Traktor kişi

Traktor kişi
26 sentyabr 2014
# 12:35

Kuli+ gənc şair Saqif Zeynalın “Traktor kişi” şeirini təqdim edir

Qocaldı atamın oğlan belarusu.

Vətən həsrəti onun da belini bükdü.

Satdı ucuz qiymətə,

Traktora xəyanet elədi atam...

Tırıltısını kəndin o başından tanıyardım.

Sanki, mənə görə tırıldayırdı.

O gündən traktoru da itirdim,

O həzin tırıltını da.

Traktordan sonra

Qapımızda ölüm fəsli başladı...

Pis vaxt idi

qaçqınlıq,

yoxsulluq,

zəlalət!

Hələ azmış kimi

Bir də "qapımız"da hökm sürən ətalət...

Traktor atamın Laçından qalan

yeganə yadigarıydı.

Yadımdadı: trakotorun “ayaqqabısı”nda

Laçından gələn torpağı

Yığıb saxlayırdı,

Hər gecə qoxlayırdı...

Çox sədaqətliydi.

Hələ bir dəfə də olsun

Atamı yolda qoymamşdı...

Qoxusu hopmuşdu üstünə,

O qoxu hələdə gəlir atamdan.

Mənimçün dünyanın ən gözəl qoxusu

Atamdan gələn mazut qoxusudu...

Bir dəfə

atamın tüklü sinəsinə,

mazutlu əllərinə sığınanda

onun da traktor olduğunu düşünmüşdüm...

Ürəyi də motor kimi işləyirdi elə bil...

# 888 dəfə oxunub

Oxşar xəbərlər

# # #