Yuxuda gördüyü qızla evlənən məşhur şair

Eminquey Akif, şair

Eminquey Akif, şair

10 iyul 2022
# 11:00

Kulis.az şair Eminquey Akifin “Bu bendeki aşk olmasa” yazısını təqdim edir.

Aşıq Veysəl Şatıroğlu...

"Uzun ince bir yoldayım" şeirilə dilimizin əzbəri olan, zümzüməmizə çevrilən Veysəl.

Həyat yoldaşı Esmanın altı aylıq uşağını atıb başqa bir kişiylə qaçacağını bildiyi halda səsini çıxarmadığı və ehtiyaclarını qarşılaması üçün yoldaşının ayaqqabısına pul qoyduğu haqda bir hekayə var.

Bir gecə əri Aşıq Veysəl yuxuda ikən sevdiyi adamla birlikdə qaçan Esma xanım yol boyu ayağında bir narahatlıq hiss edir. Ayaqqabılarını çıxarır və gördüklərinə inanmır. Aşıq Veysəl nə qədər pulu vardısa, hamısını xanımının ayaqqabısının içinə qoyub. Pullarla bərabər ayaqqabıda balaca, içinə bu sözlər yazılmış kağız da var idi:

"Al, bu pullar ananın südü kimi sənə halal olsun, getdiyin yerdə özünü əzdirmə, bir də gözəlliyin beş qəpik eləməz, bu məndəki eşq olmasa...".


"Güzelliğin on par' etmez
Bu bendeki aşk olmasa".


Esma qaçandan sonra altı aylıq qızı 2 yaşında dünyasını dəyişir. Daha sonra atası, anası...


Bir vefasız zalim yara bağlandım,
Tarih üç yüz otuz beşte evlendim,
Sekiz sene bir arada eylendim,
Zalim kafir yetim kodu kuzumu.


Aşıq Veysəl bir müddət sonra Gülzar adlı bir xanım yuxusunda onunla evləndiyini görüb yuxusunu atasına danışır. Atası "o sənin qismətindir" deyib qızını Aşıq Veysələ verir, evlənirlər, uşaqları olur. Aşıq Veysəl ölənə kimi Gülzarla yaşayır.

Oxuyanda, eşidəndə qulağa cazibədar gəlsə də, kövrəlsək də Aşıq Veysəlin oğlu Ahmet Şatıroğlu bu hekayənin uydurma olduğunu, o illərdə atasının pulunun olmadığını və onu aldadıb gedən arvadının çarığına pul qoyacaq bir xarakterdə olmadığını dilə gətirmişdi.

"Sizcə, belə bir hekayə doğru ola bilərmi? Altı aylıq qızını qoyub başqa bir kişiylə qaçan qadına hansı insan belə bir hədiyyə verər? Bu, bizim ailəmizi incidən uydurma bir dedi-qodudur. Heç atamın o çarığa qoymaq üçün düz-əməlli pulu da yox idi".

Bu hekayə əslində 1952-ci ildə rejissor Metin Erksan tərəfindən çəkilmiş, ssenarisini Bedri Rahmi Eyüboğlunun yazdığı bioqrafik filmin ssenarisidir. Aşıq Veysəlin fəlsəfəsi ilə üst-üstə düşən bir şeydir, amma bu uydurmadır. Bu, əsl hekayə deyil.

O, sağ ikən iki sazını oğlu Bahri bəyə verib. Bahri bəy alətlərdən birini muzeyə verib, digərini isə hələ də özündə saxlayır. Ölümündən əvvəl ifa etdiyi alət isə muzeydədir. Bəzi şeirlər və ya türkülər Aşıq Veysəlin adı ilə paylaşılsa da, ona aid olduğu deyilsə də, bunlar Aşıq Veysələ aid deyil. Beytlər Aşık Veysəlin heca vəzninə sığmadığından anonim xalq mahnılarının bir qisminin yalnız Aşık Veysəl tərəfindən bəstələndiyi və sözlərin ona aid olmadığı deyilir.

"Ədəbiyyat" qəzeti

# 4374 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #