Öz ölümünü əvvəlcədən bilən dahi

Öz ölümünü əvvəlcədən bilən dahi
10 sentyabr 2014
# 07:30

I yazı

Ədəbiyyat dünyasının məşhur imzaları heç də utancaq, sakit, çəkingən, sakit “kitab qurdları” olmayıb. Onlar çılğın yaşam tərzləri ilə, heç də Hollivud ulduzlarından geri qalmayıblar. Ancaq ədəbiyyat adamlarının bu cür dəli-dolu həyatından dərsliklərdə, elmi araşdırmalarda bir o qədər də bəhs olunmur. Amma nə qədər ört-basdır edilsə də həqiqət gec-tez ortaya çıxır.

Əsərlərini sevə-sevə oxuduğumuz yazarların şəxsi həyatı da çox vaxt bizi cəlb edir. Gəlin birlikdə dünyaca məşhur yazarların gizlin və maraqlı həyat tarixçələrinə nəzər salaq…

Dostunun sevgilisini əlindən alan Şekspir

Şeksprin pyeslərinin çoxunda qeyri-qanuni doğulmuş oğullarla rastlaşırıq. Şübhəsiz ki, məşhur yazıçının özünün də qeyri-qanuni oğlunun olması, yazdığı pyeslərdəki obrazların yaranmasına təsir edib. İmkanlı şərab taciri Con Devenantın arvadı Jeyn ilə Şeksprin yaşadığını və bu əlaqədən bir oğlan uşağının doğulması məlumdur. Uşaq böyüdükcə Şeksprə inanılmaz dərəcədə bənzəməyə başlayır. Sonralar isə İngiltərənin krallıq şairi adını qazanaraq uğurlu bir şair olur. Devenant Şekspir ilə münasibətlərini pozmur və Şekspirin uşağa “övladım” deməsinə qarşı çıxmır. DNT testi ilə yoxlamaq imkanımız olmadığı üçün bu iddianın nə qədər doğru olduğunu deyə bilmərik.

Ehtiras düşgünü şair günlərin birində aktyor dostu Riçardın romantik görüşlərindən birini izləyir. Şekspir cütlüyün gizli görüşəcəyini təsadüfən öyrənir. Xanımın aktyora “Qapını döyəndən sonra özünü III Riçard kimi təqdim et” dediyini eşidir. Şekspir fürsəti əldən vermir. Əlinə imkan düşən kimi qadının evinə gedir və lazımi kodu söylədikdən sonra qapı açılır. Hərarətli görüşdən sonra Şekspir qadının xüsusi otağına dəvət edilir. Bir neçə dəqiqə sonra qeyri-adi anlar yaşamaq üçün qadının evinə gələn aktyor Riçarda Şekspir kiçik bir qeyd göndərir: “Fateh Vilhelm III Riçarddan əvvəl gəlmişdir”.

Şeksprin eşqbazlığı mübahisəsiz gerçəkdir. Çünki o şəhvət yüklü iyirmi altı eşq sonetini “Qaranlıq Ledi” adlı naməlum evli qadına həsr etmişdir. Bundan başqa Şekspir evli idi və toyları olan zaman isə bu gözəl qadın bir neçə aylıq hamilə idi.

Bacısı və yeniyetmə oğlanlarla yatan şair

Dəli Cek ləqəbli atanın oğulu Lord Bayron… Kiçik Bayron hələ 3 yaşındaykən sevimli atası içki düşgünlüyü üzündən öldü. Bayron o qədər çətin bir uşaqlıq keçirmişdi ki, anası tərəfindən sevilmirdi, hətta bir dəfə maşayla ölümcül döyülmüşdü, doqquz yaşındaykən tərbiyəçisi tərəfindən zorlanmışdı. Bayronun uşaqlığında baş verən yeganə yaxşı şey, əmisinin sərvətini və titulunu miras alması idi.

Bayron böyüdükcə son dərəcə yaraşıqlı bir gənc olurdu. Seksə çox düşkün idi. Deyilənə görə Venesiyada təkcə bir il içində 250 qadınla yatmışdı. Uzun siyahısında Bayronu dəli, axmaq və təhlükəli hesab edən Ledi Karoline Lamb, əmisiqızı Ana İsabella Milbank və ögey bacısı Avqusta Leigh də vardı. Üstəlik Bayron təkcə əks cinslə kifayətlənmirdi. Onun xeyli sayda yeniyetmə oğlanlarla homoseksual münasibətləri var idi. Bütün bu eşq macəraları Bayronun haqqında çıxan dedi-qodular, poetik müvəffəqiyyətləri haqqında yayılan söz söhbətləri ötüb keçdi.

Hələ fotonun olmadığı günlərdə Bayron, köhnə sevgililərinin xatirəsini unutmamaq üçün, köhnə sevgililərinin qasıq tüklərindən kəsər, zərflərin içinə yığır və zərflərin üstünə qadınların adlarını yazırdı. Bu zərflər 1980-ci illərə qədər Londondakı nəşriyyatda, Bayronun arxivində saxlanılırdı. Bu tarixdən sonra isə zərflərin başına nə gəldiyi bilinmir.

Bayron evli qadınlar və gənc oğlanlardan başqa heyvanlara da böyük bir sevgi bəsləyirdi. At, qaz, meymun, porsuq, tülkü, tutuquşu, qarğa, qartal, şahin, timsah hətta ayı belə saxlayıb. Bayronun beş pişiyi ilə bərabər səyahətə çıxdığı da olub. Ərinin heyvan sevgisini qısqanan Ledi Bayron ayrıldıqdan sonra "Bəzi insanların heyvanlara düşkün olması və onlara şəfqətli münasibətinin səbəbi, heyvanların ağıldan məhrum olması və sahiblərinin zorakılığını tənqid edə bilməməsidir" deyə yazaraq Bayrona bir işarə vurmuşdu.

Lord Bayron çox sürətlə yaşayıb və erkən ölüb. Həkim onu müalicə etmək üçün gicgahına 12 zəli yapışdırır. Bu zəlilər onun iki litrə yaxın qanını sovurur və Bayron qan itkisindən çox gənc yaşda, yaşanmamış sevgiləri geridə qoyaraq dünyasını dəyişir.

Günahkar dahinin qəribəlikləri

Rus ədəbiyyatının dünyaca məşhur imzası Tolstoy gündəliyinə belə yazır: "Döyüşdə adam öldürdüm, dueldə qarşımdakı adamla döyüşdüm, qumarda uduzdum, kəndlinin alın təriylə istehsal etdiyi məhsulu məhv etdim, kəndlini qəddarlıqla cəzalandırdım, qadınlarla kef çəkdim və insanları aldatdım. Yalan, soyğunçuluq, hər cür fırıldaq, içki, zorakılıq, cinayət… İşləmədiyim heç bir günah qalmayıb.”

Bu sətirlər bəlkə də xidmətçilərinə ölənə qədər işgəncə verən və dul qalan xidmətçiləri seksə məcbur edən bir adamın vicdanı yükünü yüngülləşdirmək cəhdi idi. Tolstoy şüurlu həyatını sürətli yaşamasının nəticəsi olaraq orta yaş böhranı keçirirdi. Bu böhrandan sonra dərin ruhi katarsis keçirərək seks, spirt, tütün və ətdən imtina etdi. Xidmətçilərini azad etdi və onlara böyük bir sərvət bağışladı. Ancaq yazarın orta yaş böhranının səbəbi nə idi?

Tolstoy birlikdə olduğu qadınları gündəliyinə detallarıyla yazmaqdan zövq alan bir adam idi. Sevimli arvadı Sonyanı toy gecəsində bu gündəliyi oxumağa məcbur etmişdi. Bu gündəlikdə xidmətçiləri ilə yaşadığı seks həyatını belə yazmışdı. Sonyaya görə bu dürüstlük hesab olunmurdu. Həmin gecənin sabahısı Sonya gündəliyinə yaşadığı bu hadisənin həddindən artıq iyrənc olduğunu yazmışdı.

Kultlaşdıqdan sonra yüzlərlə insan onun evinin ətrafında düşərgə qurub, onun ətəyinə toxunmağa çalışırdı…

Tolstoyun son sözləri "Yaxşı bəs kəndlilər… Kəndlilər necə ölür?" olmuşdu.

Kometayla geri dönən Mark Tven

"Mark Tven" əslində Samuel Langhorne Clemensin çox saylı ləqəblərindən biridir. Adını rəsmi olaraq dəyişdirməyən Clemens, Mark Tven adının haqqlarını satın alır və işlərini bu ad altında davam etdirməyə başlayır.

Mark Tven qəlyan həvəskarı idi. Səkkiz yaşında qəlyana başlayan məşhur yazar, öldüyü günə qədər gündə qırx dəfə qəlyan çəkirdi. Qəlyanı atmağa çalışsa da heç vaxt bacarmadı. "Qəlyanı atmaq dünyanın ən asan işidir. Bunu məndən yaxşı kim bilir ki? İndiyə qədər min dəfə atmışam"- deyən Tven tez-tez ağzında qəlyan yatıb qalırdı. Tven imkanlı olsa da, bahalı tütün çəkmirdi. O əlinə düşən ən ucuz, ən pis tütündən istifadə edirdi. Dostları ucuz tütün çəkməmək üçün Tvenə qonaq gəlməkdən imtina edirdilər.

Qəlyan düşgünü yazıçının pişiklərə olan sevgisi də məşhurdur. "İnsan ilə pişik hibritləşə bilsəydi…" deyəcək qədər sevirdi pişikləri. Hətta ahıl yaşlarında yayı keçirdiyi Nyu Hempşirdə yoldaşlıq etmək üçün qonşularının bala pişiklərini özüylə aparardı.

Tvenin öz ölüm tarixi ilə əlaqədar təxmini də maraqlıdır. Halley kometasının görüldüyü gün doğulan Tven, ulduz yenidən görünəndə öləcəyini düşünürdü. Məşhur yazıçı bu düşüncələrini bu sözlərlə dilə gətirmişdi: "Dünyaya Halley kometasıyla birlikdə gəldim. Halley yenə gəlir və mən də onunla birlikdə gedəcəyimi düşünürəm. Halley kometasıyla birlikdə getməsəm, həyatımın ən böyük peşmançılığını yaşayaram. Uca Tanrı şübhəsiz belə demişdir: “Baxın, iki əcaib. Birlikdə gəldilər, birlikdə getməlilər.” ”

Təxminində yanılmayan Tven, Halleyin geri döndüyü 21 Aprel 1910-cu il tarixində vəfat edib.

# 3305 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #