O işlətdiyiniz bilgisayarı belə homoseksual yaradıb

O işlətdiyiniz bilgisayarı belə homoseksual yaradıb
28 yanvar 2015
# 16:06

Homofoblara pis xəbərim var.

Onların gündəlik istifadə etdiyi, onlara homoseksuallara təhqir ünvanlamağa imkan verən kompüterin qurucusu, informatika elminə əhəmiyyətli təsir göstərən, ötən əsrin dahi riyaziyyatçılarından biri Alan Turinq gey olub.

Məlum faktı yaxınlarda bildim. Bu il “Oskar”a səkkiz nominasiyada namizəd olan norveçli rejissor Morten Tildumun "İmitasiya oyunu“ bioqrafik filmindən…

Tildum xüsusi yaradıcı özəlliyi olmayan sadə film çəkib.

Süjet xəttinin əsasını Turinqin İkinci Dünya Müharibəsi zamanı elmi fəaliyyəti təşkil edir. Və elmi fəaliyyəti ilə yanaşı onun şəxsiyyəti də analiz olunur, qəribəliyini, adamyovuşmazlığını, kimliyini daha yaxşı anlamaq üçün yeniyetməliyinə - məktəb illərinə qısa epizodlarla ekskurs edilir.

Bu yerdə ikinci vacib faktı da deyim.

İkinci Dünya Müharibəsində müttəfiqlərin qələbə çalmasında Turinqin müstəsna xidməti olub. Faşistlərin şifrələdiyi məlumatların kodlarının açılmasında önəmli rol oynadığı üçün... Onun dahiliyi minlərlə insanı ölümdən xilas edib və müharibənin bitməsini tezləşdirib.

1952-ci ilə Turinq fəhlə Arnold Müllerlə tanış olur və onu evinə dəvət edir.

Onlar gecəni birlikdə keçirir. Sonradan gənc oğlan dostu ilə alimin evini qarət edir.

Turinq bu haqda polisə xəbər verir və araşdırma zamanı qarətçi ilə seksual münasibəti haqda danışır. Onda homoseksual əlaqə Britaniyada cinayət hesab olunurdu. Ona görə hər ikisinə qarşı əxlaqsız davranışlarına görə ittiham irəli sürüldü.

Alimə iki seçim verilir: o, ya həbsdə yatmalı, ya da ehtirasını boğan hormonal terapiya keçməliydi.

Turinq ikincisini seçir. Filmdə göstərilir ki, səbəb alimin kəşflərini davam etdirməsi istəyi idi.

Bir il davam edən müalicə impotentliyə və ginekomastiyaya (sinənin böyüməsi) səbəb olur.

İttihamdan sonra alim statusunu və işini itirir.

Kimyəvi müayinələrə məruz qalan alim zəhərə batırdığı almanı dişləyərək intihar edir.

2009-cu ildə Böyük Britaniyanın baş naziri Qordon Braun Turinqin təqib olunmasına görə üzr istəyib. “Alan və onun kimi qanunla mühakimə edilən minlərlə gey ilə pis davranılıb. Mühakimə olunmayan milyonlarla gey isə həmişə qorxu içində yaşayıb.

Mən qürur duyuram ki, o zamanlar keçdi, son 12 ildə bizim hökumət onların həyatının ədalətli və bərabər olması üçün çox şey elədi . Britaniya hökuməti adından səmimi deyirəm ki, bizi bağışla, sən daha yaxşısına layiq idin”.

Turinq Böyük Britaniyada homofobiyanın ən məşhur qurbanlarından biri sayılır.

...Riyaziyyatçı Endryu Hodcesin “Alan Turinq: Eniqma” kitabı əsasında ekranlaşdırılan, tənha dahinin təsirli hekayətini anladan “İmitasiya oyunu” dramını gecikmədən izləyin.

# 1318 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #