Gənc yazardan Elza Seyidcahana təbrik

Gənc yazardan Elza Seyidcahana təbrik
6 fevral 2015
# 13:53

(Manıs, ordan bir “re” verginən...)

Dünən çox sevindirici bir xəbər aldım!

“İntervyu jurnalı” və “İntervyu-xəbər” qəzetinin keçirdiyi sorğu əsasında yazdığı şeirlərə görə, Elza Seyidcahan “İlin şairəsi” seçilib.

Xəbəri oxuyan kimi gözlərimdə iki damla yaş gilələndi. Sevincimdən ağlamamaq üçün dişimi sıxdım. Doluxsuna-doluxsuna pəncərəni açıb bir siqaret yandırdım! Bu əsl qələbə idi! Bu sözün, ədəbiyyatın təntənəsi idi!

İlahi, şükür kərəminə!

Qeyri-iradi Elza xanımın sevilən şeirlərindən biri yadıma düşdü. Dua kimi aşağıdakı misraları pıçıldadım:

“Tək seçilmək

Tək qalmaq

Tək yatmaq

Sevgilinlə tək yatmaq

Təklərdən tək yaratmaq yaxşı şeydir”

Mən də tək idim. Bu sevincli anımda təm-tək, tənha idim...

Tək olsam da sevinirdim.

Daxilimdə bir rahatlıq, bir sakitlik, bir əminlik yarandı – Məhsətinin, Natəvanın, Heyran xanımın nigaran ruhları nəhayət ki, rahatlıq tapmışdı. Ədəbiyyatımızın uğurları sırasına biri də yazıldı. Bəli, bu sevindirici xəbəri dostlarımla paylaşmaq, sevincimi onlarla bölüşmək istədim. Zəng edib Ramiz Rövşəni, Salam Sarvanı, Xanəmiri, Etimad Başkeçidi, Zahid Sarıtorpağı, Aqşin Yeniseyi, Qisməti, Şəhriyar del Geranini, Aqşin Evrəni təbrik etdim.

Sonra xanım yazarlarımızı, şairlərimizi xatırladım. Sevinc Elsevərə, Elnaz Eyvazlıya, Nərmin Kamala, Könül Həsənquluya, Aysel Əlizadəyə, Rəbiqəyə, Səhər Əhmədə və həyəcandan adını unutduğum digər şair xanımlara gözaydınlığı SMS-i yazdım.

İndi də sevincimdən quş kimi uçuram...

Ürəyim uçunur, dilim söz tutmur...

Bilirsiniz, məncə daha ədalətli olmaq lazımdır! Elza Seyidcahan xanıməfəndi nəinki ilin, hətta əsrin, minilliyin şairəsi elan olunmalıydı. Belə daha ədalətli, daha gözəl olmazdımı?

Onun gözəl şeirləri təkcə qəlbimizi fəth etmir, hətta yuxularımızı da qaçırır.

Ümid edirəm ki, Elza xanımın şeirləri dünya miqyasında da ədəbiyyatımızı təmsil edəcəkdir.

Dərhal bütün istedad və bacarığımı, dil bilgilərimi səfərbər edib Elza xanımın şeirlərini tamil, urdu, ivrit, tay və çin dillərinə tərcümə etməyə başladım.

Düşünürəm ki, onun şeirləri Sapfonun, Svetayevanın,

Axmatovanın şeirləri ilə yanaşı dayanmalı, sevənlərin, aşiqlərin dillərinin əzbəri olmalıdır.

Hazırda qələm dostlarımızla birlikdə müraciət hazırlayırıq ki, Elza xanıma “xalq şairi” fəxri adı verilsin.

Bu sevincli yazımı, dostum Qismətin Elza xanıma həsr etdiyi aşağıdakı misraları ilə tamamlayıram:

“Odey görürsən

gözəgörünməz bir əl

səhərin üstünə qara boyaq yaxır...

Yadıma düşmüşkən,

özün necəsən? Bişey-mişey çıxır ?”

# 2082 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #