writer1

Aliyə

Məqalə sayı

996
clock13:22 calendar-gray 08 Sentyabr 2014 view-gray1499 dəfə oxunub
view-gray1499 dəfə oxunub

Qatillə çay içmək

Yılmaz Ərdoğanın «Vizontele» adlı bir filmi var. Qısa süjeti belədir: ucqar bir kənddə camaat həvəslə artıq paytaxtların geridə qoyduğu bir yeniliyi gözləyir - bələdiyyə başqanı kəndə televizor gətirdir. Uzun sürən çalışmadan sonra televizoru işə sala bilirlər və bu bayram misallı açılışdan sonra televizordan aldıqları ilk xəbər bələdiyyə başqanının oğlunun əsgəri xidmətdə həlak olması olur. Sevinc, həyəcan bir anda öz yerini kədər, boşluq dolu sükuta təhvil verir... Al, bu da sənə televiziya! Axı həlak olan oğlanın anasına o lənətə gəlmiş pəltək molla demişdi ki, bu kafir əşyasını rədd edin, ondan pis ruhlar var...

Ana televizoru yüksək təpənin başında basdırır. O gənc, gözəl oğlan bu televizorda öldü.

Qadın televizoru həm lənətli bir əşya kimi basdırır, həm də yeni texniki ixtira kimi ana təbiətə, torpağa tapşırır. O, torpaqdan güclü qüvvə tanımır. Savad, təhsil görməmiş bu yaşlı kənd qadını öz ana intuisiyası ilə bu cihazın şərini, adamın axırına çıxmağını hiss edir. Əlbəttə, bəd xəbəri televizordan yox, kiminsə ağzından, lala-piti işləyən telefon aparatından, ərinin gözlərindən, tini burulan əsgər maşınından da ala bilərdi. Amma rejissor televizoru ona görə seçir ki, onun-informasiyanın insanı necə öldürməsini göstərsin.

...Televiziya bizi ekranın içində öldürür, ekranın qarşısında öldürür, biz bunu bilirik, amma yenə də bilmək istəyirik. Hər xəbər proqramında ölümlər, insan itkiləri, kriminallarda ağlasığmaz qətllər və bunların arasında sms-li musiqi yarışmaları...

Bunlar hamısı hər gün evimizin içindədi. Biz bu xəbərlərdən sonra yemək yeyir, çay içir, əylənirik. Bəzilərimizsə keçə bilmirik. Sarsılırıq. Yaşamağa davam etmək çətindir. Xəbər verilişləri şok effektli xəbərləri həvəslə ard-arda düzür.

Bu həvəs nə deyir? Deyir ki, bu gününüzə şükür edin. Qorxun! Orta əsrlərdə edam tamaşaları da bunun üçün idi, indi bu funksiyanı televiziya yerinə yetirir. Bunlar bir ehtimal, baxanların gözünü qorxutmaq üçündür, amma bəzən bu dəhşətlər ekranda əks olunduqca gözü qorxmalı olanların gözü dönür. Bu görüntülərə baxanların sayı artdıqca vəhşiliklər də çoxalır. Sanki insana nə qədər pis, zalım olduğunu deyir televiziya. Bu qarşısıalınmaz təsir-əks təsir oyununda insana insan olduğunu xatırladacaq filmlər, verilişlər, kadrlar get-gedə teleekranlardan itir. Sanki özümüz özümüzü lənətləyirik. Əvvəllər döyüş filmlərindəki qanlı kadrlara baxanda özümüzdən balacalara təsəlli verirdik- qorxma, balası, bu kinodu, o qan deyil, rəngdi. İndi ekranla uşaqların arasına qoymağa heç nə tapmırıq. Bir film, bir sevgi, bir insanlıq…

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bu əlyazma 780 min avroya satıldı
10:58 19 Noyabr 2019
"Çox narahatam" - Qorxmaz Quliyev Nəsimidən yazır...
10:50 19 Noyabr 2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
10:12 19 Noyabr 2019
Vyanada Vaqif Mustafazadənin xatirəsinə konsert
09:50 19 Noyabr 2019
Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
09:00 19 Noyabr 2019
Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019
Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
11:04 18 Noyabr 2019
Cem Yılmaz bizi necə utandırdı?
10:30 18 Noyabr 2019