"AŞK"-ın bir ölçü böyüyü

"AŞK"-ın bir ölçü böyüyü
3 may 2013
# 10:00

Vüsalə Məmmədova

Ünvan(sız)lı dialoqlar

Sevgililər:

- Çox qeyri-adekvat danışırsan...

- Çünki münasibətlərimizdəki status-kvo qəbul edilməzdir...

Onlar müharibə uşaqları idi. Müharibə uşaqlarının isə sevgisi də barıt qoxuyur. Onların birgə dinlədiyi mahnılar yox, bomba, güllə səsləri var...

***

Dostlar:

- Bu sıxıntılarım bitsə, yaxşı olacağam...

- AŞK-ın bir ölçü böyüyünü yoxlasan, bəlkə bu qədər sıxmaz?

Onlar elə hey ikinci cəhdi yoxlayıb hər dəfəsində də daşa çırpılırdılar. Xoşbəxtliyin ikinci dəfəsi mümkün deyil axı... Səndən bir dəfə imtina etdilərsə, ikinci dəfə ancaq mühakimə olunacaqsan, suallar veriləcək... Bu insanlar səadətə ikinci şans verməzlər...

***

Həmkarlar:

- Axı, bu qədər nifrətə nə səbəb ola bilər?

- Çünki onun gəlişinə qədər özündən yaxşısı yox idi...

“Onun” gəlişi yuxularını qaçırıb, “Like”ları azaltmışdı. Onunla rəqabətə mərdliklə başlayıb özünü inkişaf etdirə bilmədiyindən, namərdliklə başlayıb, şər-böhtanla sakitləşirdi. Axı, özündən güclünü qəbul etmək üçün ondan böyük, qüdrətli olmalısan...

***

Ana-oğul:

- Bax, əsgər kimi yeriyirəm!

- Adam balası kimi yeri!

Küçədə anasının əlindən tutub qürurla əsgərmiş kimi addımlayan beş yaşlı oğlan uşağı, qulağının dibində əks-səda verib, gözündən od parladan o şilləni bir də on üç il sonra - əsgər olanda xatırlayacaq...

# 5181 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #