“Qarınqulu ayı balası” Bryansk vilayətində

“Qarınqulu ayı balası” Bryansk vilayətində
24 dekabr 2024
# 10:20

Rusiyanın Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəbində azərbaycanlı uşaq yazıçısı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında eyniadlı tamaşa hazırlanıb.

Kulis.az xəbər verir ki, tamaşa məktəbin nəzdində fəaliyyət göstərən “Kobolok” kukla teatrında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri, texnologiya və təsviri incəsənət müəlliməsi Tatyana Dmitrievna Koşelevadır. 5 və 6-cı sinif şagirdlərinin kuklalarla hazırladığı səhnə əsərinə, ilk əvvəl valideyn baxışı keçirilib. Valideynlər tərəfindən yüksək qiymətləndirilən əsər dekabrın 19-da məktəbin akt zalında aşağı sinif şagirdləri üçün nümayiş olunub. Tamaşa balaca izləyicilər tərəfindən böyük sevgi və alqışlarla qarşılanıb.

Xatırladaq ki, “Qarınqulu ayı balası” pyesi bu il Ulyanovsk vilayətinin tanınmış “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında da səhnələşdirilərək uşaqlara təqdim olunub.

# 2752 dəfə oxunub

Oxşar xəbərlər

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen"i kim xilas edəcək?

Rus Dram Teatrında tələm-tələsik, “yarımfabrikat” tamaşa - "Karmen"i kim xilas edəcək?

15:00 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

16:18 3 iyun 2026
Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

12:00 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər