Qadın günündə yaşamaq

Qadın günündə yaşamaq
8 mart 2013
# 12:57

Əvvəl dünyada hər gün qadın günü sayılırdı. Çünki yer üzündə cəmi bir kişi və bir qadın var idi.

Təsəvvür edirsiniz? Bu boyda planetin cəmi bir yaraşığı, cəmi bir gözəli var idi. Diqqət də yalnız ona idi. Adəm adlı kişinin də nə vaxtsa o gözəllikdə cənnəti tərk etməsinin səbəbi məhz həmin bu Həvva adlı qadın idi.

Məhz qadının hesabına kişi bu cəngəllikdə, qamışlıqda, vəhşi heyvanlıqda, bir sözlə cənnətlə müqayisədə cəhənnəm sayıla biləcək planetdə öz fərdi cənnətini qura bilmişdi...

Sonralar yer üzündə qadınların sayı artdıqca bu diqqət azalmağa başladı. Əlbəttə bunun günahı qadınlarda deyildi. Bu biçarələr aradan keçən dövrdə nəinki evdə öz öhdəliklərini layiqincə yerinə yetirməkdə davam etmişdilər, hətta çöldə kişilərlə çiyin-çiyinə hər cür çətinliyin üzərinə getməyə alışmışdılar. Halbuki, evdə çiyinləri kişi çiynini yalnız yataqda hiss edirdi. O da kişilər istəyəndə...

Nə isə. Beləcə yer üzündə qadın günü əvvəl həftənin, sonra ayın, sonda da ilin bir gününədək yığılıb boğularaq məhdudlaşdırıldı. Əgər, bilərəkdən ya bilməyərəkdən "Klara Setkin" deyilən bir inqilabçının adı bəhanə olmasaydı, bəlkə o bir gün də sıradan çıxacaqdı.

Nə gözəl ki, beləcə ilin bir günü-yəni mart ayının 8-i "beynəlxalq qadınlar günü" kimi təqvimdə tutulub saxlandı.

İndi ildə bir dəfə dünyada qadın günü hesab edilir. Əlbəttə bir tərəfdən bu yaxşıdır ki, qadınlara önəm verilir və onların ayrıca günü var. Amma digər tərəfdən "8 mart" ilin qalan günlərinin bu bəhanə ilə aradan çıxarılması anlamına da gəlinə bilir...

Beləliklə, hazırda qadınlıq ilin bir günündən asılıb qalıb. O gün də aradan çıxsa kişilər nəinki yer üzünün, heç bir qadının da əşrəfi ola bilməyəcəklər.

Yəqin ki, kişilər məhz öz statuslarını rəsmən xilas etmək üçün nəinki ilin bu bir gününü qorumalı, onu ən azı ayın bir gününə çevriləcək qədər inkişaf etdirməlidirlər...

Hələ ki, etməmişik. Heç edənə də oxşamırıq. Biz kişilər arzu etməyi daha yaxşı bacarırıq, qadınlar. Elə ona görə bu söhbəti də arzu ilə yekunlaşdırmaqdan başqa çarəmiz yoxdur:

Sizi görüm, ən azı evinizdə ömrü boyu qadın günündə yaşayasınız, qadınlar...!

# 4099 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #