Mahnılarımızdakı sürreal yuxu

Mahnılarımızdakı sürreal yuxu
30 dekabr 2019
# 10:21


Hamı kimi mən də bəzən youtube-u açıb, milli musiqilərimizi dinləyirəm.

Birinci musiqidə oxunur: “Kimlər gəldi, kimlər keçdi bu dünyadan, bu dünyadan, Arif olan – nakam getməz bu dünyadan, bu dünyadan”.

Böyük ləzzətlə dinləyib, keçirəm o biri musiqiyə: “Kim sevməsə öz yurdunu, bu dünyadan naçar gedər”.

Növbətisi sanki fəlsəfi dialoqdur: “Sevgiyə naz nə gərəkdir?!” – “Sevgisiz naz ola bilməz!”

Bu isə tapmacadır: “Bu yerlərin üç yolu var, üçü də, balam, getməli, Biri eniş, biri yoxuş, biri düz. Eniş sənin, yoxuş da sənin, düz mənim, balam, düz mənim”.

Bu, sürreal yuxudur: “Bağın bərəsindən aşdım, nə bağ bildi, nə də bağban, ... Yarım mənə busə verdi, nə bağ bildi, nə də bağban”.

Bu, artıq faciədir: “Səni mənə verməzlər, sarı gəlin, Ooy, nənən ölsün, sarı gəlin”.

İndi unutduğum neçə-neçə belə mahnılarımız. Hələ mən muğam üstə oxunan qəzəlləri demirəm. Əsl məktəbdir! Rəmzlər, nəsihətlər, xəbərdarlıqlar, faciələr... Bir saat musiqi dinlədiyini sanırsan, əslində dərin hikmətləri musiqi ilə eşitmiş olursan. Elə bil, qədim Şumerdəsən, qədim Elamdasan, ulu maqların məclisindəsən. Musiqi sənin könlünü yumşaldır, sözlər müqavimətsiz hopur köksünə. Üstəlik, halın da bir az xoşbəxtlik halıdırsa, ümumiyyətlə, musiqiyə ayırdığın vaxtı ötürə də bilərsən...

# 3970 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #