Ridli Skottun "Qladiator 2" filmində oynayan Denzel Vaşinqton "Empire" jurnalına müsahibə verib.
Kulis.az xəbər verir ki, filmin hələ də onu maraqlandıran azsaylı filmlərdən biri olduğunu etiraf edən 69 yaşlı Vaşinqton "Qaldiator"un ikinci filminə çəkilməyi qəbul etməsindən danışıb:
"Çəkilə biləcəyim və məni maraqlandıran çox az film qalıb. Rejissor məni ruhlandırmalıdır və Ridli bunu bacardı".
2007-ci ildə "Amerikalı qanqster" filmindən sonra Skottla dostluq münasibətləri yaranmış aktyor rejissor haqqında deyib:
"İlk dəfə əla iş gördük və buradayıq. O, növbəti filmi üçün həyəcanlıdır. Hamımız 86 yaşında belə hiss etməliyik".