyyət göstərir, maaş almır ki...”

Müxtəlif televiziyalarda şou-proqramlar aparan eks-siyasətçi Kamran Həsənlinin uğurlu layihələri də az olmayıb. İnsafən, efirdə fərqlənməyi bacarıb. İlahi, o necə də “Toylar kraliçası”na, “Toylar kralına” yaraşırdı.

Onun efir "uğurları" saymaqla bitib tükənməz. Tamaşaçının zəng edib aparıcıdan oynamasını (rəqs etməsini) istəməyi nadir hadisələrdəndir. Efirdə bu eksperimenti məhz Kamran Həsənli kimi böyük şoumen edə bilərdi. Söhbəti bilmirsinizsə dostum Qismət Rüstəmovun facebook statusunu sizinlə paylaşım:

“Bir dəfə Kamran Həsənlinin canlı gedən verilişinə tamaşaçı zəngi gəlir. Kamran hal-əhval tutmağa macal tapmamış, tamaşaçı deyir ki, Kamran müəllim, sizin o məşhur rəqsinizi çox sevirik, xahiş eləyirəm bizim üçün oynayın da. Kamran sevincək orkestrə işarə verir, başlayır məşhur "rəqs"ini yenidən ifaetməyə. Oynayıb qurtarandan sonra üzünü tamaşaçıya tutub deyir ki, indi gəlin tanış olaq, mən Kamran Həsənli, özünüzü təqdim edin? Tamaşaçı cavab verir: "Mən də Şəkidən it oynadan!!!” ”

Gələlim “Günəbaxan” şouya...

Türkçü, turançı, müğənni, tamada, aparıcı, konservatoriya məzunu, eks-siyasətçi, zərgər, şomen Kamran Həsənli tanınmış qələm adamlarına danışmağa imkan verməməklə yanaşı, onları tanımadığını da dilə gətirdi. Bu nadanlığına isə proqramdan sonrakı açıqlamasında belə aydınlıq gətirdi: “Qonaqlardan hansının Şərif, hansının Ağayar olduğunu da sonradan bildim”.

Üstəlik bu "!intellektual"ın seçdiyi ifadəyə baxın: “Bir-birinizin əlinizdən mikrofonu qapırsınız”.

Mən Şərifin yerinə olsam deyərdim ki, “Kamran müəllim, sizin o məşhur rəqsinizi çox sevirik, xahiş eləyirəm bizim üçün oynayın da”.

Zarafat bir yana, Kamran savadsız adam deyil. Belə bir aparıcının ölkənin iki tanınmış yazıçısını və tanınmış jurnalistini tanımamağı anormaldır. İki tanınmış yazıçının və bir tanınmış jurnalistin isə “mikrafonu qapırsınız” söhbətindən sonra o proqramda qalıb müzakirələri davam etdirməsi də anormaldır. Üstəlik çörəyi toylardan çıxan Kamran Həsənlinin, toylara 10 min manata gedən iki manısla #toylarayoxde etiraz kompaniyasını müzakirə etməsi də anormaldır.

“Toylar kralı”, “Toylar kraliçası” kimi şoulara ev sahibliyi edən ANS-in efirində #toylarayoxde kompaniyasının bu cür gözdən salınması isə normaldır. Uzun illərdir özünü vətənpərvər, millətsevər, turançı, türkçü kimi göstərən Kamran Həsənli mahiyyətcə manısdır, toy adamıdır. Üstəlik efirdə etdiyi hərəkətləri xatırladıqca, keçmişinə nəzər saldıqca Kamran Həsənlinin dünənki davranışını da qayət normal qəbul edib, söhbəti bağlamaq olar.

Son sitat da Kamrandan gəlsin: “Mənim telekanaldan çox cüzi qazancım olur, hamı bilir ki, Azərbaycanda hər bir populyar müğənni, şoumen pulu toydan qazanır.”

Belə mahiyyətsiz, məzmunsuz və duzsuz adamdan ancaq dünənki formada davranış gözləmək olardı. Birdəfəlik anlayın ki, toylara “yox demək” ANS-ə, Kamrana, Vasifə və sair manıslara sərf eləmir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021