Kulis.az Xanəmir Telmanoğlunun “Sabir və şeirimizin səbri” yazısını təqdim edir.
Ey dili qafil fiul faili məchul fani f.....
ədəbiyyat tariximiz üçün ibrətamiz qarşılaşmalar, qarşıdurmalar əvəzedilməzdir.
mənə görə, sabir əslində yazılarını klassik vəzndə, əruzda deyil, qoşmada, gəraylıda, müxəmməsdə yazmalı, sözünü deməliydi. (sanki etnik xarakteri mizdəmək, məzəmmət eləmək milli dildə və yerli vəzndə təcəssüm tapması gərəkirdi) yəni həqiqət, sabirin ədəbi prinsipləri bunu tələb edir. sabir cəhalətlə, ictimai-siyasi, sosial geriçiliklə birgə, keçmişə, ədəbi keçmişə, qəbul olunmuş pozulmaz qanunlara da qarşıydı. sabir bu qarşıgəlmə savaşını yazılarının mövzusu, ideoloji yöntəmi baxımından sürdürə bilirdi. ancaq qəzəlini qoşmaya, hecaya çevirə bilmirdi, yaxud da çevirmirdi. ən azından, bu işlərin gerçəkdən bilincli şəkildə fərqində olan, olmağı bacaran ədəbi şəxsiyyətlərimiz içərisində axundovdan sonra, sabirin adını çəkməmək gülünc olardı. söylədiklərimə yaxından tanıqlıq etmək üçün, salman mümtazın sabirlə apardığı o tarixi müsahibədən bir-iki nöqtəyə toxunmağımız gərəkəcək.
salman mümtaz: “nə üçün şeirlərinizi hecada deyil, əruz bəhrində yazırsınız, şeirin əski forma və qəliblərini mühafizə edirsiniz?”- deyə sabirdən soruşduğu zaman, sabir cavabında: ”... məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək, yazmaq lazımdır və həm də vacibdir...” dedikləri burda bitmir.“... sədinin, hafizin qəzəllərinin qarşısına ancaq qəzəllə çıxmaq olardı ki, füzuli bunu duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır.” - deyə davam edir. siz deyin, bu fikirlərin sahibi olan sabir adlı bir şair, elədiklərini bilincsiz şəkildə edə bilərdimi? əsla.
məsələnin əsas mahiyyətində nə gizlənib. İnkarçılıq, novatorluq, avanqardçılıq, zamana, dövrə görə yenilik və axtarışlar, yeni bir ədəbi ərəfəni hiss edib yaradıcılıq nümayiş elətdirmək kimi ədəbi-tarixi olaylar elə öz ədəbiyyatımızda az baş verməyib. burdakı əsl gizlinlik sabirin yaradıcılığında apardığı yeniliyi məzmunla, mahiyyətlə həm də ustalıqla aparmasıdır. sözsüz, sabir ədəbiyyata gələrkən oturub geniş-geniş, dərin–dərin düşünüb. elə füzuli nümunəsindən də görünür ki, Sabir bir şeyi, yükü dəf eləmək, məğlub eləmək, üstələmək istəyirsənsə, mütləq “düşmənlə” eyni yükə və çəkiyə, gücə sahib olmalısan. eyni yüklər, güclər bir-birini dəf edir. məncə də, Sabir qoşmada, ya hecada ədəbi savaşını sürdürmüş olsaydı, o qədər də effektə, bədii elementlərin zənginliyinə və poetik genişliyin vüsətinə ulaşa bilməyəcəkdi. təsəvvür edin, 13 əsrdən çoxdur əruzun poetik imkanları bir anda sabirə işləməyə başlayır. nəinki simvollar, poetik ifadə vasitələri, metaforalar, metamarfozalar, sintaktik tərkib, qrammatik imkan, epitet və təşbehlər də burda işə düşərək mirzə ələkbər sabirin yaradıcılığına dönüşməyə başlayır. onu da etiraf edək ki, əruzun ədəbi-bədii, poetik imkanları qoşmanın, hecanın imkanlarından daha çox və ədəbiyyat tarixi üçün daha təcrübəyə sahib idi.
sabirin qarşısında şair olmağına baxmayaraq axundov təcrübəsi vardı. sabirin seyid kimi müəllimi vardı. ən azından, “köpəyə ehsan” kimi bir şeirdən xəbəri vardı. sabirin qarşısında molla pənah vaqif, ən əsası isə qasım bəy zakir, məmmədağa salik kimi şairlər dayanmışdı. necə olur ki, bu təcrübə onu aldada bilmir? məni yırtan sual budur eyy. həm də şəxsin insiyativı dışında, ədəbi tarixin sürəci boyunca ədəbiyyat nümunələrimizin ümumi ədəbiyyat ərazisində bir-birinin davamını sağlaya bilməsi, tamamlama işlərinin sürdürülməsinin də ayrıca bir mövzu olduğunu bilməmiz lazım. axı hər şey bir az da, məsələn yazarların iradəsi dışında gerçəkləşir. yəni ədəbiyyatın özü-özünü yönləndirməyə başlayır. Həm də dövrün, zamanın toplumsal, etnos kültürünə dayalı energetikası özlüyündə bir tərəf, ağırlıq oluşdurmağa başlayır. bu qalsın burda. Biz Sabirin və şəxsin iştirakı, qatqıları sayəsində ədəbi oyaqlığın nizama düşməsindən danışaq.
fakt ondan ibarətdir ki, sabir ədəbiyyatımızda, özünə qədərki zamanda, ən azı bir 100 illik təcrübəyə aldanmır. hətta zakirin, vaqifin formasını götürsəydi belə, yenə də bu sabir kimi, sabir ruhlu bir şairin yaradıcılığının əskikliyi kimi üzə çıxmazdı. Heç bu xəttin özü belə kimisə də güdaza verməzdi məhz bu dönəm üçün. əsas olan odur ki, sabir yeniliyi şəxsi yaradıcılıq kimi, şəxsi fonda deyil, ümum ədəbi sürəc içərisində düşünə bildiyindən, oturuşmuş taktikaya, üsula əl atmaqla, daha geniş, qapsamlı zaman qazanır və bizlərə də qazandırır. ikinci oyaqlığı və ayıqlığı ondan ibarət olur ki, sabir qopardığı qiyaməti ədəbiyyatın içində saxlayır. ədəbiyyatın hasarlarına, dirəklərinə qorxu–hürkü, zədə gəlib toxundurmadan, yəni füzuli sağ olsaydı belə onu incitmədən, qırmadan işini görür (yəni görərdi). mətnlər arası keçiddə rahat və səssiz poetik marifçilik və inqlabi marifçilik işlərini həyata keçirir. buna həm də ədəbi-bədii, poetik inkivizitorçu da (dəyişkənlik edənlərə deyilən bir ad var-onu yaz) demək mümkün. ancaq eyni savaşı əruzla deyil, heca və qoşmayla aparsaydı, bu bir başa o dönəm üçün sabirə parlaqlıq gətirsəydi də, sonrakı dönəmlərdə unudulma, dincə qoyulma kimi bir ədəbi əhval-ruhiyyəni ehtiva edən ictima-siyası dönəmlərlə qarşılaşmağı da olacaqdı.(bu faktor ədəbi-nəzəri zaman baxımından reallaşa bilsə də, ictimai-siyasi-ideoloji zaman baxımından da reallaşa bilərdi. bəzən ədəbi-nəzəri eviolusiya, dəyişim, zərurilik, ictimai-siyasi-ideoloji zəruriliyin qarşısına keçir, yaxud da ona, ikinciyə pərvəriş tapması, yenidən əbədiyyət adlı tarixi ad alması üçün şərait yaradır). sabirin mövzusu elə mövzudur ki, əsərlərini qoşma və hecada yazsaydı materialist düşüncə qatını “bişirmiş” olacaqdı. ancaq o əruzun imkanları sayəsində, əruzun dili ölçüsündə Azərbaycan xalqının bu dönəmlərdə ictimai-siyasi- ideoloji taleyində baş verən real, gerçək hadisələrin metafizikləşdirir, sufianəlik epidemiyasından qaçışdırmır. Bir növ yazdığı mətninin canlılığını təmin edir. həm zahiri( real hadisələr, faciəni satirayla), həm də metafizik boyutlara (nitqim tutulur hərzəvü-hədyanını görcək) mətninin taleyini bağlamaq baxımından misilsiz məsafələr qət eləyir.
Qeyd: Müəllifin üslubuna toxunulmayıb.