Dahi yazıçıların acizliyi

Dahi yazıçıların acizliyi
12 iyul 2018
# 11:16

"Biz, gələcəkdə vəhşiləşəcək insanlar ölümdən heyvan kimi qorxuruq. Əslində, həyat eşqi - heyvani qüvvənin başqa adıdır. Mən də belə heyvanlardan biriyəm. Lakin, iştahasını itirən insan, tədricən heyvani qüvvəsini də itirir. İndi mən, buz kimi şəffaf dünyada, əsəbləri xəstə olanların dünyasında yaşayıram."

R.Akutaqavanın intihar məktubundan

Ətrafda baş verən hadisələr, günü-gündən çirkinləşən dünyada ağ, təmiz "yer" tapmaq çətinləşdikcə insan intihara meylli olur. İntihara cəhd edənlər, yəni psixoloji olaraq zədələnmiş insanlar bəzən maskalanıb özünü güclü insan kimi aparırlar. Bir gün heç kimin gözləmədiyi halda intihar edirlər.

İntihar edən insanları 3 hissəyə bölmək olar:

1. Məqsədli şəkildə intihar edənlər. Məsələn, samurayların xarakiri etməsi.

2. Ani həssaslıq yaşayıb intihar edənlər. Böyük bir çöküşə tab gətirməyənlər.

3. Uzun müddət heç kimə lazım olmadığını düşünüb diqqəti öz üzərinə gətirmək istəyənlər.

İntiharlar içində mübarizə xarkterli intiharlar da var. Nümunə olaraq böyük yazıçı S.Sveyqi misal çəkmək olar. Onun intihar məktubunu oxuyaq.

"Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm.

Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.

Amma 60 yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.

Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızıllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm "

Avropanı ruhi ana vətəni sayan yazıçı ikinci dünya müharibəsini həzm edə bilmədi. Yazıçı saysız hesabsız şedevr əsərlərinin insanlara kömək etmədiyini görüb intihar etdi. Milyonlarla insan vəhşicəsinə öldürülürdü. Bu qədər kitab, musiqi, rəsm əsəri insanları yumşaltmadı. Birinci müharibədən sonra dünya insanları utanmadan ikinci müharibəyə hazırlaşdılar.

Mahatma Qandinin Hitlerə yazdığı məktub belə kömək etmədi. Ana aclıqdan ağlayan balasını bataqlıqda boğurdu ki, düşmən onları görməsin...

Bu dəhşət doğuran hadisələrlə necə mübarizə aparmaq olar?

Amma və lakin heç bir halda insanın başqası kimi özünün də həyatına qıyması qəbul olunan deyil.

Yaşamaq gözəldir.

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #