Ən çox sevilən pişik – Günel
22 sentyabr 2011
13:05
Onu bir ay əvvəl bir zibil qutusunun kənarında eşələnərkən tapmışdım. Ovuçiçi boyda bir balaydı. “Yazıq körpə, bu iylənmiş zibillərin içindən nə tapa bilərsən ki!?” – dedim. - “Biz zibilimizi belə sizlərə qıymayan insanlarıq...”
Mən belə mənzərələrə sadəcə, seyrçi qala bilən biri deyiləm.
Çirk-pas, bit-birə bürümüş o balanı bir paketin içinə qoyub gətirdim evə. Əlimə alanda qabırğaları barmaqlarımı deşmişdi, qoxusu baş çatladırdı.
Evə gətirir gətirməz anamla birləşib çimizdirdik, dərmanladıq, gənələrini təmizlədik, antibiotik verdik, qüvvətləndirici yeməklər hazırladıq. Əlimizdən gəldiyincə ayaqda belə dura bilməyən pişiyi normal hala gətirməyə çalışdıq. 2-3 günə irin basan gözlərini açmağa nail oldu. Qaçırdı yavaş-yavaş, miyoldamağa da başlamışdı - səsinə güc verə bilirdi artıq.
Təzə-təzə kökəlirdi ki, yenə xəstələndi. Zibillik qutuları kənarında keçirdiyi günlərində yoxulduğu infeksiya qanına keçmişdi çünki. Bunun öhtəsindən gələ bilmədik. Baytar da “gecdir” dedi.
Və dünən titrəyə-titrəyə öldü.
Bir gün doğulan bir gün ölür – bu dəyişməz qanundur. Buna bir sözüm yox. Amma bu köməksiz canlılar bu şəkildəmi ölməlidirlər?!
Yenə söhbəti müqayisəyə gətirəcəm, bağışlayın, bezikdirici olduğumun fərqindəyəm.
Tiflisdə şahidi olmuşdum. Yol kənarında yolu keçmək üçün gözləyən bir kişi yol keçməkdə olan bir balaca iti maşın vurmaq təhlükəsindən qorusun deyə qucağına aldı. Yolu keçəndən sonra da başını sığallayıb buraxdı iti... Bu, sadəcə, insanlıqdır. Mənim məmləkətimdə şahidi olduğum ən yaxşı mənzərəysə, bir insanın bir itə “paşol” deməyi olur.
Qonşu Gürcüstandan misal çəkmişkən, o biri qonşumuzu da yada salaq - Türkiyə. Orda da küçələrdə sahibsiz dolaşan itlər, pişiklər var. Amma necə?!
Deməli, hər şəhərin xüsusi baytarlıq klinikası var ki, küçələrdə dolaşan itləri, pişikləri yığaraq peyvəndləyir, gənəsini, bit-birəsini təmizləyir, dırnaqlarını tutur və s. sonra yenidən küçəyə buraxır .
Ankarada itlərin qulaqlarında plastik sırğa görəndə ilk dəfə heyrətlə “bu nədir?” deyə soruşmuşdum. Aldığım cavabdan da utanmışdım. Sən demə, bu plastik sırğa həmin heyvanın baytarklıq klinika tərəfindən quduzluğa, gripə, müxtəlif infeksiyalara qarşı peyvəndləndiyini göstərirmiş. Beləcə, rahatlıqla həmin iti, pişiyi götürüb evinizə apara bilərsiniz. Bundan ziyadə “hayvan barınakları” da var ki, küçədəki sahibsiz heyvancığazları toplayıb hər şəraiti olan xüsusi “çiftlik”də saxlayır. Sonra heyvan sahibi olmaq istəyən insanlar gəlib bu “barınak”dan istədiyi iti, pişiyi seçib götürə bilir. Beləcə, yuvasız, ac-yalavac heyvan qalmır.
Ən pis halda küçədə bir pişik, it görən türk insanı çantasındakı çörəkdən bir parça qırıb heyvana verir, hələ üstəlik başına da bir tumar çəkir.
İki blokdan birinin kənarında küçə heyvanları üçün qabda qoyulan su, çörək görmək xoşbəxtliyi var orda.
İtlərə, pişiklərə baxırsan, necə rahat dolaşırlar. Bizimkilərsə insan görəndə “dodaqları suluqlayır”.
Uşağına “itə təpik vur, pişiyə çımxır” deyə öyüd verən bir zehniyyət daşıyıcısı insanların törəmələridir çünki...
Hələ heç unutmaram, bir dəfə sahil metrosu yaxınlığında dindarlığını özünə “brend” eləmiş bir gənc oğlan müğənnimizin bir balaca pişiyə necə təpik vurduğunun şahidi olmuşdum. Yaxınlaşıb acığımı sifətinə qusanda da cavabı “ayağıma dolaşırdı” oldu.
Romantik vaxtlarımda mən bu ölkədə heyvanların hüquqlarını qoruyan cəmiyyətlər, qurumlarla maraqlanmışdım, üzv olmaq istəmişdim. Ən fəal “heyvan haqqları qoruma” təşkilatının ildə cəmi-cümlətanı bir dəfə mətbuata qapalı bir tədbir keçirdiyini öyrənincə, bu adamların fəaliyyətlərinin fəaliyyətsizlik olduğunu anlamışdım. Məqsəd sadəcə “ad olsun”muş!
Başa düşə bilmirəm, dünyayla ayaqlaşmağa çalışan bir ölkədə heyvanlara bu cür biganə münasibət heç kimsəni narahat etmir yəni?!
Bir il əvvəl itim çox ciddi şəkildə xəstələnmiş, bədəninin yarısı iflic olmuşdu. Mən bu şəhərdə qapı-qapı gəzdim, ancaq bir baytar klinikası tapa bilmədim ki, iti öhdəsinə götürüb, yataq rejimində müalicə etsin. Baytarlardan aldığım cavabsa sadəcə bu olurdu: “Azərbaycanda hələ təəssüf ki, heyvanları yatırıb müalicə edə biləcəyimiz bir sığınacaq yoxdur...”
Niyə yoxdur, niyə?
Sığınacaq yoxdur, əvəzində şadlıq saraylarımız, restoranlarımız, kafelərimiz var...
Nə qədər ikrah hissi doğursa da, bu məmləkətdə ən sevilən pişik - “Pişik Günel”dir...
İnsan olduğumuzu unutmayaq, lüftən!
Məhv olmayaq!

2754 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024