Seks olmayan yerdə incəsənət yoxdur

Seks olmayan yerdə incəsənət yoxdur
25 iyul 2018
# 17:01

Kimdə nə yoxdursa ondan danışır. Yazıçının sosial şəbəkədə 10 statusundan 9-u seks haqqındadır. Saytdakı məqalələrdən şəhvət qoxusu gəlir. Ən yaxşı halda bakirəlik, seks oyuncaqları adlı hekayələr yazılır.

Yazmaqla şikayətini bildirirsənsə, çox yaxşı. Amma sonda çıxış yolu göstərməlisən. Xalqa, insanlara sənin göz yaşların yox, yıxıldıqdan sonra ayağa qalxmağın maraqlıdır.

Ümumiyyətlə, incəsənət adamının seksual həyatı çöküş yaşayırsa deməli yaratdıqları da çöküş yaşayacaq. İki yazıçı götürək. Təcrübənin şərtləri belədir. İkisi də eyni mövzuda hekayə yazacaq. Amma birinci yazıçı sekslə məşğul olandan sonra, ikincisi isə iki ay məşğul olmadıqdan sonra. Fərq aşırı dərəcədə böyük olacaq.

Tolstoy, Dostoyevski, Balzak, Kamyu, Kafka və bir çox tanınmış yazıçılar qadın düşkünü olublar. Əlcək kimi gündə bir qadınla gün keçiriblər.

Bu yaxında Oskar Uayld haqqında çəkilmiş filmə baxdım. Dahi yazıçının fikirləri, baxış bucaqları haqqında bir söz söylənilmədiyi halda onun intim həyatı qabardılmış şəkildə nümayiş olunurdu. Kişilərlə seks həyatı yaşayan Oskar Uayld eyni zamanda yazırdı ki, qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb. Bəlkə də qadın haqqında ən dərin fikirlər elə Oskara məxsusdur. Çünki özü qadın kimi kişiləri hiss etməyi öyrənib. Eyni zamanda həm kişi olub, həm də qadın. İki həyat yaşayan insan daha çox öyrənə bilər, nəinki monoton həyat yaşayan insan.

Bukovski çirkli realizmi ədəbiyyata gətirəndə dünya şokda idi. İnsanlar hər gün etdiklərini kağız üzərində görürdülər. Ədəbiyyat güzgüdür. Hər kəsi göstərən güzgü.

P.Koelho, Mopassan seksdən yazanda fahişələrdən məlumatlar toplayırdılar. Çünki fahişə yanına gedən kişilər təkcə sekslə məşğul olmur, eyni zamanda bütün sirlərini açıb danışırlar və ya nümayiş edirlər. Paolo seks haqqında yazır:

"Kişi də, qadın da seksin gücü qarşısında tamamilə zəifdir, çünki orada həzz və qorxu eyni cür əhəmiyyətlidir”.

Məsələn, Balzak düşünürdü ki, qadın anatomiyasını yaxşı öyrənməyən kişi evlənə bilməz. Bəlkə də boşanmaların sayı ona görə çoxluq təşkil edir. Yadıma gəlir, bir tanışıma dayısı ad günündə pul vermişdi ki, fahişə yanına get. İlk dəfə sekslə məşğul ol. Balzak demişkən qadın üzərində açılış et. Tanışım da bazara gedib özünə üç köynək almışdı.

Bircə onu deyə bilərəm ki, seks olmayan cəmiyyətdə incəsənət zəif inkişaf edəcək. Kilsənin altında gizli yollardan keçərək rahiblər rahibələrlə görüşə bilirsə, deməli seks böyük gücdür. Onun enerjisini düzgün yönə yönəltdikdə insan yaradıcı qüvvəyə çevrilir.

# 3913 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #