Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?
18 mart 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Keçdiyimiz, yoxsa seçdiyimiz yollar?" adlı yeni yazısını təqdim edir.

Uzatmağa qəti ehtiyac yoxdu.

Yəqin, siz də bir müddətdir sosial şəbəkələrdə Adəm və atasının videolarını görürsünüz. 9 yaşlı Adəm az qala, meqastar kimi qarşılanır.

Hər zaman olduğu kimi yenə də bir qrup “ziyalı” bu barədə “sərt mövqe”lərini ortaya qoyub.

Bəs Adəm kimdir ki, elə qarşılanır? Biz bu günləridəmi görəcəkdik?.. Bəs biz ölkəni Skandinaviyaya çevirəcəkdik ki, Adəm bizim bu müqəddəs işimizə çomaq soxdu. Özü də kökünəcən…

Ay Axundov… Vay Mirzə Cəlil…

Vay o gündən ölkədə xırda-para nəsə olsun, rəhmətlikləri narahat eləməsələr, olmur.

Amma… Ancaq… Lakin… Fəqət…Gəlin, görək əslində, məsələ nədir… Gəlin, görək Adəm, ümumiyyətlə, tiktok olmasa, ölkəmiz Skandinaviya olarmı?

***

Bölgədə yaşayanlara heç bir şərait yaradılmır. Gedə bilən ölkədən çıxır. Gələ bilən Bakıya gəlir və geydirmə intelligentlərin tənəsini çəkir.

Qalan da ya taksi işləyir, ya da tiktoka girir ki, pul qazansın.

Adəm və atası da haman yüzminlərlə insandan ikisidir.

Adəm yollarda qarğıdalı satan bir uşaq idi. O mühitdə, o şəraitdə yetişib.

Bölgədəkilərin hamısı belə deyil, əlbət. Ancaq adam tiktokda söyüşləri ilə məşhurlaşıb, görüblər ki, tutur, canlı açıb pul
qazanırlar.

Bölgədə başqa neyləmək olar ki? Bölgədəki pul qazanmaq üçün ölkədən çıxır, bir söz deyirlər, Bakıya gəlir, başqa söz deyirlər, tiktokda canlı açır, yenə söz tapırlar. Yaxşı, bəs neyləsinlər? Molla Nəsrəddinə döndü ta.

Adam pis gündə yaşayanda kimin yadına düşürdü? Kim yardım eləyirdi?

Adəm və onun kimilərin elədiyi təriflənəsi deyil, ancaq vəziyyət budur. Ölkədə addımbaşı problemdi. Başını qaldır bax, gör ölkədə nələr baş verir? Sənin gücün kimə çatır? Qarğıdalı satmayıb tiktoka girən, canlısına şir atılan 8-9 yaşlı uşağa. Yəni görmürsən ki, ölkə Bakıdan ibarətdir? Yəni görmürsən ki, insanlar bölgələrdə hansı vəziyyətdə yaşayır? Ölkənin yarısı bir şəhərdədir, adam əlindən nəfəs almaq olmur, qaqam da tiktoka girmədiyinə görə fəxr eləyir.

Halbuki nə tiktok, də hər hansısa bir sosial şəbəkə insanı cahilləşdirir. Tiktok videoları sənin maraq dairənə uyğun nizamlayır. Sən nəyə davamlı baxırsansa, o da sənə o tip videolar göstərir.

***

Bir sual ayaqqabının içindəki balaca daş kimi gedib-gəlir insanın beyni ilə qəlbi arasındakı süd yolunda: “Keçdiyimiz yollar, yoxsa seçdiyimiz yollar?”

# 6420 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #