Bu gün məşhur fransız yazıçı, filosof, sosioloq və antropoloq Jorj Batayın doğum günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
“İnanıram ki, həqiqətin yalnız bir üzü var: o da şiddətli ziddiyyətdir”.
***
“Azmaq, məhv olmaq ehtiyacı son dərəcə şəxsi, uzaq, ehtiraslı və çaxnaşmalı bir həqiqətdir”.
***
“Öpüş kannibalizmin başlanğıcıdır”.
***
“Layiqli olmadığımı bilsən də, məni sevməyini istəyirəm; hətta iyrənc olduğumu bilə-bilə sevməyini”.
***
“İçimizdə üsyandan daha vacib və güclü heç nə yoxdur”.
***
“Gözəllik özünə görə yox, sırf onu təhqir etməyin bəxş etdiyi həzz üçün arzulanan bir şeydir”.
***
“Həddindən artıq cazibədarlıq dəhşətin tam sərhədindədir”.
***
“İnanılmaz dərəcədə gərgin bir hal, sözlə ifadə edilməyən təşviş: bu qədər aşiq olmaq xəstə olmaq deməkdir və mən xəstə olmağı sevirəm”.
***
“Bu dünyada yalnız iki dəqiq həqiqətimiz var: hər şey olmadığımız və öləcəyimiz”.
***
“İntellektual ümidsizlik nə zəifliklə, nə də xəyallarla nəticələnir; o, zorakılıqla bitir. Məsələ sadəcə qəzəbi necə büruzə verməyi bilməkdir: ya dəlilər kimi həbsxanaların ətrafında dolaşmaq istəyirsən, ya də onları uçurub dağıtmaq”.
***
“Həqiqətən də, gələcəyin istiqaməti yalnız bizdən yayınmaq üçün var”.
***
“Aydındır ki, dünya xalis parodiyadır; görünən hər şey başqa bir şeyin təqlididir”.
***
“Səmanı və rəsmləri oxumaq, ulduzlu fonların və ya çəkilmiş kətanların arxasına keçmək, çəpərdə yarıq tapmağa çalışan uşaqlar kimi dünyanın çatlarından boylanmaq istəyirik”.
***
“Bayquş ay işığında yaralıların fəryad etdiyi tarlanın üzərindən uçur. Bayquş kimi mən də gecələr öz bədbəxtliyimin üzərində uçuram”.
***
“Yaralı insanın başqa bir yaraya duyduğu ehtiyacdan daha böyük arzu yoxdur”.
***
“Döyüşçünün alicənablığı fahişənin təbəssümü kimidir, onun həqiqəti şəxsi mənfəətdən ibarətdir”.