Mən Anardan umurdum ki...

Mən Anardan umurdum ki...
12 aprel 2019
# 13:29

Azərbaycan Yazarlar Birliyinin sədri, dəyərli yazıçımız və ziyalımız Anar müəllimin bir çox maraqlı məqaləsi nəşr olunub və orada şəxsimizə yönəlik bəzi iradlar səsləndirilib. Hər bir insanın öz baxış bucağından mövqeyi haqlı sayıla bilər, ancaq bəzi detalların dəqiqləşdirilməsi vacibdir ki, bunu qeyd etməkdə yarar görürəm. Hörmətli Anar müəllimin irad olaraq yazdıqları aşağıdakılardır:

"Hörmət bəslədiyim deputatlardan biri də Milli Məclislə qaldırılmalı məsələlərin məhz Prezidentin ziyalılarla görüşündə qaldırılmasını lazım bilir və qəribə bir şey deyir. Deyir ki, o iclasda kimsə atasının heykəlinin qoyulmasını təklif edib. Mənim iştirak etdiyim görüşdə Cəlil Məməquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin oğulları iştirak etmirdi…

Həmin hörmətli deputat Ramiz Rövşənə Xalq şairi adı verilməsi məsələsini qaldırır. Sağ olsun! Yazıçılar Birliyinin fəaliyyətinə maraq göstərənlər kitablarımızı da oxusaydılar bilərdilər ki, Ramiz Rövşənə Xalq şairi adı verilməsi haqda mən hələ 2006-ci ildə Prezident İlham Əliyevə müraciət etmişəm və bu müraciətim mənim “Əsrin əsiri” kitabımda da dərc olunub (“Əsrin əsiri” Azərnəşr. 2010 . səh. 560).

Qeyd edim ki, Milli Məclisdəki məlum çıxışda xüsusi olaraq hansısa şəxsi və ya qurumu ittiham etməmişəm, sadəcə ən vacib problemə yenidən diqqət yönəltmişəm. Bundan əvvəl də iki dəfə Milli Məclisdə məsələ qaldırmışam ki, Türkiyə və Gürcüstanda olduğu kimi Azərbaycanda da çox yüksək dərəcədə olan 18 faizlik əlavə dəyər vergisinin kitabların, digər çap məhsullarının və çap avadanlıqlarının üzərindən götürmək zəruridir. Burada məqsəd odur ki, kitablar ucuzlaşsın və ölkədə mütaliə vərdişinin artmasına faydalı olsun. Bu problemi heç şübhəsiz ki, bizdən də yaxşı hörmətli Anar müəllim bilməmiş deyil və həqiqətən də umurdum ki, heç olmazsa oradakı yazarlardan biri məhz prezidentə bunu söyləyəcək. Bunun söylənilməməsinə öz iradımı bildirmişəm və burada heykəllə bağlı iradın Mirzə Cəlilə və ya Tağıyevə yönəlik olmadığını Anar müəllim əminəm ki, hamıdan yaxşı bilir. Bir də Mirzə Cəlilə və ya Tağıyevə heykəl qoyulmasına xahiş etmək üçün millətimiz qarşısında xidməti olan istənilən yazarımız, o cümlədən Anar müəllim də onların oğlu obrazında çıxış etmək haqqına sahibdirlər. Orada başqa ata-baba adlarının əbədiləşdirilməsi istiqamətində bəzi təkliflər mediada qabardıldığına görə məsələyə bu yöndən diqqət yönəltməyi məqsədəuyğun saymışıq.

Musa Yaqubla Ramiz Rövşənə xalq şairi adının verilməsinə gəldikdə isə Anar müəllimin həmin kitabındakı müraciətlə tanış olmasam da, hüquqi baxımından adın Yazarlar Birliyinin sədri tərəfindən verilməsinin mümkünsüzlüyünü bilməmiş deyiləm. O halda bu məsələdə hörmətli Anar müəllimə qarşı hansısa ittiham səsləndirməyi etik cəhətdən ilk öncə özümə yaraşdırmazdım. Əgər Anar müəllimin belə bir müraciəti olubsa, bu özü də sevindiricidir və biz də məsələni gündəmə gətirməklə onun da istəyinə dəstək vermiş oluruq.

Fikrimcə , bu cür polemikalarda əsas olan qaldırılan məsələlərdə faydalı nəticələrə varmaqdır. Əslində hörmətli ziyalımız Anar müəllimin mövzu ilə bağlı açıqlamaları indiyədək onlar tərəfindən atılan addımlar barədə bizlərin də bilgilənməmiz üçün faydalı oldu.

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #