Builki Həcc ziyarətləri qəbul olunmayıb

Builki Həcc ziyarətləri qəbul olunmayıb
20 may 2014
# 10:39

İndicə dünya şöhrətli yazıçı Paulo Koelyonun iki pritçasını oxudum (tərc. Sevil Gültən). Təbii ki, tanış ladlardır. Ancaq, mənə qəribə gəldi...

Təkcə bu cür qısa hekayələrində deyil, məsələn, “Kimyagər” tipli romanlarında da Şərq didaktikasından uzağa getməyən Koelyonu dünyada bu qədər məşhur edən nədir? Açığı, onu böyük bir istedad hesab etmirəm. Amma hər halda sarı – populyar ədəbiyyatın da nümayəndəsi deyil. Məsələn, elə “11 dəqiqə”nin özündə xeyli ciddi mətləblərə toxunub... İnsanı həyatın dibinin dibinə yendirməyi də, onu ucalara qaldırmağı da bacarıb və ən əsası, oxucusunu bu bəlli yalanlara inandıra bilib.

Oxucular onun əsərlərini işıqla dolu olduğu üçün sevdiyini söyləyirlər. Bəli, adamların yalançı optimizmə ehtiyacı var. Əslində xəzinənin, maddi sərvətin dünyada açıqdan-açığa hökm etdiyi bir vaxtda oxucu Koelyoya inanır, əsl səadətin “Kimyagər”in qəhrəmanının qoyub gəldiyi sadə həyatda olduğuna əmindir. Buna əmin olduğu halda özü sərvəti qoyub sadə həyatı seçməz heç bir zaman! Elə yazıçının özü də sadə həyat yaşamır, bildiyim qədər... Hətta belə bir söhbət gəzir ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayına gəlmək üçün təşkilatçılardan nə az, nə çox 150 min dollar qonorar istəyib!

Bu iki pritçada da Şərq adamı üçün ciddi heç nə yoxdur. Hətta, məsələn, Sədi Şirazinin suyunun suyu da hesab etmək olar. Amma yenə də, yenə də, sirri nədir bu yazarın?!

Bəlkə Şərqə Qərbdən baxmaq zərurəti var? Bəlkə, bu müdrik və binəva torpaqlar uzaqdan daha cazibədar görünür. Bəlkə, belə deyil, bütün sirlər elə Koelyonun piar hesabına yaradılmış imicindədir?

Bəlkə...

Bəlkə...

Bəlkə...

Amma öz aramızdı, nə qədər tanış lad olsa da, birinci hekayədəki mələklərin söhbəti superdir. İraq qulaqlardan, bu il Məkkəyə gedənlərin ziyarəti qəbul olunmayıbmış. Bunu mən demirəm, Koelyo deyir...

Gavur oğlu gavur!

# 4775 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
#
#
# # #