writer1

Qan Turalı

Məqalə sayı

228
clock18:03 calendar-gray 10 Sentyabr 2014 view-gray2562 dəfə oxunub
view-gray2562 dəfə oxunub

Yas çadırında dövlət var...

Yas mərasimlərindəki dəbdəbənin inzibati yolla nizamlanması dövlətin mahiyyəti haqqında mübahisələri aktuallaşdırır. Dövlətin vətəndaşın həyat tərzinə müdaxiləsi hansı səviyyədə olmalıdır? Dövlətin fəaliyyət sahəsi vətəndaşın azadlığı ilə harda kəsişir? Bütün bu fəlsəfi suallar əslində bütün zamanlar üçün aktualdır və tarixi inkişaf ərzində bu suala verilən cavablar da dəyişib.

Yaslardakı dəbdəbə cəmiyyətin ən müxtəlif zümrələrindən, siniflərindən, təbəqəsindən olan insanları narahat edir. Bu dəbdəbə müstəqillik dövrünün görsənişlərindəndir. İstehlak mədəniyyəti sürətlə cəmiyyətin bütün sferalarına sirayət etdiyi dövrdə toy-yas kimi mərasimlər də əzəli mahiyyətindən uzaqlaşmağa başladı. İnsanlar maddi imkanlarının xaricində olan fədakarlıqlara qatlaşaraq yaxınları üçün ehsan verməyə başladılar. Situasiya günü-gündən gərginləşdi, dərinləşirdi.

Din pərdəsi altında aparılan bu ehsan siyasəti dinin hökmləri arasında yer almır. İslam dininin heç bir kanonik mətnində ehsanla bağlı müddəa yoxdur. Tamamilə əksinə, islam dini yas düşən evə yemək göndərməyi tövsiyə edir. Lakin zamanla dinə daxil olan stereotiplər indi din adından çıxış edir.

Qəribə situasiya yaranır. Mütərəqqi din xadimləri dəbdəbəli ehsanın əleyhinə çıxır, nüfuzlu ictimai xadimlər bu barədə fikir bölüşür, populyar müəlliflər yazır, lakinmüsbətə doğru heç nə dəyişmir.

Cəmiyyətin maarifçiliklə tərəqqi edəcəyi barədə tezislər tarix ərzində dəfələrlə inkar edilmişdir. Tarixi təcrübə “yuxarıdan” tətbiqi ilə bağlı çoxsaylı misallarla zəngindir. Atatürkün Türkiyədəki fəaliyyəti buna yaxşı misaldır. Hər bir fərd öz fəaliyyətində tamamilə azaddır. Lakin bu cür situasiyalarda dövlət müdaxiləsi qanunların ruhuna uyğundur. Çünki dövlət bu halda mütərəqqiliyin tərəfindən çıxış edərək, cəmiyyəti zərərli tendensiyalardan uzaqlaşdırır.

Dövlətin ali məqsədlərindən biri də “vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi”dir. Bu cür inzibati müdaxilələr hansısa məqamlarda ağrılı da ola bilər. Lakin bütün bunlarictimai mənafenin yanında çox kiçik görünür.

Bu kontekstdə dövlətin ictimai mənafe naminə inzibati müdaxiləsi tamamilə məntiqli və faydalıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021