Elmsiz ölkənin aqibəti

Elmsiz ölkənin aqibəti
18 may 2018
# 16:58

Nemət Hacıəliyev

Digər ölkələrə baxdıqda bizim ölkədə inkişafın zəif getməsini görürük. Sırf elmi işlər baxımından çox geridəyik. Mühəndis olmağa çalışan tələbəyə 80-ci illərin paslı detalını verirlər. Tutaq ki, o tələbə detalın 3 tərəfdən görünüşünü çəkdi. Axı o detal indi istifadə olunmur. Artıq hər hansı bir cihazın yerinə ağıllı kompüterdən istifadə edirlər.

Proqram yığmaq dərsində tələbə internet brauzerlərindən birini seçərək Youtube kanallarına daxil olur. Müəllim gələndə səhifəni aşağı salır. Çünki tələbələrin çoxu bilir ki, sabah iş tapmaq üçün bilikdən daha çox həmin işdə tanışın olub olmamağıdır. Bunlar hamısı zəncirvari əlaqədə olduğu üçün hər hansı bir nöqtədə qısılma olduğunda inkişaf dayanır.

Mən tələbə olanda bir alman professor universitetə qonaq gəlmişdi. O deyirdi ki, siz əgər hansı təbiətdə yaşadığınızı bilsəydiniz ən inkişaf etmiş ölkələrdən olardınız. Külək pərlərini qoşub pulsuz işıq ala bilərsiniz. Külək bu ölkəyə daha çox qonaq gəlir. Günəş batareyaları həmçinin. Günəşin sizə düşən payı bir çox ölkələrdən çoxdur. Saydıqca sayırdı.

Qayıdaq inkişafa. Ölkənin bir çox professor heyəti iş görmür. Lazımsız kəşflər edib özünü Lütfizadə kimi aparmaq istəyənlərin sayı günü-gündən artır. Öz yerini tutan kimi fəaliyyət dayanır. Kəpənəyin uçuş sürətini hesablamaqla məşğuldurlar. O vaxt Enşteyn öz fikrini irəli sürəndə həmkarları ona “parlaq gəncin parlaq axmaqlığı” adı qoymuşdular. O isə həmin fikirlərə görə Nobel almağı bacardı. Enşteyn də bizim kimi gənc, sümükdən və ətdən ibarət düşünən canlı olub.

Birinci sırada oturan, müəllimə həsrətlə qulaq asan, eynəkli, keçəl, kostyumlu tələbə illər sonra öz şirkətinin rəhbəri olarsa bunun nəyi pisdir? Ətrafındakı gözəl xanım işçilərlə şəkil çəkdirərkən arxa sırada yatan, dərs oxumayan, qarışıq stildə geyinən tənbəl tələbələr indi o şəklə baxıb paxıllıq edirlər.

Savad, bilik ilk növbədə düşüncəni gücləndirir, sonra qalan şeyləri. Tanınmış dünya universitetlərində mütləq dərsə getmək kimi bir qayda yoxdur. Bizdə 10 dəqiqə geciksən qaibin hazırdı. O bilik evlərində dərsdə tələbə kofe içir, yemək yeyir və eyni zamanda yeni bir maşının ortadan bölünmüş halı ilə təcrübə aparır. İnkişaf etmiş universitetlərdə müəllimlər imkan yaradır ki, tələbə öz fikrinə inansın. Onun üstündə çalışsın. Güclə öz fikrini sənə yeritmir.

“Qiymət almamış evə gəlmə” deyən valideyn ilə Nils Bor, Mariya Küri olmaq çətindir. N.Teslanın, Ç.Darvinin valideynləri onlara çox inanırdı. Təhsil almaları üçün hər şey edirdilər.

Tələbəlik illərində bir qoca professor danışırdı ki, mən qoyun otara-otara kitab oxudum deyə universitetə qəbul oldum. İndi isə ailəsini dolandıra bilmək üçün iki universitetdə çalışır. Bir universitetdə çalışsaydı daha çox enerji ilə tələbələrə dərs keçə bilərdi. Məncə, o müəllim ürəyində oxuduğuna görə peşman olan tək insan deyil. Təhsilə qiymət verilməyən ölkənin gələcəyi müəmmalıdır.

Yaponlar ən öndə gedən elmi işləri ilə seçilirlər. Dünyanın böyük kəşfləri o ölkədən çıxır. Nə üçün? Çünki samuray dövründə qılıncla mübarizə aparmağın artıq faydasız olduğunu tez gördülər. Elmə güc verib toxunulmaz qüvvə oldular.

Bir savadlı işçi on savadsız işçini idarə edə bilirsə, görün indi on savadlı işçi nə edərdi.

İş axtarmaq üçün bir şirkətə yollanmışdım. Şirkətin müdiri mənə deyirdi ki, bu proqramda hazırki sxem üzərində işləyə bilən işçi olsa ona 3000 manat maaş verməyə çəkinmərəm. Bir yapon gəlib qoşub, müqaviləsi bitdiyi üçün vətəninə qayıdıb. Bizim işlər isə donub.

Elmin inkişafı naminə gəlin birləşək. Ancaq elm bizi bataqlıqdan çıxara bilər. Rüşvət almayaq, rüşvət verməyək, oxuyaq, öyrənək, tətbiq edək...

# 1557 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #