Anarı dərk etməyənlər

Anarı dərk etməyənlər
15 sentyabr 2017
# 09:59

Azər Abdulla

Ənvər Məmmədxanlı demişkən: Ruhum ağrıyır.

Son günlər ədəbi aləmə, həm də ictimaiyyətə bəlli olan adı “26” kafe ilə bağlı mətbuatda gedən yazışmalardan, yazıqlar olsun, gec xəbər tutdum. Yazıçı, həm də “Oğuz Eli” qəzetinin baş redaktoru olaraq bir məsələni, elliyə bildirməsəm, daim vicdan əzabı çəkəcəyimdən qorxuram. Yazıçılar Birliyi katibliyinin iclasındakı bəyanatın bir yerində yazılıb: “Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir...”

Birincisi, müxtəlif vaxtlarda onlarla çətin durumda olan yazıçı və şairlərə, onların ailələrinə (kiminsə qüruruna toxunacağından ehtiyat etdiyimdən adlarını yazmaqdan vaz keçirəm) Yazıçılar Birliyinin yardım etdiyindən dəqiq xəbərim var. Oğlumun Türkiyədə əməliyyata gedəcəyini Anar bəyə bildircək, elə həmin gün, həmin saat iki nəfərin uçaqla yol xərcini ödədi. İki il ötəndən sonra Bakıda tapılmayan, tapılanda da fantastik qiymətə satılan dərmanı yenə də Anar bəy hansısa xarici ölkədən əldə edərək bizə bağışladı.

İkincisi, bildirmək istəyirəm, 1991-ci ildən Yazıçılar Birliyi və “Oğuz Eli” qəzeti redaksiyasının təsisçiliyi ilə çap edilən eyni adlı qəzet 1996-cı ildən başlayaraq Azərbaycan və qardaş Türk xalqlarının (Türkiyə, Güney Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan) klassik, eyni zamanda görkəmli çağdaş yazıçı və şairlərinə həsr etdiyi “YAZIÇI” adında buraxılışlar nəşr edib və hazırda da etməkdədir. Jurnal formatlı yüzə yaxın həmin buraxılışların səksəninin çap xərcini Yazıçılar Birliyi öz ehtiyat fondu hesabına maliyələşdirib...

Üçüncüsü, məni daha çox ağrıdan yaxından tanıdığım, yazısına və özünə sayğı bəslədiyim bəzi qələmdaşlarımdır ki, bu qarmaqarışıq dünyada bir sənətçi, xalqını sevən və xalqımız üçün hamımızdan çooox-çox faydalı işlər görən Anarın kimliyini hələ də dərk etmir, sanki marığa yataraq, yoxsa bu ifadə ürəyinizə yatmadı, yaxşı, onda başqa cür olsun - pusquda duraraq, bir naşının him-ciminə, eyhamına bəndimiş kimi birdən havalanaraq hücuma keçirlər. Bütün hücumlar da, Allaha şükür fiasko ilə nəticələnir.

Dostlar, sevimli söz adamları, Anar bəy göz qabağındadır, hər yerdən, hər yandan görünür. Gəlin, qıraqdan hərdən bir özümüzə baxmağı da bacaraq. Bir də, bir də gəlin adamları təkcə bizə olan münasibətlərinə görə deyil, o insanları xalqı, milləti və insanlıq üçün elədikləri işə-əmələ görə dəyərləndirək.

# 2306 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #