Yazmaq istədiyiniz film  SORĞU

Yazmaq istədiyiniz film  <span style="color:red;">SORĞU
24 sentyabr 2014
# 08:00

Kulis.az yazıçılara “Hansı filmi proza kimi yazmaq istərdiniz?” - sualı ilə müraciət edib. Cavabları təqdim edirik...

Səfər Alışarlı: “Bu haqda düşünmək heç zaman ağlıma gəlməyib. İndi məndən soruşsan, hansı filmi daha çox sevirəm, yəqin ki, cavab verməkdə çətinlik çəkərəm. O filmlərin arasından hələlik Şotlandların azadlıq mübarizəsinə həsr olunmuş "Cəsur ürək" filminin adını çəkə bilərəm. Amma bu filmin süjet və fabulası o qədər sadədir ki, onu olduğu kimi yazsan, müəyyən bəsitlik yaradar. Çünki hər bir ssenaridən səsi, musiqini, təsviri çıxanda yerdə bir şey qalmır. O baxımdan istərdim ki, biz yeni bir milli filmin ssenarisini yazaq. Bir dəfə Rasim Ocaqovdan soruşdum ki, "Qatır Məmməd" filminin ssenarisini kim yazıb? O cavab verdi ki, Ropoport. Bu adı ilk dəfə idi eşidirdim. Sonra taprdım ki, bu adam "Mosfilm" kinostudiyasının işbazlarından biridir, filmin ssenarisi də sırf pul qazanmaq üçün elə bayağı və bəsit yazılıb. Yəni filmlər var ki, onların ssenarisini yazanları tüstünün düz çıxmasından başqa heç nə maraqlandırmır. Biz ayrı şey istəyirik. Məncə, bu məsələdə istedadlı Azərbaycan yazıçılarının potensialından istifadə edilmir”.

Aqil Abbas: “Heç vaxt belə bir şey ağlıma gəlməyib. Başqasının çəkdiyi filmi, yazdığı əsəri mən niyə yazmalıyam.”

Murad Könhəqala: “Yapon rejissoru Akiro Kurosavanın Şekspirin "Kral Lir" əsəri əsasında yapon koloriti ilə çəkdiyi filmini Şekspirdən fərqli, öz üslubumdan işləmək istərdim. Bir də məşhur rəssam Madelyani haqqında Cek Bekkerin çəkdiyi "Monparnas-19" filminin ssenari müəllifi olmağı arzu edərdim. Əslində sevdiyim filmlər bununla bitmir...”

Xalid Kazımlı: "Şouşenkdən qaçış"ı (Frenk Darabont) proza kimi yazmaq istərdim. "Xaç atası"nın (Frensis Ford Koppola) filmi eyni adlı nəsr əsərindən qat-qat güclüdür. Onu da film səviyyəsində güclü yazmaq olar”.

Mövlud Süleymanlı: “Təsirləndiyim filmlər olub, amma heç vaxt deməmişəm ki, kaş bunun nəsrini yazaydım”.

Azər Abdulla: “Bəli belə filmlər olub. Demişəm ki, kaş o estetikada, o enerjidə əsər yazaydım. Amma indi konkret ad çəkə bilməyəcəyəm”.

Mirmehdi Ağaoğlu: “Roberto Beninin rejissor və baş rol oyunçusu olduğu, 1997-ci ildə çəkilmiş “Həyat gözəldir” filminin əsərini yazardım.”

Sahilə İbrahimova: “Dovqvil” - Lars fon Trier.

Alpay Azər: “İnqmar Berqmanın "Yeddinci möhür" filmini müasir dövrə uyğunlaşdıraraq (amma dekonstruksiyasız, postmodern elementləri əlavə edilmədən) onun əsasında roman yazardım. Əslində neçə illərdir bu, beynimdə fırlanır, sadəcə, hələ roman ovqatına düşməmişəm”.

Qan Turalı: Dalğaları yararaq (Breaking the Waves - Lars fon Trier).

Cəlil Cavanşir: "Düzü bu barədə heç vaxt düşünməmişdim. İndi bir balaca düşündüm və ağlıma Trierin və Kusturitsanın filmləri gəldi. Kusturitsanın "Həyat möcüzədir", Trierin "Nimfoman" filmlərini roman kimi yazmaq istəyərdim”.

Natiq Rəsulzadə: “Rejissor Stifen Doldrinin 2002-ci ildə çəkdiyi “Saat” filminin əsərini yazardım.”

Aytən Cavanşir: “Vittorio De Sikanın "İtalyansayağı nikah" və Veberin "Oyuncaq".

Kənan Hacı: “Azərbaycan filmlərindən "Ölsəm, bağışla" filmini, amma bir az fərqli yazmaq istərdim”

Qismət: Ya Orson Uelsin "Vətəndaş Keyn"ini, ya da Trierin "Doqvil"ini...

Nəriman Əbdülrəhmanlı: “Ən azı Nuri Bilgə Ceylanın "Qış yuxusu"nu... Nəsr üçün fantastik materialdır. O görüntüləri sözə çevirməyi çox istərdim”.

Mübariz Cəfərli: "Cənubi Koreya rejissoru Kim Ki-dukun "Bahar, yay, payız, qış... və yenə də bahar" filmini nəsr əsəri kimi yazmaq istərdim..."

Svetlana Turan: “Elə filmlər çox olub. Amma onların içində ən çox "Ameli"yə baxdıqdan sonra məndə "kaş bu filmi mən çəkmiş olaydım" fikri yaranmışdı”.

Günel Mövlud: “Sevdiyim filmlərin əksəriyyəti elə romanlar əsasında çəkilib. Yəni o filmlər onsuz da roman kimi yazılıblar. Onlardan hansını yazmaq istəyərdim? Yəqin ki, “Küləklə sovrulanlar”... Marqaret Mirchelin romanı əsasında çəkilmiş filmi...”

Cavid Zeynallı: “Bu hissi ilk dəfə "Yaşıl mil" filminə baxanda keçirmişdim. Film Siven Kinqin eyniadlı romanı əsasında çəkilib. Səhv etmirəmsə, "Qanun" nəşriyyatı bu romanı Azərbaycan dilində çap edib. Sonra Akira Kurosavanın "Rasyamon", Roman Polanskinin "Pianoçu", Vittoria De Sikanın "Velosiped oğruları", Məcid Məcidinin "Yağış" filmlərini izləyəndə eyni fikrə düşmüşəm”.

Şərif Ağayar: “Əmir Kustiritsanın “Andeqraund” filmini yazmaq deməyim, o film kimi nəsr istəyərdim. Polifoniyasına görə... Baxanda, adam inana bilmir ki, bu qədər qurğu bir insanın qafasından çıxıb”.

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #