Yolda oxuduqlarım

Yolda oxuduqlarım
20 avqust 2012
# 09:00
İstanbula səfər ərəfəsində Dostoyevskinin həcmcə çox böyük olan “Yeniyetmə” romanını yenicə oxuyub bitirmişdim. A. Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabını oxumağa başladım və mütaliəm səfər hazırlıqları ucbatından yarımçıq qaldı.

Adətən uzun yola çıxanda çantama bir neçə kitab qoyuram. Bu dəfə David Nikolsun “Bir gün” romanını yolda oxumaq üçün götürdüm və təyyarədə yerimi rahatlayandan sonra əsəri oxumağa başladım. Yenə də mütaliəm yarımçıq qaldı.

İstanbulda həmişə olduğu kimi, kitab mağazalarına da baş çəkdim və xeyli kitab aldım. Nazim Hikmətin bioqrafiyasından bəhs edən “Romantik kommunist” kitabını oteldə oxumağa başladım. Hələ də oxuyub bitirməmişəm.

Səyahət boyunca yeganə oxuyub bitirdiyim kitab ingilis yazarı S. J. Boltonun “Zəhər” romanı oldu. Bu kitabı birnəfəsə oxudum, doğurdan da nəfəskəsici bir həyəcanla oxunur. Əsər baytar həkimi olan bir qadının kənd evlərinə soxulmuş ilanlarla mübarizəsindən bəhs edir. Yarıfantastik, yarıdetektiv, yarımistik elementlərlə süslənmiş bu romanın dilimizə çevrilməsini arzuladım.

Bakıya qayıdanda hava limanında bir-iki saat ərzində A. Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsərini axır ki, oxuyub başa çatdırdım. Təyyarəyə minəndə xanımım dedi ki, səfər boyunca sən ancaq kitab oxudun. Yarızarafat, yarıciddi dedim ki, yaxşı ki, bu kitablar vardı, yoxsa istirahət edə bilməzdim. Qınayıcı nəzərlərlə üzümə baxdı.

Təyyarəyə minəndə kürək çantamda 11 kitab vardı... İkisini özümlə gətirmişdim, doqquzunu isə İstanbuldan almışdım...
# 998 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #