Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu
18 sentyabr 2026
# 18:34

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasının uvertürası (işləmə – Qara Qarayev), A. Rəhimkulovanın “Qozı Körpəş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M. Bəqəliyevin “Bayram uvertürası”, Ö. Gülbayın fleyta, qoboy və orkestr üçün “Rapsodiya”sı, R. Nepesovun “Yunus” əsəri, R. Abdullayevin “Sevgi mahnısı”, S. Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri təqdim olunub.

Orkestrə Əməkdar artist Fuad İbrahimov dirijorluq edib.

# 68 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

19:00 18 sentyabr 2026
Ahmet Ümitin yeni kitabı nəşr olundu

Ahmet Ümitin yeni kitabı nəşr olundu

18:00 18 sentyabr 2026
Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

17:30 18 sentyabr 2026
Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

17:00 18 sentyabr 2026
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

16:56 18 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi keçiriləcək

Tanınmış fotoqrafın sərgisi keçiriləcək

16:30 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər