Aqşin: “Gecə sevgili, gündüz dost”- MÜSAHİBƏ

Aqşin: “Gecə sevgili, gündüz dost”- <span style="color:red;">MÜSAHİBƏ
23 sentyabr 2014
# 11:59

Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən və uzun müalicə prosesindən sonra əvvəlki həyatına qayıdan tanınmış şair Aqşin Yenisey Ailem.az-ın “O…” projesində sualları cavablandırır.

- Evli, yoxsa subay olmaq?

- Evliliyi və subaylığı özündə birləşdirən çoxarvadlılıq.

- Hansı daha şirindir: qız uşağı, yoxsa oğlan?

- Hər ikisi.

- Hansında daha xoşbəxtsən: şair kimi, redaktor kimi, ata kimi...? Bəlkə öz əlavən var.

- Şair kimi xoşbəxt, redaktor kimi diqqətli, ata kimi narahat.

- Sevgili, yoxsa dost?

- Gecə sevgili, gündüz dost.

- Öz övladlarına bir cümlə ilə nəyi məsləhət görəcəksən?

- Ağır düşünün, yüngül yaşayın.

- Kənd, yoxsa şəhər?

- Uşaqlıq və qocalıqda kənd, cavanlıqda şəhər.

- Pizza, yoxsa qutab?

- Heç biri.

- Kofe, yoxsa çay?

- Adi su.

- Gələcəkdə daha çox hansını yazmaq istəyirsən: şeir, yoxsa roman?

- Yazdıqlarımı dönə-dönə redaktə etmək istəyərdim.

- Növbəti kitabının adı nə olsun istərdin?

- Növbəti kitab - növbəti qadın kimidir, adını əvvəlcədən bilmək olmur.

- Hələ oxumadığın və oxumaq istədiyin 3 kitab?

- “Anna Karenina”, “Tövrat” və “Ruhnamə”.

- Əli Kərim, yoxsa Ramiz Rövşən?

- Əli Rövşən.

- Hara çıxıb getmək istərdin: Praqaya, yoxsa...?

- Təbiətə.

- Şərq, yoxsa Qərb?

- Üfüqün cəhətləri baxımından Şərq, cəmiyyətin cəhətləri baxımından Qərb.

- Füzuli, yoxsa Axundov?

- Axundov.

- Allah, yoxsa Tanrı?

- Tanrı. Çünki dilimizdə hakimiyyət zorakılığı anlamında işlənən “Allahlıq etmək” ifadəsi var, amma bu ifadənin “Tanrılıq etmək” kimi ekvivalenti yoxdur.

- Dönüb geriyə baxanda ən çox nəyi etdiyinə görə peşmansan?

- Gec öyrəşdiyimə və tez ögeyləşdiyimə görə.

- Bəs ən çox nəyi etmədiyinə peşmansan?

- Belə bir peşmanlığım yoxdur.

- Səni sevən oxucularına deyəcəyin bir cümlə?

- Bu, yaradıcılıq sirridir. Ancaq öz aramızda qalsın, deyəsən, belə bir cümləm yoxdur.

- Aqşinin bütün yaşadıqlarını ifadə edən bir misrası hansıdır?

- İndi bu sual-cavabı oxuyanda oxucunun yadına hansı misra düşürsə, o.

# 3119 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər